BP London 2012 Oyunları üçün öz xüsusi nümayəndələri kimi seçdiyi yeddi Azərbaycan idmançısının adlarını açıqladı.
BP Azərbaycan şirkəti 2012-ci ildə Londonda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına hazırlaşan Azərbaycan milli komandalarına və bir qrup seçilmiş idmançıya dəstək vermək üçün bu gün Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə tərəfdaşlıq müqavilələri imzaladı. Bu, 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərən BP şirkətinin öz 20-illiyini qeyd etdiyi bir vaxta təsadüf edir.
Bu müqavilələrə əsasən BP Azərbaycan şirkəti Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Milli Paralimpiya Komitəsinin London 2012 Oyunlarında rəsmi tərəfdaşı olacaq.
BP bu gün həmçinin London 2012 Oyunları üçün öz xüsusi nümayəndələri kimi seçdiyi yeddi Azərbaycan idmançısının adlarını da açıqladı. Şirkət üç olimpiya və dörd paralimpiya idmançısından ibarət bu qrupun həm London 2012 Oyunlarına hazırlığını, həm də oyunlarda iştirakını dəstəkləyəcək. Həmin idmançılar bunlardır: Cəbrayıl Həsənov - sərbəst güləş, Fəridə Əzizova - taekvondo, Rövşən Bayramov - yunan-roma güləşi (klassik güləş), İlham Zəkiyev - dzyudo, Afaq Sultanova - dzyudo, Oloxan Musayev - atletika, Oleq Panyutin - atletika. BP Azərbaycanın xüsusi təmsilçiləri kimi seçdiyi idmançılar haqqında daha ətraflı məlumat bu mətbuat açıqlamasına əlavə olunur.
İmzalama mərasimində çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir dedi: “Azərbaycanın Milli Olimpiya və Paralimpiya Komitələrinə, həmçinin London 2012 Oyunlara hazırlaşan bir qrup Azərbaycan idmançısına dəstək verməkdən məmnunluq duyuruq. Olimpiya və paralimpiya oyunları bütün ölkəyə həyəcan yaşadacaq bit tədbirdir və biz Azərbaycan xalqını əmin etmək istərdik ki, milli idmançıların Yay Oyunlarında iştirakını izləyərkən yaşanılan həyəcanı, həmçinin idmançılar vətənə olimpiya medalları ilə qayıdarkən duyulan fərəhi biz də sizinlə bölüşmək istəyirik.
Azərbaycandakı 20 illik fəaliyyətimiz ərzində biz bütün maraqlı tərəflərlə gözəl münasibətlər və bu ölkə ilə möhkəm bir tərəfdaşlıq qurmuşuq. Bütün bunlar ölkənin icrasını bizə həvalə etdiyi strateji layihələri həyata keçirmək bacarığımıza olan etimadına əsaslanır. BP hələ uzunmüddət regionda güclü və dayanıqlı iqtisadiyyata malik lider ölkə olmaq kimi öz strateji roluna doğru inkişaf edən Azərbaycanda olmaq niyyətindədir. ”
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə dedi: “Bu strateji tərəfdaşlıq BP şirkətinin ölkəmiz və xalqımız qarşısında götürdüyü öhdəliyə sadiq olduğunu nümayiş etdirir. Əməliyyatçısı olduğu iri layihələr vasitəsilə neft və qaz sənayemizin inkişafına, eləcə də özünün davamlı inkişaf təşəbbüslərini həyata keçirməklə icmaların, yerli şirkətlərin, dövlət və təhsil müəssislərinin inkişafına əsaslı şəkildə töhfələr verməklə 20 ildir ki, Azərbaycanda aparıcı operator kimi gördüyümüz bir şirkətin Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaş olmaq qərarını verməsindən çox məmnunuq. Ümid edirik ki, bu tərəfdaşlıq da BP-nin əvvəllər Azərbaycanda həyata keçirdiyi digər tərəfdaşlıq təşəbbüsləri kimi uğurlu olacaq”.
Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov tədbirdə çıxış edərək dedi: “Zənnimizcə, bu tərəfdaşlıq idmanın cəmiyyətdə hər kəsə fayda verə biləcəyi barədə məlumatlılığı artırmağa kömək edir. Biz həmçinin inanırıq ki, BP-nin xüsusilə bizim komitə ilə tərəfdaşlığı və paralimpiya idmançılarına dəstəyi London 2012 Paralimpiya Oyunlarında iştirak etmək kimi çətin öhdəliyi qəbul etmiş idmançılarımıza qarşı hər birimizin hiss etdiyi hörmət və heyranlıq hisslərini bir daha vurğulayır”.
BP Azərbaycan şirkətinin Milli Komitələrlə tərəfdaşlığı, eləcə də bütün il boyu – həm Olimpiya Oyunlarından əvvəl, həm də sonra milli komandalar və idmançılara dəstəyi haqqında əlavə məlumatlar bundan sonra da veriləcək.
