1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Çıraq Neft Layihəsinin ƏMSTQ sənədinin layihəsi

Çıraq Neft Layihəsinin ƏMSTQ sənədinin layihəsi

Tarix:
24 Noyabr 2009

 

BP operator olaraq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindəki (ABƏŞ) tərəfdaşları adından elan edir ki, özünün Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) işlənməsi proqramının bir hissəsi kimi Çıraq Neft Layihəsinin Ətraf Mühitə və Sosial sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSTQ) sənədinin layihəsi hazırlanmışdır. BP həmin sənədi ABƏŞ tərəfdaşları adından nəşr etmişdir.

Sənəddə AÇG Çıraq Neft Layihəsi ilə bağlı bütün işlərin potensial ətraf mühit və sosial təsirləri araşdırılır və təsirlərin azaldılması üçün tövsiyə olunan tədbirlər təsvir olunur.

 

Çıraq Neft Layihəsin əsas tərkib hissələri aşağıdakılardır:

- Qərbi Çıraq hasilat, qazma və yaşayış platforması (QÇ-HQY) adlanan yeni bir dəniz neft və qaz platformasının tikintisi və quraşdırılması. Bu yeni platforma mövcud Çıraq-1 və Dərinsulu Günəşli (DərSG) platformaları arasında yerləşəcək

- yeni platformanı mövcud AÇG sualtı neft və qaz boru kəmərləri ilə birləşdirən yataqdaxili boru kəmərlərinin inşası

- lay sularını və inyeksiya olunacaq suyu yeni platformadan yaxınlıqdakı DərSG qurğularına ötürəcək yataqdaxili boru kəmərlərinin tikintisi

 

Sözügedən sənəd tam şəkildə və onun qısa xülasəsi Azərbaycan və ingilis dillərində hazırlanmış və BP Xəzər saytında yerləşdirilmişdir.

 

İctimaiyyətin nümayəndələri həmin sənədlərlə aşağıdakı ünvanlarda da tanış ola bilərlər:

 

- Bayıl, Neftçilər prospekti 2, BP ofisi, Villa Petrolea, əsas girişdə
- İzmir küçəsi 1033, Hyatt Tauer III, BP ofisi, 2-ci mərtəbədəki girişdə
- Tbilisi prospekti 5, Natəvan binası, KBR-in ofisinin girişində
- Xaqani küçəsi 29, M. F. Axundov adına Dövlət Kitabxanası
- Məmməd Arif küçəsi 5, Beynəlxalq Ekoenergetika Akademiyası
- Hüseyn Cavid küçəsi 31, Azərbaycan Milli Elmlər Akademiyasının mərkəzi kitabxanası
- Azadlıq prospekti 20, Azərbaycan Dövlət Neft Akademiyasının kitabxanası
- Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, İlqar Abbasov adına Mədəniyyət Sarayı, Sahil İnformasiya Mərkəzi
- Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Səngəçal Mədəniyyət evi, Səngəçal İnformasiya Mərkəzi
- aradağ rayonu, Ümid qəsəbəsi, “Ümid İnsan İnkişafı və Davamlı Gəlir Yaradılması”, otaq 1, İctimai Bölmə, Ümid İnformasiya Mərkəzi
- Ağayev küçəsi 100, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Aarhus Ekoloji İnformasiya Mərkəzi

 

Sənədlə bağlı rəy və fikirlərinizi bildirmək üçün BP-nin ƏMSTQ üzrə əlaqələndiricisi Ayaz Həsənovla əlaqə saxlamağınız xahiş olunur.

 

E-mail: hasaaf@bp.com.

 

Bundan əlavə, BP Çıraq Neft Layihəsi üzrə təklif olunan ƏMSTQ sənəd layihəsini müzakirə etmək üçün ictimaiyyətlə açıq görüş də keçirəcək. 2009-cu il dekabr ayının 2-də Hyatt İclas və Konfrans Mərkəzinin Şuşa zalında saat 14:00-dan 17:30-dək (Bakixanov küçəsi, 1) olacaq bu tədbirə BP bütün maraqlanan tərəfləri dəvət edir. Görüşdə layihə və müzakirə olunan sənədlə bağlı təqdimatlar ediləcək və iştirakçıların rəy və təklifləri dinləniləcək.