• bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycanın 13 rayonundan olan aztəminatlı ailələrə yeni bacarıq və səriştələr əldə etməyə, məşğulluq imkanlarını yaxşılaşdırmağa və gəlirləri artırmağa yönəlmiş layihəni uğurla başa çatdırıb. Layihə çərçivəsində 395 benefisiar Beynəlxalq Əmək Təşkilatının “Biznesinə Başla və Təkmilləşdir” modullarına əsaslanan təlim proqramını başa vurub.
• bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Samux, Yevlax və Ağdaş rayonlarının icmaları da daxil olmaqla kənd yerlərində gənc sahibkarlara dəstək məqsədli layihəni uğurla başa çatdırıb. Bu təşəbbüs üç mərhələli inkişaf proqramına əsaslanmışdı. Birinci mərhələ aztəminatlı ailələrdən olan biznes bacarıqlı gəncləri seçmək və onları gələcək biznes fəaliyyətlərinə hazırlamaq məqsədi daşıyıb. Lazımi təlimləri bitirdikdən sonra iştirakçılar proqramın 2-ci mərhələsində öz kiçik bizneslərinə başlamaq üçün lazım olan avadanlıq və alətlərlə təmin olunublar. 3-cü mərhələdə isə iştirakçılara layihənin təqdim etdiyi bilik, bacarıq və avadanlıqlardan səmərəli istifadə etməyə kömək etmək məqsədilə mentorluq dəstəyi verilib. Layihə çərçivəsində ümumilikdə 65 benefisiar biznes təlimi alıb və öz bizneslərini başlamaq üçün lazım olan avadanlıq və cihazlarla təmin olunublar.
• bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) üç Gəncə universitetindən seçilmiş 60 müəllim üçün ingilis dili biliklərini təkmilləşdirməyə və innovativ tədris bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təhsil layihəsini uğurla başa çatdırıb.
• bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Sumqayıt və Naxçıvan dövlət universitetlərindən seçilmiş 80 müəllim üçün ingilis dili biliklərini təkmilləşdirməyə və innovativ tədris bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təhsil layihəsinə dəstək verir. Layihə çərçivəsində Sumqayıt Dövlət Universitetinin 40 fənn müəllimi ingilis dili səviyyəsini müəyyən etmək üçün yoxlamadan keçib. Nəticələrə əsasən müəllimlər qruplara bölünərək təlimlərə başlayıb. İndiyədək iştirakçılar 160 saatlıq ingilis dili təlim proqramının 80 saatını uğurla tamamlayıblar. Layihə çərçivəsində eynilə Naxçıvan Dövlət Universitetinin 39 fənn müəllimi də yoxlamadan keçib, və daha sonra onlar müvafiq təlim qruplarına təyin olunaraq ingilis dili dərslərinə başlayıblar.
• bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) 6-17 yaş aralığında olan 60-a qədər gəncin ingilis dili bacarıqlarını inkişaf etdirməyə yönəlmiş təhsil layihəsinə dəstək verir.
• bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) eşitmə və danışıq məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiyasına kömək etmək məqsədli təşəbbüsü dəstəkləyir. Layihə çərçivəsində işarə dilini öyrətmək və öyrənmək üçün mobil tətbiqin hazırlanması nəzərdə tutulur.
• bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) “Gələcəyin bacarıqları” adlı təhsil layihəsinin növbəti mərhələsini uğurla tamamlayıb. Bu təşəbbüs Azərbaycanın startap mühitini gücləndirmək və innovasiya ekosistemini genişləndirmək məqsədi daşıyır. Layihə çərçivəsində seçilmiş 10 komanda üçün altı aylıq inkubasiya proqramı təşkil olunub, burada Türkiyənin Bilishim Vadisi startap mentorluq şirkətinin ekspertləri tərəfindən təlimlər, mentorluq və ilkin investisiya hazırlığı həyata keçirilib. Bundan əlavə, səkkiz iştirakçı komandanın layihələri TV proqramı və müxtəlif platformalar vasitəsilə potensial investorlara təqdim edilib..
• bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Gəncə, Daşkəsən, Tovuz, Ağstafa, Goranboy, Samux və Şəmkir rayonlarını əhatə edən layihəni uğurla başa çatdırıb. Layihə autizm və terapevtik idman mütəxəssisləri, könüllülər və autizmin qiymətləndirilməsi, diaqnostikası, reabilitasiyası və terapiyası ilə məşğul olan 180 mütəxəssis üçün xüsusi təlimlərin keçilməsini nəzərdə tutmuşdu.
• bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) yerli universitetlərin təhsil potensialını artırmaq və tələbələrə davamlı biznesin qurulmasında dəstək olmaq üçün rəqəmsal innovativ sahibkarlıq üzrə onlayn təhsil platforması yaratmaq məqsədi daşıyan layihəni uğurıa başa çatdırıb. Layihə çərçivəsində təlim materialları hazırlanıb və xüsusi rəqəmsal platforma qurulub.
• bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) “Learning Management System” texnologiyasından istifadə etməklə peşəkar inklüziv təhsil proqramlarının inteqrasiyasını və genişləndirilməsini hədəfləyən layihəni uğurla bitirib. Layihə çərçivəsində CHED (Uşaqların Sağlamlığı, Təhsili və Sosial İnkişafı) və “Məktəbim” təhsil proqramlarının təlimi onlayn modelə uyğunlaşdırılıb və yeni qurulmuş veb-platforma yerləşdirilib.
• bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) aztəminatlı ailələrdən olan 60 yerli ixtisaslı işçinin məşğulluq imkanlarını artırmaq məqsədi daşıyan yeni təşəbbüsə dəstək verir. Layihə peşəkar təhsil almaq şansı olmayan peşə işçilərinə davamlı iş karyeralarının qurulması üçün tələb olunan sertifikat imtahanlarından keçmək və rəsmi diplom əldə etmək imkanı verəcək. İndiyədək 55 nəfər benefisiar proqramda iştirak edib.
• bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) kənd məktəblərini innovativ günəş istilik sistemi və istilik nasosu ilə təchiz edən təşəbbüsü uğurla başa çatdırıb.
• bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Texnologiya Universitetində kibertəhlükəsizlik sahəsində “Avtomatlaşdırma, telekommunikasiya və kompüter elmləri” kafedrasının təhsil potensialının gücləndirilməsini hədəfləyən təşəbbüsü dəstəkləyir.
• bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) orta məktəblərdə sahibkarlığın tədrisinə dəstək məqsədli layihəni uğurla başa çatdırıb. Layihə çərçivəsində 34 müəllim sahibkarlığın tədrisi üzrə öz pedaqoji bacarıqlarını təkmilləşdirib. Bundan əlavə, həmin müəllimlər ölkə üzrə 600-ə yaxın STEAM müəlliminə təlim keçib və onları məktəblərdə sahibkarlığın əsaslarını öyrətmək üçün zəruri biliklər və effektiv pedaqoji vasitələrlə təmin ediblər. Daha sonra təlim keçmiş müəllimlər ölkənin 51 rayonundakı 150 STEAM məktəbində 8000-ə yaxın şagirdə sessiyalar və digər təlim fəaliyyətləri keçiblər.
• bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) 2021-ci ilin sentyabrından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Texnest” təqaüdlü təhsil proqramı çərçivəsində yerli İT mütəxəssislərinin inkişafına töhfə verən layihəni dəstəkləyir. Layihənin birinci mərhələsi uğurla başa çatıb. Hazırkı mərhələ yerli əmək bazarında İT mütəxəssislərinin tələbatını ödəmək üçün aztəminatlı ailələrdən olan 289 yeni iştirakçını müxtəlif İT sahələrində lazımi bacarıqlarla təmin etməyi nəzərdə tutur. İndiyədək 60 nəfər benefisiar lazımi təlimləri bitirib.
• bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) məktəblərdə inklüziv təhsilin gücləndirilməsinə yönəlmiş layihəni uğurla başa çatdırıb. Layihə Bakı, Sumqayıt, Şirvan, Gəncə, Abşeron, Quba, Şəki, Qazax, Xaçmaz, Qəbələ və Ağcabədi də daxil olmaqla ölkənin müxtəlif yerlərindən seçilmiş 24 məktəbi əhatə edib. Layihə çərçivəsində mütəxəssislərlə birgə hazırlanmış xüsusi təlim proqramı vasitəsilə 280 məktəb müəllimi inklüziv təhsil sahəsində nəzəri biliklərini və praktiki bacarıqlarını təkmilləşdirib.
• bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Tovuz rayonunda aqroturizmin inkişafına dəstək məqsədli layihəni uğurla başa çatdırıb. Layihə seçilmiş aztəminatlı ailələr üçün gəlir və məşğulluq imkanları yaratmağı nəzərdə tutmuşdu. Layihəyə aqroturizmlə məşğul olan 7 xidmət təchizatçısının işçi heyəti üçün - ümumilikdə 27 nəfərə, təlim keçmək və mentorluq dəstəyi göstərmək, həmçinin həmin müəssisələri avadanlıq və alətlərlə təchiz etmək daxil idi, həmçinin, ehtiyac olduğu halda bu müəssisələrin obyektlərinin təmirinə də dəstək vermək də nəzərdə tutulmuşdu. Əlavə olaraq aqroturizmi təşviq etmək məqsədilə Tovuzda forum və sərgi təşkil olunmuşdur.
• bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Kürdəmir rayonunda yaşayan aztəminatlı ailələrdən olan 25 benefisiar üçün məşğulluq və gəlir əldə etmək imkanlarının artırılmasına töhfə verən layihəni dəstəkləyir. Layihə iştirakçıları dərzilik və vizajistlik üzrə peşə təlimləri alacaqlar.
• bp (Azərbaycanda bp-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Mingəçevir Dövlət Universitetində İKT kibertəhlükəsizliyi laboratoriyasının yaradılmasını hədəfləyən layihəni başa çatdırıb. Təşəbbüs kompüter mühəndisliyi, informasiya texnologiyaları, kompüter elmləri və kiber/informasiya təhlükəsizliyində ixtisaslaşan ildə 850-dən çox tələbənin faydalanması üçün mühəndislik fakültəsində tədris və təlimin keyfiyyətini artırmaq məqsədi daşıyıb.
• bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Tovuz və Ağstafa rayonlarında müharibədə zərər çəkmiş insanlara davamlı gəlir mənbələrinin qurulmasına dəstək məqsədli layihəni uğurla başa çatdırıb. Layihə iştirakçılarına psixo-sosial və hüquqi yardım göstərilib, həmçinin şəbəkələşmə (sosial inteqrasiya) və istirahət düşərgəsi təşkil edilib. Ümumilikdə bu layihədən 600-a yaxın insan yararlanıb. 25 nəfər müharibədə zərər çəkmiş insan isə Qaxda təşkil olunan şəbəkələşmə düşərgəsində iştirak edib.
• bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri üçün nəzərdə tutulmuş mühüm bir təlim proqramını uğurla başa çatdırıb. Proqramın əsas məqsədi ibtidai təhsil üzrə ixtisaslaşan bakalavr tələbələrinin inklüziv tədris bacarıqlarının inkişaf etdirilməsi olub. Universitetin İbtidai təhsil fakültəsinin təxminən 140 tələbəsi təlim proqramında iştirak edərək inklüziv təhsilin innovativ metodlarına və xüsusiyyətlərinə yiyələnib. Sonda onlara beynəlxalq sertifikatlar verilib. Proqram DanceAbility® adlanan beynəlxalq təlim metoduna əsaslanıb və bu metod universal ünsiyyət üsullarından istifadə etməklə əlilliyi olan insanların müalicəsində və reabilitasiyasında inklüzivliyi əhatə edir.
• bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) məktəbliləri, o cümlədən kənd yerlərində yaşayan və əlilliyi olan və ya xüsusi təhsilə ehtiyacı olan gəncləri əlçatan, müasir təhsil resursları ilə təmin edən təşəbbüsü uğurla başa çatdırıb. Layihə çərçivəsində əsas diqqət 5-9-cu sinif şagirdləri üçün riyaziyyat üzrə müfəssəl onlayn təhsil məzmununun hazırlanmasına yönəlmişdir. Yeni hazırlanmış materiallar onlayn tətbiq vasitəsilə ictimaiyyətə açıqdır və öyrənmə prosesini təkmilləşdirmək üçün müxtəlif vasitələri özündə birləşdirir.
• bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) 500-ə qədər gəncin məşğulluq imkanlarını artırmaq məqsədilə onlara maliyyə savadlılığı, sahibkarlıq və karyera inkişafı sahələrində təlimlərin keçirilməsini nəzərdə tutan təşəbbüsə dəstək verir.
• bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Azərbaycanın kənd yerlərində yaşayan müharibədən zərərçəkmiş insanlara dəstək məqsədli daha bir təşəbbüsü dəstəkləyir. Layihə çərçivəsində 200 nəfərə qədər iştirakçıya özünüməşğulluq, psixoloji və hüquqi yardım dəstəyi göstəriləcək. Bu günə qədər layihə çərçivəsində 144 benefisiar fərdi hüquqi yardım alıb.
• bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Azərbaycanda Ətraf Mühit, Sosial və İdarəetmə meyarlarının inteqrasiyasını gücləndirməyə yönəlmiş bir layihəni dəstəkləyir və bununla davamlı inkişafa və iqlim dəyişikliyi ilə bağlı fəaliyyətlərə töhfə verir. Layihənin iş həcminə özəl və dövlət sektorundakı təşkilatların korporativ strategiyalarına və əməliyyatlarına dairəvi iqtisadiyyat yanaşmasının daxil edilməsinə dair araşdırmaların aparılması və kampaniyaların həyata keçirilməsi daxildir. Layihənin araşdırma mərhələsi 2024-cü ildə başa çatıb.
• bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Azərbaycan universitetlərinin, tələbələrin, sahibkarların və tədqiqatçıların, həmçinin startap icmasının qlobal və regional biznes ekosisteminə inteqrasiyasına kömək məqsədli layihəni dəstəkləyir.
• bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Azərbaycanın dahi şairi Məhəmməd Füzuliyə həsr olunmuş kitab-albomun hazırlanmasını və nəşrini nəzərdə tutan təşəbbüsə dəstək verir.
• bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) inklüziv cüdo təşəbbüsünün həyata keçirilməsinə kömək məqsədli layihəyə dəstək verir. Layihə əlilliyi və xüsusi qayğıya ehtiyacı olan şəxslərin idman vasitəsilə cəmiyyətə inteqrasiyasına kömək etməyi hədəfləyir.
• bp (bp-nin Azərbaycanda fəaliyyət göstərdiyi birgə müəssisələrdəki tərəfdaşları adından) Gəncədə yerləşən 3 universitet və 2 kollecdən seçilmiş tələbələri dəstəkləmək üçün yeni bir təşəbbüsə başlayıb. Layihə çərçivəsində onlara veb proqramlaşdırma, qrafik dizayn və rəqəmsal marketinq üzrə təlimlər keçiriləcək. Bu layihədən 15 nəfərə qədər tələbə faydalanacaq.