bp-nin Xəzərdəki yeni Azəri Mərkəzi Şərqi (ACE) platforması “həm bp, həm də ölkəmiz üçün önəmlidir”, bp-nin Xəzər dənizindəki ən yeni platformasının istismara təhvilverilmə rəhbəri Ruhəli İmanov deyir.
Bakı şəhərindən bir qədər aralıda dənizdə yerləşən ACE platforması bp-nin region və Avropa üçün mühüm olan enerji təchizatını təmin etməyə və ümumilikdə şirkətin dəyərini artırmağa yönəlmiş səylərinin bir hissəsidir.
Platforma gündə 100 000 barelə qədər neft hasil etmək gücündə layihələndirilib və istismarda olduğu müddət ərzində platformadan 300 milyon barelə qədər neft hasil ediləcəyi gözlənilir. Bu, bp-nin nəhəng Azəri-Çıraq-Günəşli (AÇG) yatağında və ümumilikdə Azərbaycanda həyata keçirdiyi layihələrin ən yenisidir.
Bundan əlavə bp-nin Xəzər regionundakı əməliyyatlarına nəhəng Şahdəniz qaz yatağı, boru kəmərləri və Səngəçal neft-qaz terminalı da daxildir.
“ACE Azərbaycanın neft hasilatını artırır və ehtiyatları tükənməkdə olan yetkin yataqdan maksimum dərəcədə səmərəli istifadə etməyə kömək edir. O, həm bp-yə, həm də Azərbaycana mövcud yataqlardan və aktivlərdən daha çox dəyər əldə etmək imkanı verir”. Bunu Azərbaycanda böyümüş və son 30 ildən çox müddət ərzində bp-nin Azərbaycanda genişlənməkdə olan əməliyyatlarını müşahidə etmiş Ruhəli deyir.
Layihə əməliyyatlarının mühəndisliyi üzrə rəhbər Filippa Kukun sözlərinə görə, ACE bp-nin bu günə qədər texnoloji və rəqəmsal baxımdan ən qabaqcıl platformalarından biridir və gələcək platformalar üçün bir nümunədir. Mühəndislərin fikrincə, platformanın ən maraqlı cəhətlərindən biri idarəetmə otağının dənizdə deyil, sahildə yerləşməsi olub. Bu, həm region, həm də bp üçün bir ilkdir.
İdarəetmə otağı Bakıdan cənubda, avtomobillə təxminən bir saatlıq məsafədə olan nəhəng Səngəçal neft-qaz terminalında yerləşir və oradakı texniklər 140 kilometr (87 mil) uzaqda dənizdəki ACE platformasında baş verənləri nəzarətdə saxlaya və idarə edə bilirlər.
“Dənizdə daha az işçi heyətinin olması mahiyyət etibarilə daha təhlükəsizdir, çünki bu, insanların platformaya gedib-gəlməsi, sərt hava şəraitinin və təhlükə potensiallı avadanlıq və materialların təsirinə məruz qalması ilə əlaqədar riskləri azaldır”, deyə Filippa izah edir.
Filippanın komandası idarəetmə otağını sınaqdan keçirmək və bp-nin əməliyyatlar heyətini həm fiziki, həm psixoloji cəhətdən yeni iş üsuluna öyrətmək məqsədilə bu otağı platforma işə salınmazdan əvvəl təhvil verib.
“3-4 ay ərzində texniklər Səngəçal terminalında növbə ilə işləyərək hər şeyin lazımi qaydada çalışdığını yoxlayıblar. Bu yenilik gələcəyimizdir və bu səbəbdən hər kəsin yeni dəyişikliklərlə tanış olması və onlara uyğunlaşması çox vacib idi”, Filippa deyir. Onlayn kollektiv lövhələr və inteqrasiya olunmuş idarəetmə və təhlükəsizlik sistemləri kimi rəqəmsal alətlər də fiziki məsafəni aradan qaldıraraq komandalara eyni otaqda olmadan daha səmərəli əməkdaşlıq etməyə kömək edir.
ACE-də istifadə olunan rəqəmsal texnologiyalar onu digər platformalardan başqa cəhətlərə görə də fərqləndirir. Belə ki, rəqəmsal əkizin və ya platforma və onun sistemlərinin virtual surətinin olması o deməkdir ki, komandalar qurudan platformanın daxili mexanizmlərinə nəzarət edə bilərlər.
