1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Ölkə üçün rəqəmsal texnologiyalar sahəsində işçi qüvvəsi yetişdirilir

Ölkə üçün rəqəmsal texnologiyalar sahəsində işçi qüvvəsi yetişdirilir

Tarix:
13 noyabr 2020

 

Ölkə üçün texnologiyalar sahəsində yeni nəsil mütəxəssislərin təlimi;
Yerli bazarda rəqəmsal texnologiyalar üzrə yüksək keyfiyyətli mütəxəssislərə olan tələbin qarşılanmasına yardım edəcək möhtəşəm təşəbbüs;
Rəqəmsallaşdırma və innovativ yanaşmalar vasitəsilə ictimai xidmətlərin effektivliyinin artırılmasına əhəmiyyətli töhfə.

 

Bu gün bp və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “PETRONAS”, “MOL”, “LUKOİL”, “NİCO”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “SGC”, “İTOCHU”, “ONGC”, “TOTAL”, “Eni” 200 nəfər Azərbaycan vətəndaşının təlimini Azərbaycan Beynəlxalq Bankı ilə birlikdə maliyyələşdirməklə IBA Tech Akademiyası təşəbbüsünə qoşulduqlarını bildirirlər. Layihə ölkədə rəqəmsal texnologiyalar üzrə yeni nəsil işçi qüvvəsinin təliminə dəstək vermək üçün nəzərdə tutulub və bp və tərəfdaşlarının Azərbaycanda ümumi bacarıqların inkişaf etdirilməsinə yardım etmək öhdəliyinin bir hissəsidir.
 
IBA Tech Akademiyası Azərbaycan Beynəlxalq Bankının (ABB) təşəbbüsü ilə həyata keçirilən təlim proqramıdır. Bu proqram iqtisadiyyatın bütün sektorlarında informasiya texnologiyaları (İT) səriştələrinin, ümumi texnoloji bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib. Layihənin məqsədi innovativ düşünəcək, gələcəyin texnologiyalarına doğru səyləri istiqamətləndirəcək və texnoloji sıçrayışlara töhfə verəcək yeni nəsil işçi qüvvəsi yetişdirməklə yerli İT bazarının inkişafına dəstək verməkdir.
 
Proqram sosial və iqtisadi inkişafın bütün sektorlarını təmsil edən təxminən 100 nəfər Azərbaycan vətəndaşına təlim verməyi nəzərdə tutmaqla ötən il fəaliyyətə başlayıb. bp və tərəfdaşlarının dəstəyi ilə bu il proqramdakı iştirakçıların sayı iki dəfə artacaq.

 

 

“İnanırıq ki, rəqəmsal texnologiyalar üzrə işçi qüvvəsi potansialının artırılması  ölkənin sosial və iqtisadi inkişafına birbaşa töhfədir. Biz bunu həmçinin ictimai xidmətlərin effektivliyinin təkmilləşdirilməsi səylərinə də əhəmiyyətli dəstək kimi görürük. Hazırkı çətinliklər və sürətlə baş verən dəyişikliklər fonunda dünyada yeni yaranan texnologiyaların öhdəsindən gələ biləcək texnologiya mütəxəssislərinə tələb artır. Biz ölkənin gələcək texnologiyalara rahat keçidinə töhfə verəcək, texnologiyalar baxımından səriştəli, bilikli və bacarıqlı yeni nəsil mütəxəssislərin yetişdirilməsinə dəstək verən Azərbaycan Beynəlxalq Bankının bu təşəbbüsünü alqışlayırıq."

 

Bəxtiyar Aslanbəyli
bp-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti


bp və tərəfdaşları 27 ildir ölkədə bacarıqların inkişaf etdirilməsi səylərinə dəstək verir və biz yüksək ixtisaslı Azərbaycanlı kadrların təhsilinə və inkişafına investisiya qoyuluşunu davam etdirəcəyik.”
 
