1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Milli Məclis Şəfəq-Asiman hasilatın pay bölgüsü sazişini ratifikasiya etdi

Milli Məclis Şəfəq-Asiman hasilatın pay bölgüsü sazişini ratifikasiya etdi

Tarix:
6 May 2011

 

Azərbaycan Respublikasının Milli Məclisi Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında BP ilə ARDNŞ arasında imzalanmış yeni hasilatın pay bölgüsü sazişini (HPBS) mayın 6-da ratifikasiya etdi.

 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir demişdir: ”Çox məmnunuq ki, Şəfəq-Asiman sazişi Milli Məclisdə yekdilliklə ratifikasiya olundu. Bu, BP-nin bu ölkədəki uğurlu fəaliyyətinin qiymətləndirilməsinin və bizim Azərbaycana uzunmüddətli öhdəliyimizə olan inamın göstəricisidir. Biz Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ilə tərəfdaşlıqda işləyərək geoloji-kəşfiyyat və işlənmə sahəsindəki ikitərəfli əməkdaşlığımızı daha da genişləndirmək niyyətindəyik.”

 

Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi 2010-cu ilin oktyabrında Bakı şəhərində imzalanmışdı. HPBS-nin müddəti 30 ildir və sazişə əsasən BP Eksploreyşn (Azərbaycan) Limitid şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya və ARDNŞ isə qalan 50% paya malikdir.

 

Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir.

 

 

Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57