1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. BP qrupunun yeni prezidentinin Azərbaycana səfəri

BP qrupunun yeni prezidentinin Azərbaycana səfəri

Tarix:
6 Oktyabr 2010

 

BP Qrupunun yeni prezidenti Robert Dadli şirkətin keçmiş prezidenti Toni Heyvordla birlikdə dünən Azərbaycana iki günlük işgüzar səfərə gəlib. Bu səfər BP qrupu baş icraçı şəxslərinin işləri bir-birinə təhvilvermə prosesinin bir hissəsi kimi planlaşdırılıb.

 

Cənab Dadli BP qrupunun yeni prezidenti kimi öz vəzifəsinin icrasına bu il oktyabr ayının 1-dən başlayıb.

 

Cənab Dadlinin səfər proqramına BP Azərbaycanın rəhbərliyi və işçi heyəti ilə bir sıra görüşlər, həmçinin Səngəçal terminalına səfər daxildir.

 

BP qrupunun yeni prezidenti kimi Cənab Dadli Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə təqdim olunacaq və ona BP-nin Azərbaycanda əməliyyatçısı olduğu layihələr üzrə işlərin cari vəziyyəti və planlar barədə məlumat verəcək. Cənab Dadli həmçinin Azərbaycanın ən iri neft və qaz hasilatı və nəqli layihələrinin əməliyyatçısı kimi BP şirkətinin davamlı olaraq öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsini vurğulayaraq BP-nin Azərbaycanla əməkdaşlığının daha da gücləndirilməsi və genişləndirilməsi niyyətinin uzunmüddətli olduğunu bir daha bildirəcək.

 

Cənab Dadli həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşərək gələcək əməkdaşlıq planlarını müzakirə edəcək.

 

 

Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57