Bu, açıq və konstruktiv bir görüş idi və qarşıda duran tapşırıq aydındır.
Bakı – Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər qrupu bu gün Londonda BP-nin prezidenti Bob Dadli və həmin şirkətin hasilat və axtarış-kəşfiyyat bölümünün icraçı qrupu ilə görüşmüşlər.
Onlar razılaşmışlar ki, Azərbaycan dövlətinin və Azəri-Çıraq-Günəşli (AÇG) tərəfdaşlarının mənafeyi üçün yatağın neft hasilatının idarə olunması məsələsində ARDNŞ və tərəfdaşlar qrupu ilə yaxından işləməkdə davam etsinlər.
Bob Dadli demişdir: “Bu, açıq və konstruktiv bir görüş idi və qarşıda duran tapşırıq aydındır. BP Azərbaycana və dünyanın ən böyük neft yataqlarından biri olan AÇG kompleksinin səmərəli idarə olunmasına tam sadiqdir.”
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlı.
Tel.: 994 (0) 12 599 4557;