Bu gün bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “SGC”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “TotalEnergies”, “Eni”, “ONGCVidesh” – adından bərpa olunan enerji mənbələri sahəsində yerli mühəndislər hazırlanmasının bünövrəsini qoyacaq ilk universitet dərsliyini təqdim etdi.
Layihənin məqsədi Bakı Ali Neft Məktəbinin (BANM) bərpa olunan enerji mənbələri üzrə ixtisaslaşan yeni nəsil mühəndislər hazırlanması səylərinə dəstək olmaqdır. Bu mütəxəssislər Azərbaycanın bərpa olunan enerji sektorunu gücləndirməklə enerji keçidini sürətləndirmək planlarını irəli aparacaqlar.
“Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş” adlı 220 səhifəlik yeni dərslikdən əlavə layihənin əhatə dairəsinə bakalavr pilləsindəki tələbələr üçün xüsusi hazırlanmış yeni təlim kursunun yaradılması da daxildir.
“Ölkənin və əslində elə bp-nin və tərəfdaşlarımızın da əsas məqsədlərindən biri dünyanın daha təmiz enerjiyə keçidini sürətləndirməyə dəstək olmaqdır. Azərbaycanın güclü bərpa olunan enerji sektoru yaratmaq üçün nəhəng potensialı var. Bura “yaşıl” hidrogen, günəş və külək enerjisi resursları daxildir. Keçid prosesini səmərəli etmək və gələcəkdə ölkənin “yaşıl” iqtisadiyyatını səmərəli şəkildə idarə edə bilmək üçün yüksək ixtisaslı və səriştəli kadrların, o cümlədən bərpa olunan enerji mənbələri sahəsində ixtisaslaşmış mühəndislərin hazırlanmasına ehtiyac var. Ümid edirik ki, bu gün təqdim etdiyimiz dərslik və yeni təlim kursu BANM-a imkan verəcək ki, həm keçid prosesində və həm də sonrakı mərhələlərdə ölkənin ehtiyac duyacağı mütəxəssislərin hazırlanmasına başlanmasının əsasını qoysun. İnanırıq ki, bərpa olunan enerji bizneslərini idarə edəcək və yeni enerji layihələrini həyata keçirəcək yüksək peşəkar mütəxəssislərlə ölkənin enerji keçidi sahəsindəki hədəfləri mütləq reallaşacaq.”
“Bu, bərpa olunan enerji üzrə ixtisaslaşmış mütəxəssislərin hazırlanması planlarımızın həyata keçirilməsi istiqamətində universitetimizin atdığı ilk addımdır. Qərara gəlmişik ki, bu yeni tədris sahəsini bütün ixtisaslar üzrə bakalavr proqramımıza icbari fənn kimi daxil edək və gələcəkdə bərpa olunan enerji mənbələri üzrə magistr dərəcəsi də yaradaq. Bu yeni mühəndislik sahəsində təhsil imkanlarımızı genişləndirmək üçün ilk addımı atmağımıza kömək göstərdiklərinə görə bp-yə və onun tərəfdaşlarına təşəkkür edirəm. Yeni bir magistr dərəcəsi proqramının yaradılmasına yol açacaq bu layihə ilə biz enerjinin gələcəyinə doğru maraqlı bir səyahətə başlamış oluruq.”
Layihənin ümumi dəyəri 96000 AZN ($56470) təşkil edir və bu məbləğ dərsliyin hazırlanması və nəşr olunmasını və eləcə də yeni təlim kursunun hazırlanmasını əhatə edir.
Layihə BANM tərəfindən icra olunub.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 105 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2300 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95