Redaktorlar üçün qeydlər:
Azəri, Çıraq, Dərinsulu Günəşli (AÇG) - bu nəhəng neft yatağından hazırda hər gün təxminən 750 000 barel neft hasil olunur. Yatağın Çıraq hissəsindən 1997-ci ildən bəri neft hasilatı uğurla davam edir. Bundan sonrakı mərhələ olaraq Azəri layihəsinin 1-ci Fazası kimi Mərkəzi Azəridən hasilat 2005-ci ilin fevralında başlanmışdır. AÇG yatağının işlənməsinin 2-ci Fazası həmin ilin dekabr ayında hasilata başlamış Qərbi Azərini və 2006-cı ilin oktyabrında istismara verilmiş Şərqi Azərini əhatə edir. Yatağın işlənməsinin 3-cü Fazası isə hasilata 2008-ci ilin aprelində başlamış Dərinsulu Günəşlini əhatə edir. AÇG-də növbəti işlənmə - Çıraq Neft Layihəsi (ÇNL) üzrə hazırda tikinti işləri gedir və bu layihədən hasilata 2013-cü ildə başlanacağı gözlənilir. Bu günədək yataqdan təxminən 1.9 milyard barel neft hasil edilib;
Dünya səviyyəli Şahdəniz qaz kondensat yatağının işlənməsi - Şahdəniz Mərhələ 1 layihəsinin maksimum hasilat gücü illik 9 milyard kubmetr qaz təşkil edir. Yataqdan hasilat 2006-ci ilin dekabrından başlayaraq davam edir; Şahdəniz yatağının tammiqyaslı işlənməsini nəzərdə tutan Mərhələ 2 nəhəng bir layihədir, onun hazırda mövcud Mərhələ 1 hasilatına ildə 16 milyard kubmetr qaz əlavə edəcəyi gözlənilir. Bu layihənin Azərbaycanı yeni Cənub Qaz Dəhlizi vasitəsilə yeni qaz bazarlarına iri bir təchizatçı kimi bağlayacağı gözlənilir;
Şəfəq-Asiman üzrə hasilatın pay bölgüsü sazişi (HPBS) – bu saziş 2010-cu ilin oktyabr ayında Bakıda imzalanıb və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2011-ci ilin may ayında ratifikasiya olunub. Layihə üzrə ilk üçölçülü seysmik tədqiqat proqramı artıq başa çatıb;
Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri - BTC kəməri ilə nəql edilmiş neft Türkiyənin Ceyhan limanında ilk tankerə 2006-cı il iyunun 4-də yüklənib. O vaxtdan bəri BTC vasitəsilə nəql edilmiş 1 milyard 360 milyon barel xam neft Ceyhanda 1764 tankerə yüklənmiş və dünya bazarlarına yola salınmışdır. BTC-nin ötürücülük gücü hazırda gündə 1,2 milyon bareldir;
BP London 2012 Olimpiya və Paralimpiya Oyunlarının rəsmi neft və qaz tərəfdaşıdır, şirkət Oyunlara aid 5000-dən yuxarı rəsmi nəqliyyat vasitəsi üçün yüksək keyfiyyətli yanacaq və sürtkü yağları, iaşə və avtomobillərin yuyulması obyektləri üçün isə maye qaz təmin edəcək.
Davamlı inkişaf üzrə tərəfdaş və “Target Neutral” proqramı ( www.targetneutral.co.uk.)ilə karbonun azaldılması üzrə rəsmi tərəfdaş kimi BP bu oyunların az karbonlu olmasına öz töhfəsini verəcək.
