1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Şahdəniz Konsorsiumu Türkiyə Universiteti ilə texniki sertifikat proqramını həyata keçirir

Şahdəniz Konsorsiumu Türkiyə Universiteti ilə texniki sertifikat proqramını həyata keçirir

Tarix:
24 Noyabr 2011

 

Bu gün BP və onun Şahdəniz (ŞD) Konsorsiumundakı tərəfdaşları Orta Doğu Texniki Universitetinə (ODTU) Türkiyə mühəndisləri üçün yeni bir texniki təlim və beynəlxalq sertifikat verilməsi proqramını həyata keçirməkdə dəstək verəcəklərini elan etdilər.

 

Bu layihə çərçivəsində Şahdəniz konsorsiumunun maliyyə dəstəyi ilə ODTU-i tərəfindən mühəndislər üçün texniki təlim və beynəlxalq səviyyədə qəbul edilən sertifikat verilməsi proqramı həyata keçiriləcəkdir. Texniki təlim zamanı diqqət boru kəməri və qaz nəqli sistemi keyfiyyətinin təminatına, maşınqayırma (makina mühəndisliyi) və inşaat mühəndisliyi kimi sahələrə yönələcəkdir. Beynəlxalq sertifikat isə qeyri-dağıdıcı sınaqların aparılması (QDS), qaynaq, yoxlama, elektrik və avadanlıqlar, korroziya ya nəzarət üzrə veriləcək.

 

BP-nin Azərbaycan –Gürcüstan –Türkiyə regionu üzrə prezidenti Rəşid Cavanşir deyir: “Şahdəniz Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) layihəsi çərçivəsində Azərbaycanda Şahdəniz yatağından çıxarılan qaz sadəcə olaraq Türkiyə və Gürcüstandakı mövcud bazarlara deyil, həmçinin Avropa bazarlarındakı müştərilərə də çatdırılacaq. Türkiyə tranzit ölkələr zənciri dəyərində çox mühüm bir rol oynayır. Bu yeni rolu öz üzərinə götürməklə Avropa üçün enerji təchizatı mərkəzinə çevrilən Türkiyə qaz nəqli şəbəkələrinin genişləndirilməsi, yeni boru xətləri və anbarların tikilməsi kimi yeni layihələr həyata keçirməlidir. Qaz zənciri dəyərində Türkiyənin uğuru onun qaz nəqli sisteminin bütövlüyü, etibarlılığı, səmərəliliyi və səriştəli işçi qüvvəsinin bacarığından asılıdır. Biz bu tanınmış Türk universitetinə yeni mühüm bir vəzifəni öz üzərinə götürən Türkiyəyə kömək edəcək mühəndislərin yetişdirilməsində dəstək verməyimizdən qürur hissi duyuruq.


BP və onun Şahdəniz (ŞD) Konsorsiumundakı tərəfdaşları ilə Orta Doğu Texniki Universiteti (ODTÜ) arasında yeni təlim və sertifikat proqramı üzrə rəsmi anlaşma üzümüzə gələn həftələrdə imzalanacaq. Proqram 2012-ci ilin ilk aylarında həyata keçirilməyə başlanacaq. Proqram, ODTU- nin Neft və Qaz Mühəndisliyi şöbəsi tərəfindən həyata keçiriləcək. Təlimin həm nəzəri, həm də praktiki laborator sessiyaları universitetin binasında həyata keçiriləcək. Dörd il davam etməsi nəzərdə tutulan bu proqram vasitəsilə 300-dən çox yüksək səviyyədə yetişdirilən boru xətti mühəndisənə beynəlxalq sertifikat veriləcək.

 

Şahdənizdə iştirak payları belədir: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

 

Redaktorlar üçün qeydlər:

 

Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq.

 

Layihənin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kub metr qaza ildə 16 milyard kub metr qaz əlavə edəcəyi gözlənilir. Bu, dünyanın hər hansı bir yerindəki ən böyük qaz işlənməsi layihələrindən biridir.

 

Layihənin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, 2 yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəməri şəbəkəsi, Azərbaycanda və Gürcüstanda əlavə ixrac gücü, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir.


Xəzər dənizindən Avropaya qaz ixracı ilə bağlı təkliflər hazırda Şahdəniz konsorsiumu tərəfindən qiymətləndirilir və seçim qərarının bu ilin sonlarında qəbul ediləcəyi gözlənilir. Həmin təkliflər bu ilin oktyabr ayının 1-nədək Nabucco, Trans-Adriatik Boru Kəməri və İGİ Poseidon tərəfindən təqdim olunmuşdur. Bundan əlavə, Şahdəniz layihəsi qrupu, həmçinin, regional olaraq mövcud və ya gələcək interkonnektor infrastruktur sistemi vasitəsilə cənub-şərqi Avropadakı bazarlara qaz ixrac edə biləcək dördüncü potensial ixrac variantını da qiymətləndirir.

 

2011-ci il 25 oktyabr tarixi Şahdəniz 2 layihəsinin yekun investisiya qərarının qəbuluna yönəlmiş davamlı səylərini dəstəkləyən əlamətdar bir gün oldu. Həmin gün Azərbaycanla Türkiyə arasında Türkiyənin Azərbaycandan qaz almasına və Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranzitinə imkan verən bir sıra mühüm qaz ixracı sazişləri imzalandı. Bu sazişlərin imzalanması Şahdənizə Avropaya boru kəməri seçimi prosesini davam etdirməyə və potensial alıcılarla qaz satışı sazişlərini təsdiq etməyə imkan verəcək.

 

 

Əlavə məlumat üçün:

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57;
BP-nin Ankara ofisində Murat LeCompte müraciət edə bilərsiniz. Telefon: +90 216 571 20 02;
BP-nin London ofisində Tobi Odone müraciət edə bilərsiniz. Telefon: +44 207 496 40 76