1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Beynəlxalq təcrübələr Azərbaycana gətirilir

Beynəlxalq təcrübələr Azərbaycana gətirilir

Tarix:
21 Fevral 2019

 

  • Autizm pozuntuları olan şəxslərin cəmiyyətə inteqrasiya etməsinə yardım etmək üçün yeni metodların tətbiqi;
  • Cəmiyyətdə inklüziv düşüncə tərzinin və davranışının gücləndirilməsi

 

BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – “SOCAR”, “TPAO”, “PETRONAS”, “Chevron”, “LUKOIL”, “NİCO”, “Equinor”, “INPEX”, “ExxonMobil”, “SGC”, “ITOCHU”, “ONGC”, “TOTAL”, “Eni” – bu gün Azərbaycanda Autizm Spektr Pozuntusu (ASD) olan şəxslərə dəstək məqsədli yeni bir layihənin başlanmasını elan etdilər.

 

Layihə autizm pozuntuları olan şəxslərin cəmiyyətə inteqrasiyasına və cəmiyyətdə inklüziv düşüncə tərzinin gücləndirilməsinə kömək edəcək. Bunun üçün layihədə bir sıra xüsusi fəaliyyətlər nəzərdə tutulub. İcrası beynəlxalq ekspertlər tərəfindən həyata keçiriləcək bu cür fəaliyyətlərə autizmli şəxslərin innovativ üsullarla müalicəsi, valideynlərin və mütəxəssislərin təlimi, icmalarda təbliğat və məlumatlandırma proqramları daxil olacaq.

 

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Düşünürük ki, layihə davranışları və düşüncə tərzini dəyişərək güclü təsir yaradacaq. Həmçinin cəmiyyətdə öz üzərimizə fəal vəzifə və öhdəliklər götürməklə digər şəxslərin autizmlə bağlı çətinliklərinin öhdəsindən gəlməsinə, cəmiyyətə inteqrasiya etməsinə necə dəstək ola biləcəyimizi başa düşməyimizə yardım edəcək. Bundan əlavə, layihə ailələr və icmalara imkan yaradacaq ki, öz autizmli övladlarının, yaxınlarının və digər şəxslərin həyatlarını dəyişmək üçün öhdələrinə düşən vəzifələri daha dərindən başa düşsünlər. Ümid edirik ki, beynəlxalq miqyasda qəbul edilmiş bu praktika və metodlar sayəsində Azərbaycanda insanların autizm pozuntusuna olan münasibəti kökündən dəyişəcək.”

 

Layihənin müddəti 10 aydır (dekabr 2018 – sentyabr 2019) və ümumi dəyəri təqribən 239000 AZN təşkil edir.

 

Layihə “Birgə və sağlam” ictimai birliyi tərəfindən yerinə yetiriləcək.

 

Redaktorlar üçün qeydlər

 

Ötən 26 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələri həyata keçiriblər. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.

 

2018-ci ildə BP və tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 4 milyon dollardan çox vəsait xərcləmişlər.

 

BP və tərəfdaşlarının 2018-ci ildə həyata keçirdiyi sosial sərmayələr haqqında  məlumatı bu linkdəki sənəddən almaq olar

 

Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95