1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Qordon Birrelin Bakıya səfəri

Qordon Birrelin Bakıya səfəri

Tarix:
18 mart 2025-ci il

Bu gün bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Qordon Birrel Bakıda birgünlük planlaşdırılmış səfərdə olub.


Cənab Birrelin Bakıya mütəmadi etdiyi səfərlərdən biri olan bu işgüzar səfərdə məqsəd şirkətin regiondakı biznesinin gedişi ilə tanış olmaq, həmçinin biznes prioritetlərini və perspektivlərini müzakirə etmək idi.


Gün ərzində cənab Birrel bp-nin regional rəhbərliyi ilə bir sıra görüşlər keçirib və şirkətin regionda əməliyyatçısı olduğu layihələrdəki hazırkı vəziyyətlə və 2025-ci il üçün planlaşdırılmış işlərlə tanış olub.


Səfər çərçivəsində həmçinin cənab Birrellə iqtisadiyyat naziri cənab Mikayıl Cabbarov və  SOCAR-ın prezidenti cənab Rövşən Nəcəf arasında işgüzar görüş olub. Bu görüşdə bp-nin Azərbaycanda icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti, həmçinin şirkətin dünya üzrə və regiondakı biznesinin prioritetləri və gedişi müzakirə olunub.