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov: “Ötən il bankımız tərəfindən yaradılmış IBA Tech Akademiyası yerli əmək bazarında peşəkar İT mütəxəssislərinin sayını artırmaqla öz məqsədlərinə çatır. bp və tərəfdaşlarının bu proqrama maraq göstərməsi və onu dəstəkləməsi layihənin əhəmiyyətini bariz şəkildə göstərir və eləcə də bu, Akademiyanın gələcəyi üçün yeni perspektivlər açır. Tərəfdaşları ilə birgə çıxış edən bp şirkəti və Azərbaycan Beynəlxalq Bankı kimi iki böyük biznesin birgə səylərindən və əməkdaşlığından ən çox məhz xalqımız faydalanacaq.”
 
IBA Tech Akademiyası İT peşəkarlarının təlim mərkəzi olan «DAN IT education»  tərəfindən hazırlanmış metodologiyaya əsaslanır. Təhsil proqramı İsrailin İT mütəxəssisləri üçün təlim metodu (Telem) əsasında hazırlanıb. Hazırda Akademiya kodlaşdırmanın əsas sahələrini əhatə edən reallığı əks etdirən intensiv təlim proqramları üzrə təlim keçir.
 
Layihənin müddəti 12 aydır və dəyəri 400 000 AZN-dir. Bu məbləğin 200 000 AZN-i bp və tərəfdaşarı tərəfindən təmin olunacaq və qalan 200 000 AZN isə Azərbaycan Beynəlxalq Bankı tərəfindən maliyyələşdiriləcək.

 

Redaktorlar üçün qeydlər

 

Ötən 27 il ərzində bp və tərəfdaşları çox sayda iri sosial investisiya layihələrinə dəstək veriblər. Bu layihələrə təhsil və potensialın yaradılması proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturdan istifadə imkanının yaxşılaşdırılması, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsi, mədəni irs və idmanın inkişafına dəstək verilməsi və eləcə də hökumət qurumlarına texniki kömək göstərilməsi daxildir. 
 
2020-ci ilin ilk üç rübü ərzində bp və onun əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 2,6 milyon ABŞ dollarından çox vəsait xərcləyib. Bundan əlavə, ilk üç rüb ərzində  təkcə bp Azərbaycanda sponsorluq layihələrinə 1.1 milyon ABŞ dollarından çox vəsait xərcləyib. Ümumilikdə, bp və tərəfdaşları bu vaxtadək Azərbaycanda sosial inkişaf proqramları vasitəsilə təxminən 89 milyon ABŞ dolları sərmayə qoymuşdur.
 
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün Azərbaycanda bp şirkətinin www.bp.com/azerbaijan vebsaytına müraciət etmək olar.
 
Azərbaycan Beynəlxalq Bankı aktivlərinin həcminə, müştəri bazasına və beynəlxalq əməliyyat portfelinə görə Cənubi Qafqaz regionunun aparıcı banklarından biridir. Azərbaycanın müxtəlif regionlarını əhatə edən 30-dan çox filialı və təxminən 40  şöbəsi ilə bank fərdi və korporativ müştərilərə universal bank xidmətləri göstərir. Bankın xidmət etdiyi hüquqi şəxslərin sayı 17000-dən artıqdır, fiziki şəxslərin sayı isə 1.3 milyondan çoxdur. Bankda 1300-dən çox işçi işləyir.
 
İBA Tech Akademiyası barədə ətraflı məlumat almaq üçün www.ibatech.az vebsaytına daxil olmağınız xahiş olunur.

 

Əlavə məlumat üçün aşağıdakı şəxslərə müraciət edə bilərsiniz:


Tamam Bayatlı, bp-nin Bakı ofisindəki mətbuat xidməti,

telefon: (+994 12) 525 5895
Yadigar Cəfərov, ABB-nin mətbuat xidməti,

telefon: (+994 12) 4930091 (daxili - 1015