1. Əsas səhifə
  2. Xəbərlər
  3. Müsahibələr və çıxışlar
  4. Bakı Enerji Forumu 2024: bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidentinin çıxışı

Bakı Enerji Forumu: bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidentinin çıxışı

Tarix:
05 iyun 2024-cü il

Qəri Counz, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə

regional prezidenti 

‘Birlikdə, balanslaşdırılmış enerji sisteminə doğru’ 

Giriş 

 

  • Təşəkkür edirəm, Rövşən. Təşəkkür edirəm, Patrik.
  • Həmişə olduğu kimi, Bakı Enerji Həftəsində iştirak etməkdən və bu forumda çıxış etməkdən məmnunluq və şərəf duyuram.
  • Bu il isə xüsusi bir ildir. AÇG üzrə hasilatın pay bölgüsü sazişinin imzalanmasının 30-cu ildönümüdür.
  • Bu saziş Azərbaycanın yeni neft tarixində şanlı səhifə açaraq ölkəni müasir enerji mərkəzinə çevirib.
  • Ötən otuz il ərzində çox maraqlı yol keçmişik.
  • Bu, hökumət və sənayenin ortaq məqsədi olduqda nələrə nail ola biləcəyimizə gözəl bir nümunədir.
  • Bəs bu müzakirənin mövzusu olan bu gün və növbəti bir neçə onillik haqqında nə demək olar?

 

Balanslaşdırılmış enerji sistemi     

 

  • Enerji bəşəriyyətin tərəqqisi üçün həyati əhəmiyyət daşıyır.
  • Bu istiqamətdə karbohidrogenlər mühüm rol oynamaqda davam edir.
  • Bu gün bütün enerji istehlakının təxminən 55%-i neft və qazın payına düşür.
  • Qlobal enerji sistemi isə kövrəkdir.
  • Dünya miqyasında qaz tədarükünün cəmi 3% azalması qaz qiymətlərinin yeddi dəfə artmasına və yaşayış minimumunda böhrana səbəb oldu.
  • İndi daha aydındır ki, dünya təhlükəsiz, əlçatan və aşağı karbonlu enerji istəyir və ona ehtiyac duyur. Bunların hamısı eyni bir vaxtda təmin edilməlidir.
  • Buna nail olmaq üçün tarazlıq gözlənilməlidir:
  1. Enerjinin lazım olan yerlərə çatmasını təmin etmək üçün əsasən neft və qazdan ibarət olan bugünkü enerji sisteminə investisiya qoyulmalıdır. 
  2. Yəni VƏ YA YOX, VƏ.o Enerji keçidini dəstəkləyən bizneslərə investisiya qoyulmalı, beləliklə də aşağı karbonlu enerji mənbələrinin inkişaf etdirilməlidir.

 

bp strategiyasının tətbiqi – Azərbaycan, Gürcüstan,Türkiyə regionu üzrə nümunə

 

  • bp enerjiyə bu cür tarazlaşdırılmış yanaşmanı dəstəkləyir.
  • Strategiyamız dəyişməz olaraq qalır: biz bu günün enerji sisteminə investisiya qoyuruq, eyni zamanda sabahın sistemini qururuq.
  • Qlobal miqyasda biz bu onillikdə müasir enerji sisteminə əlavə 8 milyard dollara qədər sərmayə qoyacağıq.
  • Həmin investisiyalar enerjinin lazım olan yerlərə çatmasını təmin etmək üçün biznes fəaliyyətimizin əsasını təşkil edən neft-qaz sahəsinə yönəldiləcək.
  • Xəzər dənizindəki biznes fəaliyyətimiz buna aid gözəl bir nümunədir.
  1. Bu yaxınlarda AÇG yatağında yeddinci hasilat platformamız və bp-nin tam olaraq sahildən idarə olunan ilk dəniz platforması olan Azəri Mərkəzi Şərqi (ACE) platformasını işə saldıq.
  2. Kollektoru daha yaxşı başa düşmək və AÇG yatağından maksimum neftverməyə nail olmaq üçün bu yataqda bp-nin dünya üzrə ən böyük seysmik proqramına start vermişik.o Bu il AÇG yatağında ilk təbii qaz hasilatı quyusunu qazmağa hazırlaşırıq və ilk qazı 2025-ci ilin əvvəlinə nəzərdə tuturuq.
  • Biz əməliyyatlarımızın təhlükəsizliyi və səmərəliliyini artırmaq, emissiyalarını isə azaltmaq üçün bütün imkanlardan istifadə edirik, məsələn:
  1. ACE platformasında innovativ mühəndislik həlləri, qabaqcıl rəqəmsal texnologiyalar və avtomatlaşdırma tətbiq edirik;
  2. regiondakı bütün obyektlərimizdə metan ölçmə cihazları quraşdırırıq;
  • 2030-cu ilə qədər karbohidrogenlərə qoyacağımız əlavə investisiya qədər də - yəni təqribən 8 milyard dollar, enerji keçidini dəstəkləyən bizneslərə xərcləməyi nəzərdə tuturuq.
  • Yenə də Azərbaycan buna çox gözəl bir nümunədir.
  • Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası tikməyə hazırlaşırıq. Bu, Şəfəq layihəmizdir. Yekun investisiya qərarının bu ilin sonuna qədər verilməsi planlaşdırılır.
  • Cəbrayılda istehsal olunan elektrik enerjisi Səngəçal əməliyyatlarımızı enerji ilə təmin etmək üçün istifadə olunacaq, çatmadıqda qalanı dövlət enerji şəbəkəsindən əldə olunacaq.
  • Bu, terminalın ehtiyacını təmin etmək üçün hazırda istifadə olunan yanacaq qazının yandırılmasını dayandırmağa və həmin qaz həcmlərinin ixraca yönəltməyə imkan verəcək.
  • Bu, virtual enerji ötürmə modelinin gözəl bir nümunəsidir.

 

Yekun nəticə

 

  • Biz enerjiyə tarazlaşdırılmış yanaşmanı dəstəkləyirik.
  • Bu gün və gələcək onilliklər üçün neft və qaz hasil edirik.
  • Və gələcək üçün aşağı karbonlu yeni enerji mənbələri yaradırıq.
  • Dünyanın ehtiyac duyduğu məhz budur – enerji keçidi, bp-nin strategiyası isə məhz buna nail olmaq məqsədi daşıyır.
  • Azərbaycan enerji keçidi üçün əlverişli mövqedədir.
  • Ölkənin uzunmüddətli və etibarlı tərəfdaşı kimi bp bu yolda Azərbaycana dəstək verməkdən böyük qürur duyur.