1. Əsas səhifə
  2. Xəbərlər
  3. Biznesə dair məlumatlar
  4. 2016-cı ilin birinci rübünün nəticələri

2016-cı ilin birinci rübünün nəticələri

Tarix:
24 may 2016

AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%)

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

 

2016-cı ilin birinci rübü ərzində AÇG layihəsinə təqribən 137 milyon dollar əməliyyat məsrəfləri və 396 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.


Hasilat


İlin birinci rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb ərzində AÇG-dən ümumi hasilat – Çıraq (46 000), Mərkəzi Azəri (155 000), Qərbi Azəri (116 000), Şərqi Azəri (69 000), Dərinsulu Günəşli (139 000) və Qərbi Çıraq (126 000) platformalarından birlikdə – gündə orta hesabla 651 000 barel və ya ümumilikdə 59 milyon bareldən artıq, yəni 8 milyon ton təşkil edib.

 

Rübün sonunda AÇG-də ümumilikdə 95 neft hasilat quyusu və 41 qaz və su injektor quyusu istismarda idi.


AÇG üzrə qazma və tamamlama fəaliyyətləri


2016-ci ilin birinci rübündə AÇG-də 5 neft hasilat quyusu və 2 suvurma quyusu qazılmışdır.


Səmt qazı


2016-cı ilin birinci rübü ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,6 milyon kubmetr, ümumilkdə isə 692 milyon kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

 

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.

 

2016-cı ilin birinci rübündə terminal 75 milyon bareldən artıq neft və kondensat, o cümlədən təqribən 67 milyon Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 8 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) vasitəsilə, ixrac etmişdir.

 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

 

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 29,4 milyon standart kub metr (1 milyard 39 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir.

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir

 

2016-cı ilin birinci rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 29 milyon dollar, əsaslı xərclərə isə 11 milyon dollar xərclənmişdir.

 

1768km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən bəri bu boru kəməri vasitəsilə ümümilikdə təxminən 2,43 milyard barel (324 milyon ton) xam neft nəql edilmiş və Ceyhanda 3194 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

 

Birinci rübdə BTC vasitəsilə təqribən 9 milyon ton (67 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 82 tankerə yüklənib.

 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti, nəql olunur.

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

 

2016-cı ilin birinci rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 116 milyon dollar əməliyyat xərcləri və təqribən 928 milyon dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir.


Hasilat


Birinci rübdə Şahdəniz yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına etibarlı şəkildə qaz çatdırılması üçün hasilatı davam etdirmişdir.

 

Həmin dövr ərzində yataqdan 2,7 milyard standart kubmetr qaz və 0,6 milyon ton (təqribən 5 milyon barel) kondensat hasil edilmişdir.

 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10,8 milyard kubmetrdir.


Qazma əməliyyatları


2016-cı ilin birinci rübündə Şahdəniz Mərhələ 1 üçün iki qaz hasilatı quyusunun (SDA09 və SDA10) üst seksiyaları qazılmışdır.

İstiqlal qazma qurğusu hazırda sertifikasiya və irihəcmli yenidənqurma işləri üçün tərsanədədir. Bu işlərin 2016-cı ilin ikinci rübündə başa çatdırılaçağı gözlənilir. Heydər Əliyev qazma qurğusu isə birinci rüb ərzində SDG02 quyusunun 10 düymlük kəmər quyruğunadək olan seksiyasını qazmış, sonra SDG04 quyusunda həmin seksiyanı qazmağa keçmişdir. Bu iki qazma qurğusu artıq ilk qazın hasilatına və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində doqquz hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.



2016-cı ilin birinci rübündə Şahdəniz Mərhələ 2 uğurla irəliləməyə davam etmişdir. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 70%-dən çox tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.

 

Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.

 

İsrafil Hüseynov boru düzən gəmisi plana uyğun olaraq 32 düymlük sualtı ixrac kəmərinin 40 kilometrə yaxın hissəsini quraşdırıb.

 

2016-cı ilin birinci rübündə biz həmçinin ATA sahəsində iki Şahdəniz 2 platformasının üst modullarının istismara verilməsinə başladıq və artıq 50 yaşayış modulunun hamısı yaşayış və texniki emal platformasında quraşdırılmışdır. “Xankəndi” sualtı tikinti gəmisinin gövdə seksiyaları ilə burun hissəsinin birləşdirilməsi işləri də tamamlanıb və May ayında gəminin Bakı Gəmiqayırma zavodunda yenidən suya endirilməsi planlaşdırılır. Ümumi inşası bitdikdən sonra bu yeni gəmi Şahdəniz 2 sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək.

