1. Əsas səhifə
  2. Xəbərlər
  3. Biznesə dair məlumatlar
  4. 2019-cu ilin 1-ci yarısının yekunları

2019-cu ilin 1-ci yarısının yekunları

Tarix:
1 avqust 2019

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

 

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur. 

 
2019-cu ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə 272 milyon dollardan artıq əməliyyat məsrəfləri və  657 milyon dollardan artıq əsaslı məsrəflər xərclənmişdir.


2019-cu ilin aprel ayında AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan Azəri Mərkəzi Şərqi (AMŞ) layihəsinə sanksiya verildi. 6 milyard dollar dəyərində olan bu işlənmə layihəsinə yeni dəniz platforması və qurğularının inşası daxildir. Platforma gündəlik 100 000 barelədək neft hasil etmək gücündə layihələndirilmişdir və istismar müddəti ərzində onun 300 milyon barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir. Layihə çərçivəsində ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi planlaşdırılır.


Bu layihə üzrə tikinti işləri artıq başlanmışdır (iyul ayında) və ilin ikinci yarısı ərzində tikinti işləri genişlənməkdə davam edəcək.

 

Hasilat

 

2019-cu ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Birincü yarım il üçün AÇG-dən ümumi hasilat – Çıraq (42 000), Mərkəzi Azəri (131 000), Qərbi Azəri (120 000), Şərqi Azəri (94 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (60 000) platformalarından birlikdə – gündə orta hesabla 542 400 barel və ya ümumilikdə 98 milyon bareldən artıq, yəni 13 milyon ton olub.


Birinci yarım ilin sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu və 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.  


AÇG üzrə qazma və tamamlama fəaliyyətləri


Birinci yarım ildə AÇG-də 7 neft hasilat quyusu qazılıb.


Səmt qazı


2019-cu ilin birinci yarım ili ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5 milyon kubmetrdən artıq, ümumilkdə isə 0,9 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

2019-cu ilin birinci yarısında AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.


Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 80 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.


Altı ay ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 134 milyon bareldən çox neft və kondensat, o cümlədən 121 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 13 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.


Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

 

2019-cu ilin birinci yarım ili ərzində terminaldan həmçinin gündəlik orta hesabla 46 milyon standart kubmetr (təqribən 1 milyard 610 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.

 




BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.


Birinci yarım ildə BTC üzrə əməliyyat xərclərinə təqribən 55 milyon dollar, əsaslı xərclərə isə təqribən 12 milyon dollar xərclənmişdir.


1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2019-cu ilin birinci yarısının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 432 milyon tondan artıq (3,2 milyard bareldən artıq) xam neft nəql edilmiş və Ceyhanda 4234 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.


Birinci yarım il ərzində isə BTC vasitəsilə təqribən 16 milyon ton (120 milyon bareldən artıq) xam neft ixrac olunub və bu neft Ceyhanda 149 tankerə yüklənib.


Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur. 

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

 

2019-cu ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə 376 milyon dollar əməliyyat xərcləri və 555 milyon dollardan artıq əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.


Hasilat


Birinci yarım ildə Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.


Altı ay ərzində yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə, 8,4 milyard standart kubmetr qaz və təqribən 2 milyon ton (14,4 milyon barel) kondensat hasil edilmişdir.


Ötən ilin iyul ayının sonunda Şahdəniz Bravo platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam etmişdir.


Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyard) standart kubmetrdir.


Qazma əməliyyatları


2019-cu ilin birinci yarısında Şahdəniz Alfa platformasından quyu qazılmamış, qazma qurğusunda profilakrik işlər aparılmışdır.


İstiqlal qazma qurğusu şərq cinahda bir sualtı quyu, qərb cinahda isə iki sualtı quyu tamamlayıb və hazırda şərq cinahın  şimal hissəsində eyni əməliyyatları həyata keçirir. Maersk Explorer qurğusu şimal cinahında bir quyunu tam dərinliyinədək,  digər bir quyu lüləsinin isə üst intervalını qazmış və sonra iki quyunun üst intervalını qazmaq üçün qərb cinahına  keçmişdir.


Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 16 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu,  şərq-cənub cinahında dörd quyu və  qərb cinahın cənub hissəsində iki quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

 

2019-cu ilin birinci yarısında CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 20 milyon dollar əməliyyat xərcləri və 24 milyon dollar əsaslı xərclər sərf edilib.


CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə  təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.


2019-cu ilin birinci yarısı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 28 milyon kubmetrdən çox olmuşdur.


CQBK-nin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR Midstream Operations isə boru kəmərinin kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

Şəfəq-Asiman blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir. Bu ilin sonlarında qazma işlərinə başlanması nəzərdə tutulur.


Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş üç perspektiv yerdə kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Birinci quyunun qazılması işlərinin bu ilin sonlarında başlanması nəzərdə tutulur.


D230 bloku üzrə 2019-cu ilin dördüncü rübündə 3-ölçülü seysmik tədqiqat aparılması planlaşdırılır. Əldə edilmiş nəticələrdən asılı olaraq ilk kəşfiyyat quyusunun planlaşdırılmasına 2020-ci ildə başlanacaq.Şəfəq-Asiman blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir. Bu ilin sonlarında qazma işlərinə başlanması nəzərdə tutulur.


Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş üç perspektiv yerdə kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Birinci quyunun qazılması işlərinin bu ilin sonlarında başlanması nəzərdə tutulur.


D230 bloku üzrə 2019-cu ilin dördüncü rübündə 3-ölçülü seysmik tədqiqat aparılması planlaşdırılır. Əldə edilmiş nəticələrdən asılı olaraq ilk kəşfiyyat quyusunun planlaşdırılmasına 2020-ci ildə başlanacaq.

2019-cu ilin ikinci rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2510 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.


2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.


Bu ilin birinci yarısı ərzində BP Azərbaycan şirkətinin on yerli işçisi BP-nin Böyük Britaniya, İraq, Rusiya və digər ofislərində yüksək vəzifəli rəhbər işlərə təyin olunub.  


BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.


2019-cu ilin birinci yarısında BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 1,4 milyon dollar xərcləmişlər.


Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.


Bu qəbildən Azərbaycanda hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır:

