Bu gün bp şirkəti Azərbaycan dilində “Uşaqlar üçün yaşıl biliklər” adlı kitabın təqdimatını keçirib. Bu layihə bp-nin ölkədə davamlı inkişafa və təhsilin təkmilləşdirilməsinə dəstək öhdəliyinin bir hissəsidir.
Layihə məktəbəqədər, ibtidai və orta təhsil səviyyələrində uşaqları maarifləndirmək və onlarda xüsusi bacarıqlar inkişaf etdirməklə dayanıqlılıq mədəniyyəti aşılamaq məqsədi daşıyır.
Kitab ətraf mühitə əhəmiyyətli təsir göstərmək istəyən valideynlər, təhsil işçiləri, şagird və tələbələr üçün mühüm bir mənbə kimi nəzərdə tutulub.
““Uşaqlarda ətraf mühitə dair məlumatlılığı və bacarıqları inkişaf etdirməklə onları gələcək nəsillər üçün planetimizi qorumağa kömək edən dayanıqlı seçimlər edə biləcək məsuliyyətli vətəndaşlar kimi böyüdə bilərik.
“İqlim dəyişikliyinin və ekoloji problemlərin planetimizə təsiri artdıqca, uşaqları dayanıqlı həyat tərzi və ətraf mühitə qayğı ilə yanaşma haqqında maarifləndirmək olduqca vacibdir. Uşaqlara erkən yaşlardan yaşıl biliklər aşılamaqla biz onların dünyamıza müsbət təsir göstərə biləcək, ətraf mühitə həssas vətəndaşlar kimi formalaşmasına kömək edirik”.
Kitab yaşıl biliklərə aid əsas mövzuları, o cümlədən, dayanıqlılığın əsasları, enerjiyə qənaət, su ehtiyatlarının idarə edilməsi, tullantıların azaldılması və təkrar emalı, dayanıqlı yaşayış tərzi, dayanıqlı inşaat və yaşıl iqtisadiyyat kimi mövzuları əhatə edir. Kitabın məzmunu uşaqlar üçün anlaşıqlı, sadə və maraqlı şəkildə təqdim olunur.
Doqquz fəsildən və nəticədən ibarət 168 səhifəlik kitab yaşıl biliklərin inkişaf etdirilməsi üçün həm hərtərəfli, həm də əlçatan yanaşma təmin edir. Kitabın hər bir fəslində uşaqların asanlıqla başa düşə biləcəyi dildə müvafiq yerli və beynəlxalq qanunvericilik aktları təqdim edilir. Kitabda həmçinin uşaqların marağını cəlb etmək və onları fəal iştiraka həvəsləndirmək üçün şəkillər, interaktiv fəaliyyət və oyunlar, eləcə də ekoloji terminlərin izahlı lüğəti və digər faydalı məzmun var.
Kitab bp-nin yerli məktəblərə, kitabxanalara və müvafiq təhsil müəssisələrinə hədiyyəsidir.
Layihənin ümumi dəyəri kitabın hazırlanması və nəşri ilə birlikdə təxminən 41 500 manat (24 400 dollar) təşkil edir.
Layihə “GEM CSR Consulting” MMC tərəfindən həyata keçirilib. Kitabın müəllifi Liya Bayramovadır.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 32 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 85 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təqribən 111 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2401 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95