Mədəniyyət Olimpiadasının əsas tərəfdaşı kimi BP Birləşmiş Krallıqda incəsənətə və mədəniyyətə özünün uzunmüddətli dəstəyini daha da irəli apararaq milyonlarla insana imkan yaradır ki, bu oyunların təşkil olunmasında iştirak edə bilsinlər. BP-nin dəstəklədiyi və Mədəniyyət Olimpiadasının tərkib hissəsi olan proqramlar bunları əhatə edir:
London 2012 “açıq həftə sonu”: London 2012 Oyunlarına bir il qalmış həftələri saymaqla hər həftənin sonu keçirilən mərasim. İndiyədək bütün Birləşmiş Krallıq üzrə bir milyondan artıq insan bu cür “açıq həftə sonu” tədbirlərində iştirak edib. Bu, insanlar üçün incəsənət və mədəniyyət sahəsində yeni bir iş görməyə cəhd etmək imkanıdır. http://www.london2012.com/get-involved/open-weekend/
Teyt film layihəsi: bu qəbildən olan ilk layihədir - uşaqlar tərəfindən və uşaqlar üçün hazırlanmış animasiya filmi layihəsidir. “Aardman” film və televiziya animasiyaları studiyası istedadlarının iştirakı ilə keçirilən “Tate film layihəsi”nin məqsədi bütün Birləşmiş Krallıq üzrə 5-13 yaşlarında uşaqları bir multiplikasiya filminin hazırlanmasında iştirak etməyə və ideyalar verməyə həvəsləndirməkdir. http://www.tatemovie.co.uk./
BP-nin portret mükafatları: London 2012 Olimpiya Oyunlarından ilhamlanan gələcək nəsil: bu layihə 14-19 yaş arasında olan yeniyetmələri portret çəkməyə həvəsləndirir. İştirakçılar üçün seminarlar təşkil olunur və onlar BP-nin rəsm mükafatları sərgilərində əsərləri nümayiş olunan rəssamlarla görüşmək və işləmək imkanı qazanırlar. http://www.npg.org.uk/whatson/exhibitions/bp-portrait-award-2011.php
Olimpiya səyahəti: Oyunların hekayəti: BP ilə Kral Opera Teatrı və Lozanna şəhərindəki Olimpiya Muzeyi arasında birgə iş. Bu sərgi 2012-ci il iyulun 27-dən avqustun 12-dək keçiriləcək Olimpiya Oyunları müddətində Kral Opera Teatrında təşkil və nümayiş etdiriləcək. Buraya Lozanna Olimpiya Muzeyindən gətirilərək Londonda ilk dəfə nümayiş olunacaq nadir eksponatlar, illüstrasiyalar, film və audio materiallar daxildir. Bu sərginin Mədəniyət Olimpiadasının yekun mərhələsi olacaq London 2012 Festivalının parlaq məqamına çevriləcəyi gözlənilir. http://www.bp.com/genericarticle.do?categoryId=2012968&contentId=7068860
London 1612: 2012-ci il London Olimpiya Oyunları ərəfəsində Britaniya Muzeyində açılacaq Dünya Şekspir Teatrı. Ona BP tərəfindən dəstək göstəriləcək və Şekspir tamaşalarının səhnə yozumu vasitəsilə Londonun 400 il bundan əvvəl inkişaf edən beynəlmiləl bir paytaxt kimi rolunu əks etdirəcək.
BP “Gənc liderlər proqramı”na dəstək göstərir. 2012-ci il Olimpiya Oyunları uğrunda tenderdə iştirak edən zaman London 2012 öhdəlik götürmüşdü ki, 100 nəfər gənc üçün intensiv fərdi inkişaf proqramı həyata keçirəcək. Burada məqsəd onların London 2012 Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsində mühüm rol oynamasıdır. BP-nin dəstəyi ilə həyata keçirilən London 2012 “Gənc liderlər proqramı” məhdud imkanlı bir qrup gənc insana öz həyatlarında müsbət dəyişiklik etmək imkanı yaratmaq məqsədi daşıyır. Buna 2010-cu ilin aprel ayından Olimpiya Oyunlarının sonuna - 2012-ci ilin sentyabr ayınadək bir sıra əlamətdar könüllülük təşəbbüslərində iştirak etmək imkanı yaratmaqla nail olunacaq. http://www.london2012.com/youngleaders
BP həmçinin gəncləri “Sabibkarlıq və ticarət oyunu və səyyar təqdimat” vasitəsilə də həvəsləndirir. Bu, işlə əlaqədar olan bir təlim oyunudur, tələbələrə real neft ticarətinin həyəcanverici simulyasiyası vasitəsilə öz sahibkarlıq, riyaziyyat və biznes səriştələrini gerçəkliyə tətbiq etmək imkanları təklif edir. Səyyar təqdimat məktəblərdə riyaziyyat və sahibkarlığa yönəlmiş bir günlük təlimdir və 2012 Olimpiya Oyunlarınadək Birləşmiş Krallığın bütün yerlərində keçiriləcək. http://www.bp.com/sectiongenericarticle.do?categoryId=9036379&contentId=7067216
BP Londonda Britaniyanın 6 görkəmli idmançısının: Cesika Ennis, Liz Amitsted, Şelli Vuds, Riçard Vaythed, Stef Rid və Uilyam Şarmanın London 2012 Olimpiya və Paralimpiya oyunlarına hazırlaşmasına dəstək göstərir. Onlar Oyunlara hazırlaşarkən BP onlara “Target Neutral”ın “Azalt-əvəzlə-neytrallaşdır” proqramı çərçivəsində havaya buraxılan karbonun miqdarını azaltmaqda kömək edəcək. BP-nin dəstəklədiyi idmançılar barədə daha ətraflı məlumat almaq üçün bu ünvana müraciət edin: http://www.bp.com/www.bp.com/london2012
BP-nin Bakı ofisinin mətbuat xidmətinə - Tel. : 994 (0) 12 599 4557;
Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə - Tel.: 994 (0) 12 440 28 41;
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə - Tel.: 994 (0) 12 594 54 33 müraciət edə bilərsiniz