 

2016-cı ilin birinci rübündə Azərbaycanda artıq 22 000-dən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

 

2016-cı ilin birinci rübündə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 6 milyon dollar əməliyyat xərcləri və 236 milyon dollar əsaslı xərclər sərf edilib.

 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.

Birinci rüb ərzində CQBK-nin gündəlik orta ötürücülüyü 21,6 milyon kubmetr qaz olmuşdur.

 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

2016-ci ilin birinci rübündə CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu davam etmişdir.

 

Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam etmişdir. Təqribən 83km uzunluğunda borular artıq qaynaq edilib, 57km boru örtüklənib və 36km boru xəndəyə endirilib. Xəndəyin qazılması, boruların xəndəyə endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri hazırda davam edir. Boruların saxlanma sahələrinə gətirilməsi davam edib və Azərbaycan hissəsi üçün lazım olan boruların 80%-dən çoxu artıq Muğan, Kürdəmir, Yevlax, Qazançı və Dəllər borusaxlama sahələrindədir. Ağsu kanalının altından ilk üfüqi istiqamətdə qazma işləri tamamlanıb və Göyçayda ikinci qazma əməliyyatı üçün hazırlıq işləri gedir.

 

Birinci rübdə Gürcüstanda xəndəyin qazılması, boruların xəndəyə endirilməsi və düzülməsi işləri başlamışdır. Kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam etmişdir və 34 kilometrə yaxın boru qaynaq edilib, 10 kilometrdən çox boru isə örtüklənib. Hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edib. 1-ci kompressor stansiyasında işlər 42%, 2-ci kompressor stansiyasında isə 12% tamamlanmışdır. Ölçmə stansiyasının tikintisi 26% tamamlanıb və 2018-ci il üçün işlərin bitirilməsi planına uyğun davam edir.




 

Şəfəq-Asiman üzrə 3-ölçülü seysmik tədqiqatın məlumatlarının son interpretasiyası 2016-cı ilin birinci rübündə başa çatdırılıb və ilk kəşfiyyat quyusunun planlaşdırılması işlərinə başlanmışdır.

 

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hazilatın pay bölgüsü sazişinə uyğun sahələrdə 2-ölçülü seysmik tədqiqat proqramı 2015-ci ilin dekabr ayında təhlükəsiz şəkildə başa çatdırılmışdır. Bu ilin may ayınadək bu məlumatların işlənib bitirilməsi planlaşdırılır. Bunun ardınca biz 2-ölçülü seysmik tədqiqatın məlumatlarının interpretasiyasına başlayacağıq. Ərazidə 3-ölçülü seysmik tədqiqat proqramının planlaşdırılması da başa çatıb və tədqiqatın 2016-cı ilin ikinci rübündə başlaması gözlənilir.

2016-cı ilin birinci rübünün axırına, BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 926 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə beş azərbaycanlı vitse-prezident daxildir.

 

BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir.

 

Kadrların milliləşdirilməsi planına uyğun olaraq, 1 yanvar 2016-cı il tarixindən Elxan Məmmədov BP-nin hasilat üzrə vitse prezidenti təyin olunub. Bu yeni vəzifədə Elxan BP-nin Azərbaycanda texniki sahəyə məsul olan ilk vitse prezidentidir. Digər bir təyinat Orxan Quliyevin, 2016-cı ilin iyun ayından başlayaraq BP-nin texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse prezidenti təyin olunmasıdır.

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

 

2016-cı ilin birinci rübü ərzində BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 0,34 milyon dollar xərcləmişlər.

 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

 

Bu qəbildən Azərbaycanda hazırda həyata keçirilən layihələrin bəzi nümunələri bunlardır:

