1. Əsas səhifə
  2. Xəbərlər
  3. Məqalələr
  4. Şahdəniz 2-də şərq-şimal cinahından hasilat başlandı

Şahdəniz 2-də şərq-şimal cinahından hasilat başlandı

Tarix:
26 fevral 2024-cü il

Fevralın 13-də Şahdəniz 2 layihəsi çərçivəsində Şahdəniz yatağının şərq-şimal cinahından hasilat başlandı. Bu ilin əvvəllərinə planlaşdırılmış bu əlamətdar hadisə tam təhlükəsiz şəkildə yerinə yetirilmişdir.


Bundan əvvəl şərq-şimal cinahında bütün əlaqədar tikinti işləri və istismar sınaqları uğurla başa çatdırılmış və sistem bütövlükdə istismara təhvil verilmişdi.


Yenicə istismara başlamış şərq-şimal cinahında hazırda 5 quyu, iki hasilat manifoldu, ümumilikdə təqribən 30 km uzunluğu olan iki yeni axın xətti və dünya səviyyəli Şahdəniz qaz və kondensat ehtiyatı layına birləşmiş bir neçə sualtı qurğu var.


Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.