1. Əsas səhifə
  2. Xəbərlər
  3. Məqalələr
  4. Bernard Luninin Bakıya səfəri (23-24 iyun 2022-ci il)

Bernard Luninin Bakıya səfəri (23-24 iyun 2022-ci il)

Tarix:
24 İyun 2022

bp-nin baş icraçı direktoru Bernard Luni Azərbaycanda ikigünlük səfərdədir. Bu, planlaşdırılmış işgüzar səfərdir.


Səfər proqramında nəzərdə tutulduğu kimi, bu gün səhər cənab Luni Azərbaycan Respublikasının Prezidenti zati-aliləri İlham Əliyev tərəfindən qəbul edilmiş və görüşdə bp-nin Xəzər regionunda əsas biznes fəaliyyəti olan neft və qaz layihələri çərçivəsində görülən işləri müzakirə etmişdir. 


Görüş zamanı cənab Luni həmçinin bp-nin Azərbaycanla uzunmüddətli tərəfdaşlıq öhdəliyinə sadiq olduğunu bir daha vurğulamış, görüləcək işlər və planlar haqqında məlumat vermiş, bp-nin Azərbaycanda və regionda bərpa olunan enerji layihələri də daxil olmaqla, enerji keçidi sahəsində yeni əməkdaşlıq imkanları axtarmaq niyyətini açıqlamışdır. 


Cənab Luni Şəfəq (Sunrise) layihəsini həyata keçirmək, eləcə də neft və qaz əməliyyatlarının dekarbonizasiyasına nail olmaqla Azərbaycanın və bp-nin atmosferə emissiyaları əhəmiyyətli dərəcədə azaltmaq məqsədlərini dəstəkləyən digər imkanlar axtarmaq üçün birgə işləmək baxımından bir müddət öncə bp ilə Energetika Nazirliyi və bp ilə SOCAR  arasında imzalanmış sazişlərin əhəmiyyətini xüsusi vurğulamışdır. 


Səfər çərçivəsində cənab Luni bir sıra digər görüşlər, o cümlədən bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionundakı işçi heyəti ilə də görüş keçirmişdir.