Layihənin məqsədi Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək olmaq və beləliklə də ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına töhfə vermək olub.
“British Council” təşkilatı tərəfindən yerinə yetirilmiş bu layihə nəticəsində aşağıdakı sahələr üzrə 12 təlim modulu üçün dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlanıb:
Layihə nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetindən və müxtəlif peşə məktəblərindən olan qırx yerli ekspert və təlimçi modulların hazırlanması və modullu tədris metodları üzrə təlim alıb.
Layihənin müvəffəqiyyətli olmasından həvəslənərək və maliyyə resurslarının düzgün idarə olunması nəticəsində qənaət edilmiş vəsaitlərdən, habelə layihə sponsorlarının ayırdığı əlavə maliyyə vəsaitlərindən istifadə edərək BP və tərəfdaşları aşağıdakı sahələr üzrə əlavə 7 modul üçün dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlamaq məqsədilə mövcud müqaviləyə düzəliş ediblər:
Layihənin bu növbəti mərhələsi 2018-ci ilin avqust sonunda tamamlanacaq.
Buna görə də, 461.000 AZN təşkil edən yekun büdcə (358.000AZN ilkin büdcə üstəgəl əlavə 103.000AZN) çərçivəsində 19 modul üçün dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlanacaq və yuxarıda qeyd edilmiş sahələr üzrə 40 nəfər ekspert və təlimçi yetişdiriləcək.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edin
Telefon: (+994 12) 599 45 57