1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. BP bioloji müxtəlifliyin Azərbaycanda qorunmasına töhfə verir

BP bioloji müxtəlifliyin Azərbaycanda qorunmasına töhfə verir

Tarix:
1 Sentyabr 2007

 

BP məmnuniyyətlə Bakı Dövlət Universitetində təbiət elmləri üzrə maqistr kursu keçən tələbə Şahin İsayev öz işçi qrupu ilə Azərbaycan ərazisində çöl qartalı və çöl muymulu quşlarının indiki vəziyyətinin müəyyənləşdirilməsi və onların yayılma modelinin hazırlanması üçün Təbiəti mühafizəyə rəhbərlik proqramı çərçivəsində 24 700 dollar məbləğində növbəti qranta layiq görüldüyünü bəyan edir. Qrant BP qrupunun Təbiəti mühafizəyə rəhbərlik proqramı (əvvəlki “BP qrupunun təbiəti mühafizə proqramı”) vasitəsilə Azərbaycanda bioloji müxtəlifliyin qorunmasına verdiyi dəstəyin bir hissəsidir, və bu layihənin icrası üçün bu qrup Azərbaycan Ornitoloqlar Cəmiyyəti ilə əməkdaşlıqda işləyəcək.

 

“Bu, BP qrupunun Təbiəti mühafizəyə rəhbərlik proqramı çərçivəsində Azərbaycanda fəaliyyət göstərən qrupun layiq görüldüyü ikinci qrantdır, və qrupun hazırda yüksək səviyyədə fəaliyyət göstərdiyinə işarə edir,” Təbiəti mühafizəyə rəhbərlik proqramı üzrə məsul şəxs Pol Herbertson deyir.

 

Layihəni altı nəfərdən ibarət işçi qrup, eləcə də Bakı Dövlət Universitetinin coğrafiya və biologiya fakültələrinin tələbələrindən ibarət könüllülər həyata keçirəcək. Tədqiqat geniş coğrafi ərazini əhatə edəcək.

 

“BP şirkətinin dəstək verdiyi bu layihənin bir hissəsi olaraq biz çöl qartalının yaşayış məskənlərinin öyrənilməsi üçün Balakən rayonundan başlayaraq İsmayıllı rayonuna qədər 200 kilometr boyunca dağlıq ərazidə araşdırma aparacağıq, köçəri quş olan çöl muymulu isə vadilərdə məskunlaşdıqlarına görə dərəli sahələrdə digər araşdırma aparacağıq,” Şahin İsayev deyir.

 

“Təbiəti mühafizəyə rəhbərlik proqramı” BP ilə “Bördlayf İnterneşnəl”, “Fauna end Flora İnterneşnəl”, “Konserveyşn İnterneşnəl” və “Vayldlayf Konserveyşn Sosayeti” təşkilatları arasında yaranmış bir tərəfdaşlıqdır. Bu təşəbbüs 1985-ci ildən bəri həyata keçirilir. Tərəfdaşlar bizi əhatə edən təbii mühitə və onun tərkib hissəsi olan biomüxtəlifliyə qayğı göstərir və onun qorunmasına xidmət göstərmək əzmindədirlər. İllik mükafatların məqsədi təbiəti mühafizə sahəsində peşəkarların yeni nəslinin rəhbərlik potensialını inkişaf etdirmək və gənclərdən ibarət işçi qruplara mühüm təbiəti mühafizə layihələrini yerinə yetirməyə imkan yaratmaq və həvəsləndirməklə təbiətin mühafizəsi ilə bağlı vacib qlobal problemləri yerli səviyyələrdə həll etməkdən ibarətdir.

 

Bu il proqramın qrantları ilə 19 ölkədə layihələr həyata keçirilir və ümumilikdə 26 işçi qrup qrant almışdır. Bu mükafatın bir hissəsi olaraq hər işçi qrupun bir üzvü bu ilin iyun ayının 21-dən iyul ayının 6-dək Cənubi Afrikaya səyahət etdi. Həmin qrup üzvü orada beynəlxalq təlim kursunda iştirak etdi və Bioloji Mühafizə Cəmiyyətinin illik yığıncağında öz layihəsini təqdim etdi. Bioloji Mühafizə Cəmiyyətinin illik yığıncağı ilə əlaqə yaradılması iştirakçıların daha güclü bir peşəkar şəbəkəyə qoşulmasına və gələcəkdə beynəlxalq miqyasda əməkdaşlıq etməsinə imkan yaradır.

Redaktorlar üçün qeydlər:

 

Bu günədək BP Azərbaycanda bir neçə mühüm biomüxtəliflik təşəbbüsünü dəstəkləmişdir. Bu təşəbbüslərə tısbağaların mühafizəsi layihəsi, Səngəçal buxtası zonasında balıqların tədqiqi, mövcud və planlaşdırılan boru kəmərləri boyunca bitkilərin və heyvanların tədqiqi, eləcə də Xəzər Ekoloji Proqramı ilə biomüxtəliflik üzrə bir konvensiyanın işlənib hazırlanmasına dair birgə plan daxildir. Məlumatlardan daha geniş istifadə olunmasını təmin etmək məqsədilə BP ətraf mühitə və bioloji müxtəlifliyə dair əldə etdiyi informasiyanı Xəzər ekoloji proqramı vasitəsilə digər Xəzəryanı ölkələrlə bölüşür. BP həmçinin Azərbaycanda Tuqay meşələrinin qorunması və bərpası məqsədi daşıyan bir layihəyə də dəstək verir. Bu layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan mütəxəssisləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

 

 

Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya: telefon: +994 (0) 12 599 45 57 və ya Azərbaycan Ornitoloqlar Cəmiyyətində Şahin İsayev (tel: 994 50 6329829) ilə əlaqə saxlaya bilərsiniz.