  • BP və tərəfdaşları “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” adlı proqramı dəstəkəlyir. Bu layihə Azərbaycanda əlilliyi olan şəxslərin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutur. Layihə həmçinin psixoloji məsləhətlər vasitəsilə iştirakçıların öz qabiliyyətlərinə inam hissini gücləndirir. Layihənin birinci fazası 2019-cu ilin yanvar ayında bitmişdir. Birinci fazanın iştirakçılarından 34 nəfəri  müxtəlif təşkilatlarda işə düzəlib və ya öz işlərini qurub. Bundan əlavə, BP Azərbaycan şirkəti layihənin seçilmiş iştirakçıları üçün xüsusi təcrübə proqramı yaradıb. Proqram iştirakçılarından altı nəfər hazırda beynəlxalq iş mühitində BP-nin təcrübəli əməkdaşlarından yeni bacarıq və biliklər öyrənirlər və daha üç nəfər əlliliyi olan şəxs üçüncü rübdən başlayaraq BP-də təcrübə keçəcək. Layihənin ikinci fazası bu ilin iyun ayında başlamışdır.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) milyonlarla dollar dəyərində layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. 2019-cu ilin birinci yarısında 75 şirkət/sahibkar BP və tərəfdaşlarının maliyyə dəstəyi ilə keçirilən bacarıqların inkişaf etdirilməsi fəaliyyətlərində iştiraklarını davam etdirib.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) orta məktəblərdə informasiya texnolgiyası (İT) tədrisinin gücləndirilməsi və bu sahədə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu 3-illik təşəbbüs çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıqda İT təmayüllü məktəblər üçün kurikulum hazırlanır. Bundan əlavə, yeni kurikulumun pilot tətbiqinə başlamaq üçün 25 seçilmiş Bakı məktəbini təmsil edən 50 müəllimə xüsusi təlimlər də keçilib.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) az təminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək məqsədi daşıyan “Gələcəyini qur” layihəsini həyata keçirir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir – akademik biliklər vermək və sosial inteqrasiya. Bu günədək layihənin iki uğurlu fazası olub və iştirakçıların təqribən 91%-i ali məktəblərə daxil olub. Bu uğurlu nəticəyə əsaslanaraq layihə 3-cü fazada davam edir. Hazırda yerli icmalardan seçilmiş 84 şagird bu proqram çərçivəsində təhsil alaraq ali məktəblərə qəbul imtahanlarında iştirak edir.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca icmaların  bacarıq və bilgilərinin artırılmasına yönəlmiş bir layihə həyata keçirir. Layihə icmalarda ingilis dilinin tədrisi keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Pilot mərhələnin uğurlu olması layihənin müddətinin boru kəmərləri boyunca 11 bölgədən olan 165 müəllim və 480 icma nümayəndəsinı əhatə etməklə uzadılmasına imkan verdi və bunun ardınca layihənin 3-cü fazada davam etməsi qərarlaşdırıldı. 3-cü fazada əvvəlki mərhələlərdə ixtisaslaşmış 22 müəllimin iştirakıyla Ağstafa, Samux, Şəmkir, Goranboy, Tovuz, Kürdəmir, Hacıqabul, Qaradağ, Yevlax, Ucar və Ağdaş bölgələrindən olan 400-dən çox icma nümayəndəsinə təlimlər keçildi. Layihə bu ilin aprel ayında uğurla başa çatıb.
  • BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən və bir sıra digər bölgələr daxil olmaqla 13 rayonda – Hacıqabul, Kürdəmir, Ağdaş, Ucar, Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz, Ağstafa, Ağsu, Qobustan və Şirvan rayonlarında, erkən müdaxilə xidmətlərinin yaradılması üzrə layihə həyata keçirir. Hazırda layihənin 3-cü fazası həyata keçirilir. 2016-2018-ci illərdə həyata keçirilən 2 faza ərzində 13 rayonda erkən müdaxilə xidməti yaradılmış və işlək vəziyyətə gətirilmiş, üç rayonda məktəbəqədər xidmətin gücləndirilməsi işləri görülmüşdür. Layihə, fəaliyyətdə olan erkən müdaxilə xidmətləri və məktəbəqədər qruplar arasında sinerji yaradaraq inkluziv təhsilin təşviq edilməsinə töhfə verir.  
