Möhtəşəm səyahətdən sonra AMŞ layihəsi üçün nəzərdə tutulmuş buruğun bütün üç hissəsi barjdan təhlükəsiz şəkildə endirilərək ATA istehsalat sahəsinin tikinti ərazisində yerləşdirilmişdir.
Bu, buruqların layihələndirildiyi Norveçdən istehsal edildikləri Cənubi Koreyaya qədər qitələrarası səyahətinin kulminasiya nöqtəsi oldu. Bundan sonra buruqlar Rumıniyanın Konstansa şəhəri vasitəsilə Cənubi Koreyadan Bakıya daşınmışdır və bu məqsədlə Volqa-Don gəmiçilik kanalı ilə Xəzər dənizinə və Bakıya son səyahətini etməsi üçün buruqlar barjda yerləşdirilmişdir.
Bu mümkün əlverişsiz hava şəraiti ilə əlaqədar çatdırılması ləngiyə biləcəyinə görə tikinti proqramımız üçün yüksək risk ilə başlamış layihənin indiyədək ən uğurlu nəticələrindən biri olmuşdur. Bununla belə, AMŞ layihə qrupundan və podratçılardan cəlb edilmiş bütün maraqlı tərəflərin Vahid Komanda şəklində göstərdiyi səylər və peşəkarlıq sayəsində buruq hazırda sahədədir və sonrakı quraşdırma fəaliyyətlərinə hazır vəziyyətdədir.
Üst tikililərin təhvili üzrə menecer Kolin Simpson demişdir: “Bu, böyük komandanın əldə etdiyi böyük nailiyyətdir! Buruğun layihələndirilməsində, təchizatında, istehsalında və hazırda Bakıya çatdırılmasında, yığılmasında və növbəti 6 ay ərzində quraşdırılmasına hazırlanmasında gərgin əmək sərf etmiş hər kəsi təbrik edirəm.
“Xüsusən də, davam edən COVİD-19 pandemiyasının yaratdığı çətinlikləri nəzərə aldıqda, bu, möhtəşəm qrupun nail olduğu əlamətdar hadisədir. Buruğun təhlükəsiz şəkildə və vaxtında çatdırılması böyük nailiyyətdir”
AMŞ layihəsinin baş meneceri Nil Filips