Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ - operatoru BP-dir) bu gün bildirmişdir ki, Şərqi Azəridən hasil olunan ilk neft noyabrın 10-da Səngəçal terminalına çatmışdır. Bu, Şərqi Azəridən gəlir nefti hasilatının başlandığını bildirir. Bundan əvvəl isə Şərqi Azəri platformasından ilk neft oktyabrın 10-da, qrafikdən dörd ay əvvəl əldə edilmişdi.
Bu mühüm hadisə Azərbaycanda və digər ölkələrdə son üç il müddətində Şərqi Azəri layihəsi üzrə çox əlamətdar iş icrasına nail olmuş on mindən artıq insanın gərgin əməyini və əzmkarlığını əks etdirir.
Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları: BP (operator – 34,1%), Şevron (10,3%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İtoçu (3,9%), Hess (2,7%) şirkətləridir.
Şərqi Azəri (ŞA) hazırda əvvəlcədən qazılmış quyuların ikisindən neft hasil edir və hazırda gündəlik hasilat 70.000 barelədək artmışdır. İndi AÇG yatağından ümumilikdə gündə 600.000 barel neft hasil olunur, bu isə AÇG-dən əvvəlcə bu vaxt üçün planlaşdırılan gündəlik 500.000 göstəricisindən artıqdır.
ŞA Xəzərin Azərbaycan sektorundakı AÇG yataqlarının tammiqyaslı işlənməsinin 2-ci Fazasını tamamlayır. AÇG-nin Dərinsulu Günəşli sahəsini tamamlayacaq Faza 3 isə hasilıata 2008-ci ildə başlamaq qrafikinə uyğun irəliləyir.
Şərqi Azəri hasilatı öncədən qazılmış qalan beş quyu 2007-ci ilin ortalarınadək istismara verildikcə artacaqç sonra isə platformadan qazma işləri başlanacaq. Ən yüksək davamlı hasilat dövründə bu obyekt gündə 260.000 barel neft hasil edərək Qərbi və Mərkəzi Azəri də daxil olmaqla Azəri yatağının ümumi hasilatını gündə 800.000 barelə çatdıracaq.
ŞA obyektləri 48 quyu gövdəsinə malik bir hasilat, qazma və yaşayış platformasından və qurudakı Səngəçal terminalına birləşmiş 30 düymlük sualtı boru kəmərindən, həmçinin bir sıra yataqarası boru xətləri və sistemlərindən ibarətdir.
ŞA-dən hasil edilən neft qurudakı Səngəçal terminalına 30 düymlük yeni sualtı boru kəməri ilə daşınır. ŞA-dən hasil edilən səmt qazının isə platformanın yanacaq ehtiyaclarını ödədikdən sonra qalan hissəsi yataqarası sualtı qaz kəmərləri ilə Mərkəzi Azəridə quraşdırılmış Kompressor və Suvurma Platformasına (KvəSP) nəql ediləcək ki, lay təzyiqinin saxlanılması üçün yenidən laya vurulsun. Səmt qazının artıq qalan hissəsi mövcud sualtı qaz boru kəməri ilə Səngəçal terminalına nəql olunacaq, oradan isə ölkə daxilində istifadə olunmaq üçün Azəriqaz sisteminə vurulacaq.
Maraqlananlar üçün fotoşəkillər də var.
Redaktorlar üçün qeydlər:
Azəri-Çıraq-Günəşli (AÇG) Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) 1994-cü ilin sentyabrında imzalanmışdır və AÇG müqavilə sahəsinin 30 illik işlənməsini əhatə edir. Hesablanmışdır ki, bu HPBS dövründə 5,4 milyard barel neft ehtiyatı hasil ediləcək. Bu yataq bir neçə mərhələdə işlənməkdədir: Çıraqdan İlkin Neft Layihəsinin bir hissəsi olaraq 1997-ci ildən neft hasil olunur. Bundan sonrakı mərhələ 2005-ci ilin əvvəllərində hasilata başlamış Azəri Faza 1 Layihəsi adlanan Mərkəzi Azəridir. Növbəti mərhələlər Azəri Faza 2 layihəsi kimi 2006-cı ilin yanvarında hasilata başlamış Qərbi Azəri və bu ilin oktyabrında hasilata başlayan Şərqi Azərini əhatə edir. Sonuncu AÇG işlənmə mərhələsi olan Faza 3 (Dərinsulu Günəşli) üçün hazırda tikinti işləri gedir və buradan hasilatın başlaması 2008-ci ildə gözlənilir.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57