AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2020-ci ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 268 milyon dollar əməliyyat məsrəfləri və 947 milyon dollardan çox əsaslı məsrəflər xərclənmişdir.
İkinci rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində platformanın üst modullarının və qazma modulunun inşası Bibiheybətdəki tikinti-quraşdırma sahəsində, dayaq blokunun inşası isə Heydər Əliyev adına Dərin Özüllər Zavodunda sosial məsafə saxlama tədbirləri ilə və sahədə işçi sayını azaltmaqla davam etmişdir. İlk iri qaldırma əməliyyatı kimi qazma dəstək modulunun aşağı göyərtəsi qaldırılmış və ilkin iri avadanlıq rüb ərzində Bakıya gətirilmişdir. Növbəti üst modul qaldırma əməliyyatı iyul ayında başa çatdırılmışdır.
Yaşayış blokunun inşası İsveçdə davam etmiş, həmçinin sualtı qurğuların inşası Dərin Özüllər Zavodunun tikinti sahəsində, sualtı boruların örtüklənməsi işləri isə
Xəzər Boru Örtüklənməsi (Caspian Pipe Coating (CPC)) müəssisəsində davam etmişdir.
COVİD-19 pandemiyasının ölkədə və dünyada yaratdığı məhdudiyyətlər materialların və iri avadanlıqların çatdırılmasında gecikmələrə səbəb olmağa davam edir. Buna baxmayaraq layihə komandası layihə çərçivəsində ən yaxşı nəticələr əldə etmək üçün bütün tərəflərlə yaxından işləməyə davam edir və bu ilin üçüncü rübündə dayaq bloku payalarının dənizdə quraşdırılması planı qüvvədədir.
Hasilat
İkinci rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Yarım il üçün AÇG-dən ümumi hasilat – Çıraq (38 000), Mərkəzi Azəri (123 000), Qərbi Azəri (122 000), Şərqi Azəri (66 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (53 000) platformalarından birlikdə – gündə orta hesabla 498 000 barel və ya ümumilikdə təxminən 91 milyon barel, yəni 12 milyon tondan artıq olub.
Rübün sonunda AÇG-də ümumilikdə 129 neft hasilat quyusu, 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
2020-ci ilin birinci yarısında AÇG-də 8 neft hasilat quyusu qazılmışdır.
Səmt qazı
2020-ci ilin birinci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,9 milyon kubmetr, ümumilikdə isə 1,3 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Birinci yarım ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və
ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 101 milyon standart kubmetrdir.
6 ay ərzində terminal təqribən 127 milyon barel neft və kondensat, o cümlədən 111 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 16 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
İlk iki rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 51,1 milyon standart kubmetrdən çox (təqribən 1 milyard 805 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir.
2020-ci ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təqribən 48 milyon dollar, əsaslı xərclərə isə təqribən 14 milyon dollar xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2020-ci ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 462 milyon
tondan artıq (3,47 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4526 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
İki rüb ərzində isə BTC vasitəsilə təqribən 15 milyon ton (113 milyon bareldən artıq) xam neft və kondensat ixrac olunub və Ceyhanda 145 tankerə yüklənib.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
Bu ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə 409 milyon dollara yaxın əməliyyat xərcləri və 452 milyon dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Hasilat
Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz
çatdırılması davam etmişdir.
İlin ilk altı ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 9,4 milyard standart kubmetr qaz və 1,9 milyon ton (15,4 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.
Şahdəniz 2 layihəsi
İlin ikinci rübü ərzində Şahdəniz 2 komandası Xankəndi sualtı tikinti gəmisi vasitəsilə sualtı quraşdırma işlərini davam etdirmişdir. Şahdəniz Bravo platforması və şərq-cənub
cinahı arasında axın xətlərinin mexaniki quraşdırılması İsrafil Hüseynov borudüzmə gəmisi vasitəsilə yerinə yetirilir. Şahdəniz 2 layihəsi çərçivəsində 2021-ci ildə yatağın şərq-cənub cinahından hasilatın başlanması üçün bütün işlər plana uyğun davam edir.
Qazma əməliyyatları
İkinci rübdə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
İstiqlal qazma qurğusu SDC05 sualtı quyusunun alt hissəsini qazmağa davam edib. Maersk Explorer qurğusu SDF04 quyusunu tam dərinliyinədək qazıb və quyu konservasiya olunub. Qurğu bundan sonra SDF05 quyusunun üst hissəsini qazıb.
Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 18 quyu qazıb və bunlardan 16-sını tamamlayıb - yatağın şimal cinahında dörd quyu, qərb
cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu, şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində iki quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
İlin birinci yarısında CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 22 milyon dollar əməliyyat xərcləri və təqribən 5 milyon dollar əsaslı xərclər sərf edilib.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin
Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında başlayıb.
20 mart 2020-ci il tarixindən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğu BP Eksploreyşn (Şahdəniz) Limited şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan SOCAR Midstream Operations MMC-yə keçib. Ətraflı məlumatı üçün rəsmi press relizə baxın.
İlin ilk 6 ayı ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 32,8 milyon kubmetr olmuşdur.
Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına bu il yanvar ayının 13-də başlanmışdır. Hazırda qazma işləri 2500 metr dərinlikdə davam edir. Quyu layihə dərinliyinə çatdıqdan sonra, əldə edilmiş məlumatlar təhlil olunacaq və əgər uğurlu olarsa, nəticələri təsdiq etmək üçün qiymətləndirmə proqramı da həyata keçirilə bilər.
D230 blokunda 2019-cu ilin dekabr ayında başlanmış 3-ölçülü seysmik tədqiqat proqramı mart ayının 14-də başa çatmışdır. Əldə edilmiş məlumatların emalının ilk mərhələsi bu ilin iyun ayında başa çatmışmışdır. Emal procesinin tam başa çatması bu ilin üçüncü rübünə planlaşdırılır. Bunun ardınca məlumatların interpretasiyası aparılacaq. İnterpretasiyanın nəticələri müsbət olarsa, ilk kəşfiyyat quyusunun planlaşdırılması başlanacaq.
Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerlərdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Quyunun qazılmasına bu məqsədlə seçilmiş qazma qurğusu üzərində hazırda aparılan işlər başa çatdıqdan sonra gələn ilin əvvəllərində başlamaq nəzərdə tutulur.
Birinci yarımilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2485 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2020-ci ilin birinci yarısı ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 1,8 milyon dollar xərcləmişlər.
Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.
Bu qəbildən Azərbaycanda hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır:
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2020-ci ilin birinci yarısında 0,9 milyon dollar
vəsait xərcləmişdir. Bu layihələr aşağıdakılardır:
Əlavə məlumat üçün bp-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 5895