1. Əsas səhifə
  2. Xəbərlər
  3. Biznesə dair məlumatlar
  4. 2015-ci ilin yekunları

2015-ci ilin yekunları

Tarix:
29 fevral 2016

AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

 

2015-ci il ərzində AÇG layihəsinə təqribən 760 milyon dollar əməliyyat məsrəfləri və 1,9 milyard dollar əsaslı məsrəflər xərclənmişdir.


Hasilat


2015-ci ildə AÇG-də stabil hasilat davam etmişdir. İl ərzində AÇG-dən ümumi hasilat – Çıraq (48 000), Mərkəzi Azəri (154 000), Qərbi Azəri (110 300), Şərqi Azəri (71 000), Dərinsulu Günəşli (141 400) və Qərbi Çıraq (109 400) platformalarından birlikdə – gündə orta hesabla 634 000 barel və ya ümumilikdə 231 milyon barel, yəni 31,3 milyon ton təşkil edib.

 

İlin sonunda AÇG-də ümumilikdə 91 neft hasilat quyusu və 42 qaz və su injektor quyusu istismarda idi.


AÇG üzrə qazma və tamamlama fəaliyyətləri


2015-ci ildə AÇG-də 15 neft hasilat quyusu və iki suvurma quyusu qazılmışdır.

 

Səmt qazı


2015-ci il ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları” vasitəsilə gündə orta hesabla 8,9 milyon kubmetr, ümumilkdə isə 3,2 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

 

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.

 

2015-ci ildə terminal 296 milyon bareldən artıq neft və kondensat, o cümlədən təqribən 261,6 milyon Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 31,4 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), 2,2 milyon barel dəmir yolu vasitəsilə və 0,9 milyon barel kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir.

 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

 

İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla 26,9 milyon standart kub metr (949,5 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

 

2015-ci il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 155 milyon dollar, əsaslı xərclərə isə 57 milyon dollar xərclənmişdir.

 

1768km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən bəri bu boru kəməri vasitəsilə ümümilikdə təxminən 2,36 milyard barel (315 milyon ton) xam neft nəql edilmiş və Ceyhanda 3112 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

 

2015-ci ildə BTC vasitəsilə təqribən 35 milyon ton (262,8 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 361 tankerə yüklənib.

 

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%)

 

2015-ci il ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 482 milyon dollar əməliyyat xərcləri və 4,37 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir.


Hasilat


2015-ci ildə Şahdəniz yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirmişdir.

 

Bu dövr ərzində yataqdan 9,9 milyard standart kubmetr qaz və 2,3 milyon ton (təqribən 18,3 milyon barel) kondensat hasil edilmişdir.

 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10 milyard kubmetrdir.


Qazma əməliyyatları


2015-ci ildə Şahdəniz Mərhələ 1 platformasında may ayında SDA07 və dekabr ayında SDA08 hasilat quyuları qazılıb.

 

İyul ayında İstiqlal qazma qurğusu sertifikasiya və yenidənqurma üçün tərsanəyə gətirilib. Heydər Əliyev qazma qurğusu isə Şahdəniz Mərhələ 2 layihəsinin öncəqazma proqramı çərçivəsində mart ayında SDD03 və oktyabr ayında SDD04 quyularında qazma əməliyyatlarını bitirib və SDG02 quyusunun aşağı hissəsini qazmağa başlayıb.

 

Bu iki qazma qurğusu artıq ilk qazın hasilatına və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində doqquz hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

2015-ci ildə Şahdəniz Mərhələ 2 irəliləməyə davam edərək bir sıra əsas işlərin həyata keçməsinə nail olub.

 

Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 66%-dən çox tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.

 

Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.

 

Dördüncü rübdə Bakı Gəmiqayırma zavodunda inşa edilən “Xankəndi” sualtı tikinti gəmisi üçün iki iri gövdə seksiyası Volqa-Don kanalı vasitəsilə təhlükəsiz şəkildə Sinqapurdan Bakıya gətirilib. Bu seksiyaların çəkisi ümimilikdə 10800 ton, uzunluğu 140 metr, eni 16 metr, hündürlüyü isə 17 metrdir. Seksiyalar Bakı Gəmiqayırma Zavodunda inşası başa çatmış burun hissəsi ilə birləşdiriləcək. Ümumi inşası bitdikdən sonra bu yeni gəmi Şahdəniz 2 sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək. Digər bir nailiyyət isə ilk iki sualtı fontan armaturunun sınaq işlərini bitirərək İngiltərənin Lids şəhərindən Bakıya çatdırıması olub.

 

2015-ci ilin sonunda Azərbaycanda artıq 20 000-dən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

 

2015-ci ildə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 47,5 milyon dollar əməliyyat xərcləri və 1,1 milyard dollar əsaslı xərclər sərf edilib.

 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.

 

2015-ci il ərzində CQBK-nin gündəlik orta ötürücülüyü 18,6 milyon kubmetr qaz olmuşdur.

 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

2015-ci ildə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 47,5 milyon dollar əməliyyat xərcləri və 1,1 milyard dollar əsaslı xərclər sərf edilib.

 

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.

 

2015-ci il ərzində CQBK-nin gündəlik orta ötürücülüyü 18,6 milyon kubmetr qaz olmuşdur.

 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Şəfəq-Asiman üzrə seysmik məlumatların interpretasiyası 2015-ci il ərzində başa çatdıqdan sonra ilk kəşfiyyat quyusunun planlaşdırılması işlərinə başlanmışdır.