  • “Sahibkarlığın İnkişafı və Təlim Proqramı” (SİTP) -bu çox milyon dollarlıq layihə yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. İlk gündən bu proqram Azərbaycanın iqtisadi bazasının genişlədirilməsi və yerli şirkətlərin həm ölkədaxili bazarda, həm də Xəzər regionunda və daha geniş miqyaslı bazarlarda rəqabət gücünün artırılmasına dəstək verməyə yönəlib. SİTP yerli şirkətlərin beynəlxalq standartlara çatması və neft və qaz sənayesində təchizat kontraktları üçün rəqabət apara bilməsi üçün gözəl imkandır. iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək barədə öhdəliyinin bir hissəsidir. İlk gündən bu proqram Azərbaycanın iqtisadi bazasının genişlədirilməsi və yerli şirkətlərin həm ölkədaxili bazarda, həm də Xəzər regionunda və daha geniş miqyaslı bazarlarda rəqabət gücünün artırılmasına dəstək verilməsi məqsədinə yönəlib. SİTP yerli şirkətlərin beynəlxalq standartlara çatması və neft və qaz sənayesində təchizat kontraktları üçün rəqabət apara bilməsi üçün gözəl imkandır.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda qurduğu Layihələri İdarəetmə Məktəbi (LİM). Bu layihə özəl və dövlət sektorunu təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Bu günədək məktəbdə 325 layihə meneceri təlim keçərək beynəlxalq sertifikat qazanıb.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həm də SOCAR-la yerli işçi qüvvəsinin inkişaf etdirilməsi və insan resursları sahəsində əməkdaşlıq edirlər. Bu şirkətlər neft-qaz sənayesi ilə əlaqədar istiqamətlər üzrə ixtisaslaşan azərbaycanlı kadrlar üçün təlim və inkişaf imkanlarının yaradılması sahəsində birgə işlərini davam etdirir. Bu öhdəlik çərçivəsində Səngəçal terminalı yaxınlığındakı Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan yerli icma nümayəndərlərinin SOCAR-ın Qobustandakı Regional Texniki Təlim Mərkəzi vasitəsilə peşə və texniki təliminə dəstək verilir. Bu günədək BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları 130-dan artıq – 2015-ci ildə 79, 2016-cı ildə 55, yerli icma nümayəndəsinin həmin mərkəzdə təlimini maliyyələşdirmişlər.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) öz obyektlərinin qonşuluğunda yaşayan icmalarda informasiya texnolgiyası (İT) üzrə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu layihənin bir hissəsi olaraq Səngəçal və Ümid qəsəbələrini təmsil edən 50 nəfər CİSCO sertifikatı verən İT təlimi kurslarını bitirmiş və beləliklə öz məşğulluq imkanlarını daha da artırmışlar. Gələcəkdə belə təlimlərin boru kəmərləri boyunca digər icmalarda da keçirilməsi planlaşdırılır.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) öz obyektlərinin qonşuluğunda yaşayan icmalarda informasiya texnolgiyası (İT) üzrə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu layihənin bir hissəsi olaraq Səngəçal və Ümid qəsəbələrini təmsil edən 50 nəfər CİSCO sertifikatı verən İT təlimi kurslarını bitirmiş və beləliklə öz məşğulluq imkanlarını daha da artırmışlar. Gələcəkdə belə təlimlərin boru kəmərləri boyunca digər icmalarda da keçirilməsi planlaşdırılır.
  • BP şirkətinin Qafqaz Universitetinin bakalavr proqramını genişləndirərək kimya, mexanika və inşaat mühəndisliyi də daxil olmaqla üç yeni ixtisas üzrə fakültələrin açılmasına dəstəyi. Layihənin bir hissəsi olaraq 2009-cu ildə BP kimya mühəndisliyi fakültəsi, 2011-ci ildə isə həmin fakültə üçün tam təchiz edilmiş beş müasir laboratoriya açdı. 2011-ci ildə isə universitetdə mexanika mühəndisliyi fakültəsi açıldı və BP 2013-cü ilin dekabr ayında bu yeni fakültəyə 11 dünya səviyyəli laboratoriya bağışladı. Hazırda işlər inşaat mühəndisliyi fakültəsində labaratoriya açmaq yönümündə davam edir.
  • BP-nin Bakı Ali Neft Məktəbində biznes mühazirələri Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. BP-nin mütəxəssisləri və rəhbər işçilərinin bu ali məktəbdə keçirdiyi silsilə mühazirələrdən əlavə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbinin müəllim və tələbə heyəti ilə görüşüb, öz təcrübəsini bölüşüb, həmçinin BP-nin əməliyyatları və planları barədə məlumat verib.

 

Bundan əlavə, 2016-cı ilin birinci rübü ərzində BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Gürcüstanda davamlı inkişaf layihələrinə 0,3 milyon dollardan artıq vəsait xərcləyib.

