Bu gün bp ölkənin zəngin mədəni, bədii və ədəbi irsinin təbliğinə yönəlmiş davamlı öhdəliyinin bir hissəsi olaraq müasir Azərbaycan ədəbiyyatının beş istedadlı nümayəndəsinin kitablarının təqdimatını keçirib. Bu nəşrlərdə Azərbaycan ədəbiyyatının gənc nəslini təmsil edən dörd şairin və bir yazıçının seçilmiş əsərləri toplanıb.
Bundan əvvəl bp Azərbaycan ədəbiyyatının gənc nəslinin ən perspektivlilərindən dörd şair və yazıçının kitablarını nəşr etmişdi.
Bu iki layihə üçün seçilmiş ümumilikdə doqquz gənc yazarın kitablarının nəşr olunması ilə bağlı Azərbaycan Yazıçılar Birliyi bp-yə müraciət etmiş və onların namizədliklərini bp-yə təqdim etmişdir.
“Tarixi-mədəni ənənələrə malik möhtəşəm Azərbaycan ədəbiyyatı bu gün də dəyişən ədəbi nəsillərin simasında öz parlaq dövrünü yaşayır. Cavan qələm adamları yeni-yeni dəyərli əsərləri ilə oxucuları sevindirir. Söz sənətimizin daimi inkişafı, müasir ruhlu əsərlərin nəşri Azərbaycan ədəbiyyatının gələcəyinə olan böyük inamımızı daha da möhkəmləndirir.
Sevindirici haldır ki, bp şirkəti Azərbaycanın sosial həyatının müxtəlif sahələrinə aid layihələri icra etməklə yanaşı, həmçinin yeni dövr ədəbiyyatımızın tərəqqisinə də dəstək göstərir.
Azərbaycan Yazıçılar Birliyi tərəfindən bu il beş gənc yazarın kitabının nəşri ilə bağlı bp şirkətinə müraciət edilmiş və xahişimizə müsbət cavab verilmişdir. Müasir ədəbiyyatımızın istedadlı, seçkin gənc yazarlarının kitablarının nəşrinə bp-nin yardım göstərməsi təqdirəlayiq haldır. Ümid edirəm ki, yüksək poliqrafik göstəricilərlə nəşr olunan bu kitablar gənc yazarların yaradıcılığının stimullaşmasında əhəmiyyətli rol oynayacaq.”
“Bu gün bizi bura Azərbaycanın ədəbi gəncliyinin yeni və güclü nəfəsi toplayıb. Təqdim etdiyimiz beş gənc şair və yazıçının kitabları, eləcə də daha öncə nəşr edilmiş dörd istedadlı gənc yazara göstərdiyimiz dəstək Azərbaycanın möhtəşəm mədəni, bədii və ədəbi irsinin təşviqi və təbliğinə yönəlmiş davamlı səylərimizin daha bir nümunəsidir.
Doqquz istedadlı şair və yazıçının əsərlərini oxuculara təqdim etməkdə məqsədimiz gələcək ədəbi nəsilləri ilhamlandırmaq və Azərbaycanın müasir ədəbiyyatının böyük potensialını bir daha vurğulamaqdır. İnanırıq ki, bu kitablar gənc yazarların perspektivli və uğurlu ədəbi fəaliyyətinin başlanğıcı olacaq və ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanacaq.”
Yeni nəşr olunan beş kitab bunlardır:
Tədbirdə tanınmış ədəbiyyat xadimləri, alimlər və tədqiqatçılar, eləcə də çoxsaylı ədəbiyyatsevərlər bir araya gəliblər.
Layihə Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilib.
Beş kitab birlikdə təxminən 570 səhifədən ibarətdir. Kitabların nəşri də daxil olmaqla, layihənin ümumi dəyəri təqribən 64850 AZN (38147 ABŞ dolları) təşkil edir.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 33 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2413 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95