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən Yevlax, Goranboy, Samux və Şəmkir rayonlarında ilkin olaraq 100 icma üzvünü əhatə edən yeni gəlir imkanları yaradılması layihəsi həyata keçirir. Bu əsasən həmin fermerlərə arıçılıq və kiçik təsərrüfatçılıq üzrə avadanlıq, təlim və müntəzəm məsləhətlər verməklə yaradılan gəlir imkanlarıdır. “Şirin qızıl” adlanan bu layihə BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən daha iki rayondan – Ağstafa və Tovuz, seçilmiş əlavə 600 nəfər icma üzvünü əhatə etməklə uzadılmışdır. Layihənin 3 il - 2018-2020-ci illər, üçün nəzərdə tutulmuş bu yeni mərhələsi çərçivəsində arıçılığın inkişafı məqsədilə 60000 nektar ağac da əkiləcək. Bu günədək 10000 nektar ağacı artıq əkilmiş və 400 nəfər layihə benefisiarı seçilmişdir.
  • BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) qonşu icmalarda ətraf mühit şəraitinin yaxşılaşdırılması məqsədli “Yaşıl Səngəçal” adlı ekoloji bir layihə həyata keçirib. Layihə çərçivəsində Qaradağ rayonunun yaşayış sahələrindən biri təmizlənib abadlaşdırıldıqdan sonra orada 1000 ağac, kol və digər bitkilər əkilmiş və idman avadanlıqları ilə təchiz olunmuş yaşıl həyət yaradılmışdır.
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Bakı Mühəndislik Universitetində BP və tərəfdaşlarının yaratdığı 11 laboratoriyada kimyəvi eksperimentlərin aparılması üçün materialların alınmasını və yeni avadanlıqların quraşdırılmasını təmin etməklə həmin universitetə dəstəyini davam etdirir. Bundan əlavə, bu dəstəyə Kimya Mühəndisliyi fakültəsi üçün tədris materiallarının ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsi də daxildir. Bu təşəbbüslərdən hər il 400-dən çox tələbənin faydalanacağı gözlənilir.
  • BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından)  autizm pozuntuları olan şəxslərin müalicəsi sahəsinə beynəlxalq təcrübədə tətbiq edilən yanaşmalardan birini gətirmək məqsədli bir layihəni maliyyələşdirir. Layihə autizm pozuntuları olan şəxslərin cəmiyyətə inteqrasiya etməsinə yardım etmək, onları əsas təhsil sahələrinə yönəltmək, ixtisas və peşələr üzrə iş mühitinə cəlb etmək və ailə həyatına hazırlamaq məqsədləri daşıyır. Bu vaxtadək həyata keçirilmiş fəaliyyətlər çərçivəsində 54 valideynə və mütəxəssisə autizmli şəxslərin innovativ üsullarla müalicəsi barədə 100 saatlıq təlimlər verilib, habelə icmalarda maarifləndirmə və məlumatlandırma proqramları həyata keçirilib.
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) “Uşaqlıq dövründə Sağlamlıq, Təhsil və Sosial İnkişaf (CHED) üzrə baza kursu”nun yaradılmasına yönəlmiş yeni təşəbbüsə dəstək verir. Bu layihə səhiyyə, təhsil və sosial xidmət sektorlarında işləyən mütəxəssislər üçün təlim imkanları təklif etməklə əlilliyi olan uşaqlara və onların ailələrinə göstərilən xidmətin keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Bu məqsədlə Corctaun Universiteti (UAS) tərəfindən sertifikatlaşdırılmış yeni təlim proqramı hazırlanıb. 15 nəfərin iştirakı ilə keçirilmiş birinci təlim kursu aprel-iyul aylarında həyata keçirilib.
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) məktəblərdə təhsilin keyfiyyətinin artırılmasına kömək etmək məqsədilə “Məktəbə Dəstək Layihəsi”ni maliyyələşdirir. Layihə çərçivəsində məktəblərdəki müəllim heyəti və potensial müəllimlər üçün kitab və lüğət daxil olmaqla tədris metodologiyasına dair təlim materiallarının nəşri nəzərdə tutulub.
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) fizioterapiya sahəsində təlimlər verməklə 60 nəfərədək uşaq inkişafı üzrə mütəxəssisin bacarıqlarının təkmilləşdirilməsini nəzərdə tutan layihəyə dəstək verir. Bu mütəxəssislərin ümumilikdə 300 nəfərədək əlilliyi olan uşaqla işləyəcəyi gözlənilir. Digər bir layihə vasitəsilə BP və tərəfdaşları icma əsaslı bir uşaq qayğı mərkəzində xidmətlərin keyfiyyətinin artırılması üçün 30 mütəxəssisin bacarıqlarını inkişaf etdirir.
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimlərinin və tələbələrinin ingilis dili biliklərini inkişaf etdirməyi nəzərdə tutan “Mühəndislər üçün ingilis dili” layihəsinə dəstək verir. Layihə təhsil potensialının artırılmasına yardım edir, habelə universitetin beynəlxalq əməkdaşlığının genişlənməsinə dəstək verir.