 

Həmin təşəbbüslərə dair bir neçə misal:

  • İcma İnkişaf Təşəbbüsü BP qurğularının yaxınlığında yaşayan yerli icmalarda müsbət əlaqələri dərinləşdirmək və sosial-iqtisadi inkişafa töhfə vermək məqsədilə 2003-cü ildə fəaliyyətə başlayıb. Proqramın nəticələri yaşayış vasitələrinin yaxşılaşdırılması, məşğulluq və vətəndaş cəmiyyəti potensialının yaradılmasını əhatə edir və əsas diqqəti kənd təsərrüfatı və biznesin inkişafına, kənd yerlərindəki infrastrukturun bərpasına və gənclərin cəmiyyətdəki iştirakının gücləndirilməsinə yönəldib. Proqram fəaliyyətə başladığı vaxtdan etibarən kənd yerlərində 300-dən çox infrastruktur layihələri həyata keçirilib və 800-dən artıq biznes fəaliyyəti yaradılıb.
  • Enerji Səmərəliliyi Layihəsinin məqsədi CO2 emissiyalarının azaldılması üçün müxtəlif vasitələr və qurğular təmin edərək Gürcüstan icmalarında enerji səmərəliliyinin artırılması vasitəsilə milli enerji təhlükəsizliyini, habelə qlobal ətraf mühitin mühafizəsini təbliğ etməkdir. Digər fəaliyyətlərlə yanaşı bu layihə ölkə boyunca müxtəlif sosial təyinatlı binalarda bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi texnologiyaları tətbiq edir və beləliklə də nümayiş etdirir ki, ekoloji təmiz enerji texnologiyalarını tətbiq etməklə enerji xərclərini əhəmiyyətli dərəcədə azaltmaq, təchiz olunan enerjinin keyfiyyətini yaxşılaşdırmaq və ətraf mühitə mənfi təsirləri azaltmaq mümkündür. Biz Gürcüstanın 5 şəhərində enerji səmərəliliyi layihəsinə başlamışıq.
  • Enerji Səmərəliliyi Layihəsinin məqsədi CO2 emissiyalarının azaldılması üçün müxtəlif vasitələr və qurğular təmin edərək Gürcüstan icmalarında enerji səmərəliliyinin artırılması vasitəsilə milli enerji təhlükəsizliyini, habelə qlobal ətraf mühitin mühafizəsini təbliğ etməkdir. Digər fəaliyyətlərlə yanaşı bu layihə ölkə boyunca müxtəlif sosial təyinatlı binalarda bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi texnologiyaları tətbiq edir və beləliklə də nümayiş etdirir ki, ekoloji təmiz enerji texnologiyalarını tətbiq etməklə enerji xərclərini əhəmiyyətli dərəcədə azaltmaq, təchiz olunan enerjinin keyfiyyətini yaxşılaşdırmaq və ətraf mühitə mənfi təsirləri azaltmaq mümkündür. Biz Gürcüstanın 5 şəhərində enerji səmərəliliyi layihəsinə başlamışıq.
  • BP Gürcüstan Milli Paralimpiya Komitəsinin rəsmi tərəfdaşıdır və 2012-ci ildən etibarən, o cümlədən London Paralimpiya Oyunları ərzində və 2016-cı ildə keçiriləcək Rio Paralimpiya Oyunları üzrə paralimpiyaçılar ilə tərəfdaşlıq edir. Bu tərəfdaşlıq çərçivəsində BP paralimpiyaçıların inkişafına dəstək göstərilməsinə xüsusi diqqət ayırıb. BP təlimlər və yarışlar zamanı idmançılara dəstək olmaq üçün resurslar ayırır və beləliklə idmançıların məşq, avadanlıq və səfərlər üçün zəruri vasitələrə malik olmasını təmin edir. Milli Paralimpiya Komitəsi və idman elçiləri ilə tərəfdaşlıq çərçivəsində BP paralimpiya haqqında məlumatlılığın artırılmasına və yerli icmaların təşviqinə yönəlmiş kampaniyaya dəstək verir. Bu, Agitos Fondunun Qrant Dəstək Proqramının rəsmi tərəfdaşı kimi BP-nin Paralimpiya Hərəkatına verdiyi geniş dəstək çərçivəsində həyata keçirilir. Agitos Fondunun Qrant Dəstək Proqramı dünyada paralimpiya idman növlərinin inkişaf etdirilməsi üçün Beynəlxalq Paralimpiya Komitəsinin üzvlərinə maliyyə dəstəyi göstərir.
  • “British Council” tərəfindən həyata keçirilən BP-nin yerli KİV-lər üçün ingilis dili təlim proqramı 300 nəfərdən çox yerli jurnalistin mühüm dil və peşə bacarıqlarını inkişaf etdirməsinə yardım edib.

Təqdimat slaydları


Biznesimizi əks etdirən təqdimat slaydları ilə tanış olun 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 

Telefon: +994 (0) 12 599 45 57