Cənubi Qafqaz Boru Kəməri Şirkəti və Şahdəniz konsorsiumu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üçün daha bir əsas müqavilənin imzalandığını məmnuniyyətlə elan edir. Bu müqavilə boru kəmərinin tikintisi işləri üzrədir.
Bundan əvvəl isə ümumilikdə 14 müqavilə elan edilmişdi və bunlar da Şahdəniz Mərhələ 2 layihəsinin qrafik üzrə irəliləyişinin göstəricisidir. Əsas müqavilələrin əksəriyyəti artıq bağlandığından Bakıdakı tikinti sahələrində işlər başlanmışdır.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti cənab Qordon Birrell deyir: “İndi artıq biz boru kəmərinin genişləndirilməsi və bununla bağlı yerüstü qurğuların tikintisi üçün Azərbaycanda və Gürcüstanda aparılacaq işlər üzrə müqavilələrin əksəriyyətini imzalamışıq. Məmnuniyyətlə vurğulamaq istəyirəm ki, tikintinin əksər hissəsi Azərbaycanda və Gürcüstanda yerli şəraitdə həyata keçiriləcəyindən hər iki ölkəyə xeyir gətirəcək. Bu, böyük irəliləyişdir.
Biz məmnunuq ki, həm Şahdəniz Mərhələ 2, həm də CQBKG layihəsi bütün sahələrdə irəliləməkdədir. Tikinti sahələrində dayaq blokları və üst modullar üzrə işlər, habelə terminalın genişləndirilməsi üzrə işlər artıq başlanıb. Dənizdə isə “İstiqlal” və “Heydər Əliyev" adına qazma qurğularından istifadə etməklə qazma işləri uğurla davam edir. 2018-ci ilin sonlarında ilk qazın əldə edilməsinə hazırlıq yönümündə artıq beş hasilat quyusu qazılıb.”
Boru kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin tikintisi üçün müqavilə Saipem/Azfen şirkətinə verilib. Bu, “Saipem Contracting Netherlands BV” və “Azfen BM” şirkətlərinin birgə müəssisəsidir.
Bu müqavilə üzrə görüləcək işlər bunlardır:
Bu müqavilənin dəyəri 735 milyon dollar təşkil edir və o, CQBKG-nin tikintisi işlərinin başlanmasına doğru mühüm bir addımdır. İşlərin 2015-ci ilin yanvar ayında başlanması planlaşdırılır. Boru kəmərinin Gürcüstan hissəsinin mexaniki tamamlanması 2016-cı ilin sonuna qədər və Azərbaycan hissəsində isə 2017-ci ilin sonunadək başa çatdırılacağı gözlənilir.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlı. Telefon: 994 (0) 12 599 4557;
BP-nin London ofisindəki mətbuat xidmətində Tobi Odone. Telefon: 44 (0) 20 7496 4076;
CQBK şirkətinin baş meneceri Arild Dirset. Telefon: 994 (0) 12 497 7340