 

Abşeron yarımadasının ətrafındakı dayazsulu sahələr üzrə hazilatın pay bölgüsü sazişi 2015-ci ilin may ayında ratifikasiya olandan sonra həmin müqavilə sahəsində 3-ölçülü seysmik tədqiqat proqramının həyata keçirilməsi üçün hazırlıq işlərinə başlanmışdır. Həmin müqavilə sahəsində 2-ölçülü seysmik tədqiqat proqramı 2015-ci ilin dekabr ayında təhlükəsiz şəkildə başa çatdırılmışdır. 3-ölçülü seysmik tədqiqat proqramı üzrə Ətraf Mühit və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin ictimai müzakirələri aparılır və proqramın 2016-cı ilin mart ayında başlanması üçün yekun planlaşdırma işləri gedir.

2015-ci ilin axırına BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 735 nəfər olub. Şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə dörd azərbaycanlı vitse-prezident daxildir.

 

BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir.

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

 

2015-ci il ərzində BP və onun tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 4,5 milyon dollar xərcləmişlər.

 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

 

Bu qəbildən Azərbaycanda hazırda həyata keçirilən layihələrin bəzi nümunələri bunlardır:

 

  • BP və onun tərəfdaşlarının “Sahibkarlığın İnkişafı və Təlim Proqramı” (SİTP). Bu çox milyon dollarlıq layihə yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram BP və onun tərəfdaşlarının Azərbaycandakı müqavilələrində yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək barədə öhdəliyinin bir hissəsidir. İlk gündən bu proqram Azərbaycanın iqtisadi bazasının genişlədirilməsi və yerli şirkətlərin həm ölkədaxili bazarda, həm də Xəzər regionunda və daha geniş miqyaslı bazarlarda rəqabət gücünün artırılmasına dəstək verilməsi məqsədinə yönəlib. SİTP yerli şirkətlərin beynəlxalq standartlara çatması və neft və qaz sənayesində təchizat kontraktları üçün rəqabət apara bilməsi üçün gözəl imkandır.
  • BP və onun tərəfdaşlarının Azərbaycanda qurduğu Layihələri İdarəetmə Məktəbi (LİM). Bu layihə özəl və dövlət sektorunu təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Bu günədək məktəbdə 325 layihə meneceri təlim keçərək beynəlxalq sertifikat qazanıb.
  • BP və onun tərəfdaşları həm də SOCAR-la yerli işçi qüvvəsinin inkişaf etdirilməsi və insan resursları sahəsində əməkdaşlıq edirlər. Bu şirkətlər neft-qaz sənayesi ilə əlaqədar istiqamətlər üzrə ixtisaslaşan azərbaycanlı kadrlar üçün təlim və inkişaf imkanlarının yaradılması sahəsində birgə işlərini davam etdirir. Bu öhdəlik çərçivəsində BP və tərəfdaşları Səngəçal terminalı yaxınlığındakı Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan yerli icma nümayəndərlərinin peşə və texniki təliminə dəstək verirlər. 2015-ci ildə 79 yerli icma nümayəndəsinin təlimini BP və tərəfdaşları maliyyələşdirmişlər.
  • BP-nin Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstəyi. Bu tərəfdaşlığa bir qrup milli idmançının əsas beynəlxalq yarışlara hazırlığına dəstək vermək, həmçinin Azərbaycanda yüksək səviyyəli idmançıların yetişdirilməsinə kömək etmək daxildir. Bu tərəfdaşlıq çərçivəsində BP şirkəti inkişaf və bacarıqların davamlı irsinin yaradılmasını dəstəkləyən bir sıra layihələri maliyyələşdirmişdir. Bunlara medallara iddialı olan idmançılarının inkişafı və innovativ “Bakı 2015 Oyunlar Akademiyası” təşəbbüsünün eksklüziv rəsmi tərəfdaşı olmaq kimi layıhələr daxildir.
  • BP şirkətinin Qafqaz Universitetinin bakalavr proqramını genişləndirərək kimya, mexanika və sənaye mühəndisliyi də daxil olmaqla üç yeni ixtisas üzrə fakültələrin açılmasına dəstəyi. Layihənin bir hissəsi olaraq 2009-cu ildə BP kimya mühəndisliyi fakültəsi, 2011-ci ildə isə həmin fakültə üçün tam təchiz edilmiş beş müasir laboratoriya açdı. 2011-ci ildə isə universitetdə mexanika mühəndisliyi fakültəsi açıldı və BP 2013-cü ilin dekabr ayında bu yeni fakültəyə 11 dünya səviyyəli laboratoriya bağışladı.
  • BP şirkətinin biznes sahəsində çalışan jurnalistlərin inkişafına və onların beynəlxalq jurnalistika standartlarına bağlanmasına dəstək məqsədi daşıyan “Biznes jurnalistikası” adlı təlim proqramı. Bu təlim proqramı vasitəsilə 12 mütəxəssis biznes jurnalistikası sahəsində beynəlxalq təcrübə qazanıb.
  • BP-nin Bakı Ali Neft Məktəbində biznes mühazirələri Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. BP-nin mütəxəssisləri və rəhbər işçilərinin bu ali məktəbdə keçirdiyi silsilə mühazirələrdən əlavə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbinin müəllim və tələbə heyəti ilə görüşüb, öz təcrübəsini bölüşüb, həmçinin BP-nin əməliyyatları və planları barədə məlumat veri

Təqdimat slaydları


Biznesimizi əks etdirən təqdimat slaydları ilə tanış olun 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 

Telefon: +994 (0) 12 599 45 57