Məni görmək istəsə hər kim,
Beytimdə görünər ona surətim.
…Şeiri oxunanda bu Nizaminin,
Özü də hər sözdə görünər yəqin.…
Yüz il sonra sorsan bəs o hardadır?
Hər beyti səslənər: Burda, burdadır!
Nizami Gəncəvi
Dünən bp və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycanın ən böyük şairlərindən və dünyanın da ən böyük mütəfəkkirlərindən biri olan Nizami Gəncəvinin “Xəmsə”sinin tarixi əlyazmalarından seçilmiş dəyərli miniatürlər toplusunu təqdim edib. “Qələmin sehri” adlı kitabın təqdimat mərasimi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi 9-cu Qlobal Bakı Forumu çərçivəsində keçirilib.
Kitab bp-nin Nizaminin 880 illik yubileyinə növbəti töhfəsidir və Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Nizami ili” çərçivəsində böyük şairin xatirəsinə həsr edilmiş nəşrdir. Kitab iki cilddən ibarətdir və ayrı-ayrılıqda iki dildə (ingilis və Azərbaycan dillərində) dərc edilib.
Bu nəfis nəşrdə Teymurilər dövrünə aid Herat əlyazmalarından tutmuş, Səfəvi, Moğol və Osmanlı əlyazmalarına və “Xəmsə”nin müasir miniatür təsvirlərinə, o cümlədən Azərbaycanın paytaxtında yerləşən Nizami metro stansiyasını bəzəyən möhtəşəm freskalara qədər fərqli dövrlərə və dünyanın müxtəlif coğrafiyalarına aid illüstrasiyalar yer alıb. Bunlar Avropanın, Asiyanın və Şimali Amerikanın, demək olar ki, bütün paytaxtlarının ən məşhur muzey və kitabxanalarında saxlanılan çoxsaylı “Xəmsə” əlyazmalarında əks olunmuş 800-ə yaxın heyrətamiz miniatür sənət əsərləridir.
“Bu, dahi Azərbaycan şairi və mütəfəkkirinin bizə miras qoyduğu qiymətsiz və tükənməz xəzinəyə dair nəşr etdiyimiz ikinci kitabdır. Bundan əvvəl də biz Azərbaycanın görkəmli şəxsiyyətləri tərəfindən Nizami Gəncəvi haqqında keçmişdə söylənmiş məlum, lakin çox yayılmamış fikirlərin, yazılmış məqalələrin və elmi araşdırmaların toplusu olan “Nizami Gəncəvi – Unudulmuş Nəşrlər” adlı sanballı təqdiqat kitabına sponsorluq etmişdik.Bu gün təqdim etdiyimiz kitab əsrlər boyu Nizami dühasından ilhamlanmış müəlliflərin və rəssamların yaratdığı, dünyanın hər yerindən yığılmış misilsiz sənət toplusudur. Biz Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi söz və düşüncə dahisi Nizami Gəncəvinin “Qələm sehri”ni təbliğ edə bilməkdən qürur duyuruq."
“Ona görə qəlbə rahatlıq gətirir ki, Nizami dünyasına duyulan məhəbbət və rəğbət onun araşdırılması üçün çəkilən bütün zəhmətləri unutdurur, bizlərə zövq və səadət bəxş edir."
bp şirkəti olaraq biz də bu səmimi sözlərə qoşuluruq və əlavə etmək istəyirik ki, Nizaminin əvəzsiz və nəhəng irsinin araşdırılmasına və təbliğinə bu kiçik töhfəni vermək bizim üçün böyük şərəfdir.
Kitabın nəşri də daxil olmaqla layihənin ümumi dəyəri 100 000 ABŞ dolları təşkil edir.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təxminən 101 milyon dollar vəsait xərcləmişdir.
Əsas məqsədi dahi Azərbaycan şairi və müdrik Nizami Gəncəvinin irsini araşdırmaq və təşviq etmək olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qeyri-kommersiya və qeyri-siyasi bir qurum olmaqla xalqlar, mədəniyyətlər və millətlər arasında dialoq, anlaşma və müştərək cəmiyyətlər yaratmaq amalı ilə fəaliyyət göstərir. Mərkəz 30 sentyabr 2012-ci il tarixində Azərbaycanda təsis edilmişdir və geniş əhatəli ictimai tədbirlər həyata keçirərək ali səviyyəli görkəmli şəxslərin qarşılıqlı hörmət və anlaşma mühitində dövrümüzün böyük problemlərinin və onların həlli yollarının müzakirəsində iştirakını təmin edən neytral platforma rolunu oynayır.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95