ACE layihəsinin NÖC və avtomatika üzrə baş mühəndisi Yekaterina Novruzlu deyir: “Biz bunu “vahid pəncərə” adlandırırıq. Hər kəsə ACE platforması və onun daxili mexanizmləri haqqında lazım ola biləcək bütün məlumatları buradan əldə etmək mümkündür. “Təsəvvür edək ki, çətin əlçatan bir komponentdə profilaktik təmir problemi var. Əvvəllər bu halda ilk olaraq kimisə dənizə göndərmək, dəmirbənd quraşdırmaq və fotoşəkillər çəkmək lazım ola bilərdi. Rəqəmsal əkiz bizə nə baş verdiyini bir neçə dəqiqə və ya saat ərzində anlamağa, sonra isə nə edəcəyimizə dair qərar verməyə imkan verir.”
Rəqəmsal əkizi hazırlayarkən bp komandaları ABŞ və Böyük Britaniyada analoji layihələrdə işləmiş həmkarların təcrübəsindən öyrəniblər. ACE komandası da rəqəmsal əkiz təcrübəsini digər həmkarlarla paylaşaraq, analoji yanaşmanı və texnologiyanı gələcəkdə digər obyektlərimizdə də tətbiqi üçün imkan yaradıb.
ACE platformasının layihələndirilməsi prosesi boyunca mühəndislər təhlükəsizlik və səmərəliliyi artırmağın, texniki xidmətə olan ehtiyacı isə azaltmağın üsullarını axtarıblar. “Bütün sistemin nasazlığına səbəb ola biləcək elementləri ayrı-ayrı müəyyən etmək üçün çox iş yerinə yetirilib”, Ruhəli deyir.
“Biz əməyin təhlükəsizliyini qorumaqla və əsas götürməklə, eyni zamanda hasilatın azaldılması və ya dayandırılmasını tələb edən profilaktik təmir proqramları arasındakı müddəti necə artıra biləcəyimizə diqqət yetirmişik” deyə o əlavə edir.
“ACE gələcəyin platforması üçün pilot layihə kimi nəzərdə tutulurdu. 2018-ci ildə bu cür avtomatlaşdırma barədə ilk dəfə söhbət düşəndə, qarşımıza qoyulan vəzifə bizə demək olar ki, qeyri-mümkün görünürdü. ACE-in işə salınması uzun illər davam edən konsepsiyanın müəyyən edilməsi, layihələndirmə, planlaşdırma və icra mərhələlərindən sonra həqiqətən də çox əhəmiyyətli bir nailiyyətdir.”
“ACE gələcəyin platforması üçün pilot layihə kimi nəzərdə tutulurdu. ACE-in işə salınması uzun illər davam edən konsepsiyanın müəyyən edilməsi, layihələndirmə, planlaşdırma və icra mərhələlərindən sonra həqiqətən də çox əhəmiyyətli bir nailiyyətdir.”
ACE platformasının layihələndirilməsi, tikintisi və istismara verilməsi müddətində emissiyaların azaldılması daim diqqət mərkəzində olub. Bunu təmin etmək bir sıra yeni üsullardan istifadə edilib:
Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağı qlobal miqyasda neft təchizatına və Azərbaycan iqtisadiyyatına mühüm töhfə verir. 1997-ci ildə ilk neft hasilatından bəri 2023-cü ilin sonuna qədər yataqdan 4,4 milyard bareldən çox neft hasil edilib.
ACE platforması və qurğuları gündə 100000 barelə qədər neft emal etmək gücündə layihələndirilib. Platforma lay-kollektorun əvvəllər əlçatmaz olan hissələrinin əlçatan olmasını təmin etməklə yatağın istismar müddətini uzatmağa kömək edəcək.
bp ilk dəfə 1992-ci ildə Azərbaycana gələrək Bakıda ilk ofisini açib. Həmin vaxtdan etibarən Azərbaycanla tərəfdaşlıq çərçivəsində bp minlərlə iş yerinin yaradılmasına və müxtəlif icma proqramlarının, o cümlədən təhsil və bacarıqların inkişaf etdirilməsi, sosial infrastrukturdan istifadə imkanlarının artırılması, yerli biznesə dəstək, habelə mədəni irs və idmana dəstək proqramlarının həyata keçirilməsinə kömək edib.
bp-nin tərəfdaşları ilə birlikdə yeddi il ərzində dəstəklədiyi “Gələcəyini qur” sosial layihəsi aztəminatlı ailələrdən olan 460 nəfərdən çox gəncə ali təhsil almaq imkanı qazandırıb. Bu layihə bu cür sosial investisiyaların regiondakı insanların həyatını yaxşılaşdırmağa necə kömək etdiyinə dair misallardan biridir.
bp-də hazırda daha geniş miqyaslı transformasiya prosesi gedir. Bu gün əsas etibarilə neft-qaz sənayesində fəaliyyət göstərsək də, az karbonlu bizneslərimizə, gündəlik tələbat malları mağazalarımıza və enerji ticarətinə qlobal investisiya həcmini 2019-cu ildəki təxminən 3%-dən 2023-cü ildə təxminən 23%-ə qədər artırmışıq.