1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. BP yeni sosial təhlil komissiyasının ilk hesabatını müsbət qarşılayır

BP yeni sosial təhlil komissiyasının ilk hesabatını müsbət qarşılayır

Tarix:
5 Oktyabr 2007

 

Azərbaycanda iri neft və qaz müqavilələrinin operatoru olaraq BP bu gün Azərbaycan Sosial Təhlil Komissiyasının (ASТK) birinci hesabatında əhatə olunan nəticələrə və tövsiyələrə cavabını ictimaiyyətə açıqlamışdır.

 

ASТK BP şirkətinin Azərbaycandakı fəaliyyətlərində şəffaflığı, dialoqu və ictimaiyyətin iştirakını stimullaşdırmaq məqsədilə göstərdiyi səylərin davamı kimi təsis olunmuş yeni bir məsləhət qrupudur. Komissiya şirkətə mövcud meylləri, çətinlikləri, eləcə də üz-üzə gəldiyi uzunmüddətli məsələləri müəyyənləşdirməyə kömək etmək üçün 2007-ci ilin əvvəlində yaradılmışdır. Komissiya diqqəti BP-nin öz tərəfdaşları adından həyata keçirdiyi sosial sahədəki iş icrasına yönəltməklə BP Azərbaycan şirkəti rəhbərliyi üçün müstəqil məsləhət orqanı kimi xidmət göstərir. Buraya Azərbaycanı təmsil edən beş nəfər yerli, Avstraliyanı, ABŞ-ı və Böyük Britaniyanı təmsil edən dörd nəfər də beynəlxalq mütəxəssis daxildir.

 

ASTK-nın elə bu gün nəşr olunmuş ilk hesabatı qrupun ilkin ümumi araşdırmalarına, icmalara və BP-nin idarə etdiyi obyektlərə səfərlərinə, eləcə də şirkət nümayəndələri ilə 2007-ci il aprel ayının sonunda keçirilmiş görüşlərə əsaslanan nəticələrin xülasəsini verir.

 

Hesabatın tam mətni və BP-nin cavabı ilə Azərbaycan və ingilis dillərində aşağıdaki internet ünvanında tanış olmaq mümkündür.

 

ASTK-nın sədri Deyvid Rays demişdir: “Məqsədimiz BP-nin sosial sahədə gördüyü işin icrası ilə bağlı konstruktiv və obyektiv təhlillər, tövsiyyələr eləcə də dəqiq ümumi qiymət verməkdir. Bu komissiyanın müstəqilliyi, lazım gəldikdə, BP-nin fikrinə zidd nəticələrin və təhlillərin hesabatlarını verməyə hazır olmağımız ilə qorunur. Elə buna görə də öz hesabatlarımıza konsensusa gəlib-gəlməməyimizdən asılı olmayaraq komissiyada mövcud olan fikirlərinin tam mənzərəsini daxil edirik.”


BP-nin Azərbaycandakı prezidenti Bill Şreyder demişdir: “Biz şəffaflığa və dialoqa yüksək əhəmiyyət veririk və öz biznes göstəricilərimizə kənar müşahidə və yoxlamaların dəyərini dərindən dərk edirik. Mən ASTK-nın birinci hesabatını, onun əhatə etdiyi nəticələri və qaldırdığı məsələləri məmnuniyyətlə qəbul edirəm və bu komissiyanın gələcək fikir və təkliflərini səbirsizliklə gözləyirəm.”

 


Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57