 

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2019-cu ilin birinci yarısında 0,4 milyon dollar vəsait xərcləmişdir. Bu layihələr aşağıdakılardır:

  • BP davamlılıq və tədarük təchizatın idarə edilməsi; insan resurslarının idarə olunması; media və kütləvi kommunikasiyalar; bank işi və maliyyə bazarları; marketinqin prinsipləri; menecmentin əsasları; sosial işlərdə etik dəyərlər barədə 10 akademik dərsliyin ingilis dilindən Azərbaycan dilinə tərcüməsini və çapını dəstəkləyir. Gözlənilir ki, layihə ali təhsil müəssisələrində adları sadalanan sahələr üzrə tədrisin keyfiyyətini qaldıracaq və bundan 10 universitetdə 17 000-dən çox tələbə faydalanacaq.      
  • BP əməkdaşlarının Bakı Ali Neft Məktəbində və Azərbaycan Dövlər Neft və Sənaye Universitetində biznes mühazirələri təşəbbüsü Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində BP-nin aparıcı mütəxəssisləri və rəhbər işçiləri bu ali məktəblərdə silsilə mühazirələr və təqdimatlar keçirir, öz təcrübələrini bölüşür və BP-nin əməliyyatları, texnoligiyaları, iş prosesləri və mexanizmləri barədə məlumat verirlər.
  • BP Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstək verir­. Bu tərəfdaşlığın bir hissəsi olaraq BP bir sıra inkişaf və bacarıqların yaradılması proqramlarını  maliyyələşdirir və bir qrup milli idmançıya dəstək verir. 2016-cı ildə BP şirkəti Azərbaycanın milli yığmalarına, hər iki milli komitəyə və yeddi seçilmiş milli idmançıya dəstəyini 2020-ci ilədək davam etdirmək məqsədilə öz tərəfdaşlıq müqaviləsini uzadıb.
  • BP ruhi xəstəlikləri olan uşaqlara qayğının əhəmiyyəti barədə ictimai məlumatlılığı artırmaq məqsədilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün keçirilmiş 1-ci Konqresi dəstəkləyib.
  • BP investorların, startapları, sahibkarları, şirkət rəhbərlərini, kiçik və orta biznesin nümayəndələrini bir araya gətirən üç günlük “Falcons Summit Baku 2019” tədbirinə dəstək verib. Bu tədbir Azərbaycanda innovativ startapları nümayiş etdirməyə, maliyyələşmə kanallarını müzakirə etməyə və investisiya potensialını göstərməyə imkan yaradıb. Tədbirdə 120-dən artıq ölkə iştirak edib.
  • BP həmçinin Azərbaycanda neft və qaz sənayesinin inkişafı perspektivləri, Xəzər regionunda və Mərkəzi Asiyada neft və qaz bazarları, karbohidrogenlərin logistikası və tranziti üzrə potensial, əsas ixrac marşrutları, xam neft və neft məhsullarının ticarət axını, neft emalı zavodlarının və neft-kimya zavodlarının modernləşdirilməsi, neft və qaz sənayesində innovativ texnologiyalar barədə informasiya mübadiləsi üçün platforma təmin edən 4-cü SOCAR Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" Forumuna dəstək verib.
  • BP şirkəti müsabiqədə uğurlu biznes konsepsiyalarını və startapları təşviq etməklə Azərbaycanda innovativ ekosistemə yardım edən “Yeni Fikir” Layihəsinə dəstək verib. Layihə çərçivəsində müsabiqədən əvvəl və sonra mentorluq, seminarlar və təlimlər kimi bir sıra fəaliyyətlər həyata keçirilib və rəqəmsal avadanlıqlar və proqram təminatı ilə təchiz edilmiş İnkubasiya və Akselerasiya Mərkəzi yaradılıb. Müsabiqə 400 nəfərdən çox gəncin təqdim etdiyi 150-dək startap layihəsini əhatə edib. Nəticədə onların öz startaplarını inkişaf etdirməsi və kommersiyalaşdırması və uğurlu sahibkarlıq fəaliyyətinə başlaması üçün xüsusi olaraq nəzərdə tutulmuş inkubasiya və akselerasiya proqramları vasitəsilə BP tərəfindən bundan sonra da dəstək veriləcək 14 ən yaxşı layihə seçilib.

Əlavə məlumat üçün BP-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 

Telefon: (+994 12) 525 5895