1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. bp Azərbaycanın mədəni irsinin təbliğinə dəstək verir

bp Azərbaycanın mədəni irsinin təbliğinə dəstək verir

Tarix:
22 noyabr 2022-ci il

Bu gün bp şirkəti Azərbaycanın möhtəşəm milli sənət nümunələrindən biri olan qurama sənəti haqqında kitabın ictimaiyyətə təqdimatını və qurama sərgisinin açılışını edib. Tədbir İçərişəhərdə yerləşən Şirvanşahlar Sarayı Kompleksində Milli Qurama Festivalı çərçivəsində keçirilib.

 

Kitab qurama sənətinə dair müxtəlif dillərdən Azərbaycan və ingilis dillərinə tərcümə edilmiş tədqiqat materialının toplusudur. Bu material daha öncə Bakı və rayon muzeylərinin fondlarında, eləcə də şəxsi kolleksiyalarda saxlanılan 18-ci və 19-cu əsrlərə aid qurama kompozisiyaları haqqında mövcud fotoşəkillər və məlumatlar əsasında hazırlanıb.

 

Qurama sərgisində isə tanınmış qurama ustalarının əl işləri nümayiş etdirilir. Sərgi ictimaiyyətə açıqdır, və bp əlavə olaraq bir ay ərzində sərgini ödənişsiz şəkildə ziyarət etmək imkanı yaradıb.

 

bp sözügedən kitaba və sərgiyə milli qurama sənətinə dair məlumatla daha geniş auditoriyanın tanış olması üçün imkan yaratmaq və Azərbaycanın zəngin mədəni irsini təbliğ etmək məqsədilə sponsorluq edib.

 

 

Tədbirdə çıxış edən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli demişdir:

 

“Azərbaycanın sənətkarlıq mədəniyyətində özünəməxsus yeri olan bu ecazkar milli sənət nümunəsinin təbliğinə dəstək olmaqdan məmnunuq. Qurama sənəti ölkənin bütün bölgələrində mövcuddur və bu sənət növü ilə əsrlər öncə məşğul olublar. Ümid edirik ki, bu gün təqdim olunan kitab və açılışını etdiyimiz sərgi Azərbaycanın mədəni irsinin bu qədim və rəngarəng bədii nümunəsinin daha geniş auditoriya tərəfindən öyrənilməsinə və araşdırılmasına kömək edəcək.”

 

 

Layihənin ümumi dəyəri təxminən 72000 manatdır. Bu məbləğə tədqiqat materialının redaktor tərəfindən nəzərdən keçirilməsi və tərcüməsi, kitabın nəşri, eləcə də sərginin sponsorluq xərcləri daxildir.

 

Layihə “İçərişəhər” Muzey Mərkəzi tərəfindən həyata keçirilib.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük. 

 

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib. 

 

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 105 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

 

Azərbaycanda bp şirkətində təxminən 2300 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon:  (+994 12) 525 58 95