BP Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları adından bu gün Kürdəmir rayonunun Sığırlı və Karrar kəndlərində yeni sutəmizləyici qurğuların açılışını keçirmişdir. Bu qurğular yerli müəssisələri inkişaf etdirmək öhdəliyimizin bir hissəsi olaraq xüsusi yaradılmış və təlim keçmiş iki yerli şirkət tərəfindən istismar olunacaq.
BTC Ko.-nun səhmdarları: BP (30.1%); AzBTC (25.00%); Şevron (8.90%); Statoyl (8.71%); TPAO (6.53%); ENİ (5.00%); Total (5.00%), İtoçu (3.40%); İNPEKS (2.50%), KonokoFillips (2.50%) və Hess (2.36%) şirkətləridir.
CQBK Ko-nun maliyyə səhmdarları: BP (texniki operator – 25.5%), Statoyl (kommersiya operatoru - 25.5%), ARDNŞ (10%), LUKoyl (10%), NİKO (10%), Total (10%) və TPAO (9%) şirkətləridir.
Bu layihə BTC və CQBK tərəfindən onların İctimai Sərmayə Proqramı çərçivəsində 2005-ci ildə başlanmış “İçməli su təminatının yaxşılaşdırılması” (İSTY) adlanan iri bir təşəbbüsün bir hissəsidir. BTC və CQBK tərəfdaşları o icmalar üçün içməli su layihəsi yaratmışlar ki, orada içməli su qıtlığı problemi daha ciddidir. İndiyədək İSTY yerli texnologiyalardan istifadə olunmaqla altı icmanı içməli su qurğuları ilə təmin etmişdir və həm suyun keyfiyyətini, həm də gəlirləri səmərəli və şəffaf idarə etmək məqsədilə hər bir qurğu üçün icma-bələdiyyəyə məxsus məhdud məsuliyyətli şirkətlər formasında idaretmə strukturları yaratmışdır. İSTY “Ümid” humanitar və sosial yardım mərkəzi tərəfindən həyata keçirilmişdir.
İSTY-nin ümumi dəyəri 190.000 ABŞ dollarından artıqdır və bu təşəbbüs Kürdəmir rayonunun Sığırlı, Karrar kənd və Karrar qəsəbə; Ucar rayonunun Bərgüşad və Güləbənd; eləcə də Ağdaş rayonunun Orta Ləki icmalarını təşkil edən 6000-dən çox əhalini içməli su ilə təmin edəcək.
BP-nin Gələcək İcmalar Proqramının direktoru Dən Bliss deyir: “BP və tərəfdaşlarımız bu mühüm icma təşəbbüsünü maliyyələşdirməkdən məmnundurlar. Sağlamlıq və gigiena üçün həyat əhəmiyyəti daşıyan etibarlı içməli su mənbələri təmin etməklə bu, yerli insanlara nəzərəçarpan mənfəət gətirəcək. İcmalarda quraşdırılmış sutəmizləyici qurğular günəş enerjisi ilə işləyəcək və bununla da icmaların enerji xərclərinə qənaət edilmiş olacaq.”
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57