Bu gün bp Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - SOCAR, TPAO, LUKOIL, SGC, NICO, MOL, INPEX, ExxonMobil, ITOCHU, ONGCVidesh, Eni, MVM və TotalEnergies - adından 2023-cü ildən dəstəklədiyi təhsil layihəsinin sonuncu mərhələsinin uğurla başa çatmasını qeyd etdi. “Gələcək üçün bacarıqlar” adlı layihə Azərbaycanda startap mühitinin yaxşılaşdırılması və innovasiya ekosisteminin genişləndirilməsinə yönəlib.
Ümumilikdə, layihə ölkə ərazisində uğurlu startap ideyalarını potensial investorlarla əlaqələndirmək məqsədli “TUSİ” inkubasiya proqramı kimi tanınan startap təhsili təşəbbüsünün effektivliyinin artırılması fəaliyyətlərinə dəstək vermək üçün nəzərdə tutulmuşdu.
Layihə üzrə iş həcminə aşağıdakılar daxil idi:
Bu gün Bakıda bu inkubasiya proqramının uğurla başa çatmasını qeyd etmək və 10 iştirakçı komandanın ideya və layihələri ilə təqdimatlar və sərgi stendləri vasitəsilə yaxından tanış olmaq üçün tədbir keçirilib.
“Bu layihə bp və tərəfdaşlarının ölkənin inkişaf etməkdə olan startap mühiti və innovasiya ekosisteminin dəstəklənməsinə yönəlmiş səylərinin uğurlu davamıdır. Çox məmnunuq ki, İnkubasiya təliminin davam etdiyi altı ay ərzində iştirakçılar Türkiyədə təşkil olunmuş “iFest” beynəlxalq innovasiya və texnologiya festivalına qatılmaq fürsəti əldə ediblər və orada komandalardan biri nüfuzlu Qlobal Çempion Mükafatı qazanıb. Bundan əlavə, proqramın daha bir iştirakçısı perspektivli startaplarla potensial investorlar arasında əməkdaşlığı təşviq etməklə milli innovasiya ekosisteminin inkişaf etdirilməsi üçün əsas platforma rolunu oynayan beynəlxalq “İnvest Forum” tədbirində birinci yeri tutub. Ümid edirik ki, bu uğurlar 10 komandanın hər birinin həm ölkə ərazisində, həm də beynəlxalq miqyasda gələcək innovativ sahibkarlıq fəaliyyətinin başlanğıcında olduğunu nümayiş etdirir.”
Layihə yerli təhsil təşkilatı olan “İnnovasiyalar Mərkəzi” MMC tərəfindən həyata keçirilib.
Altı ay davam etmiş layihənin ümumi dəyəri 91000 manatdan (təxminən 53600 ABŞ dollarından) artıq olub.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 32 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təqribən 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2401 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95