1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Prezident Əliyev BTC-nin baş icraçı direktorunu təltif etmişdir

Prezident Əliyev BTC-nin baş icraçı direktorunu təltif etmişdir

Tarix:
14 İyun 2006

 

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsinin baş icraçı direktoru Maykl Taunzend BTC neft ixracı kəməri layihəsinin uğurla həyata keçirilməsində xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri İlham Əliyev tərəfindən Azərbaycanın ən nüfuzlu dövlət mükafatlarından biri – “Şöhrət” ordeni ilə təltif olunmuşdur.


BP-nin Azərbaycandakı baş təmsilçi prezidenti Deyvid Vudvord deyir: “Bu dövlət təltifi Mayklın və onun rəhbərliyi ilə işləyən bütün BTC kollektivinin gördüyü möhtəşəm işə verilən qiymətdir. Biz, BP-də çalışanlar Mayklın bu yaxınlarda ilk tankerin Ceyhan limanından yüklənib yola salınması ilə nəticələnmiş BTC layihəsinə son beş il ərzində rəhbərliyinin ən yüksək səviyyədə qiymətləndirildiyini bu gün eşitməyimizdən çox məmnunuq və fürsətdən istifadə edərək Prezident Əliyevə BTC-nin baş icraçı direktorunu Azərbaycanın dövlət ordeni ilə təltif etdiyinə görə təşəkkür edirəm.”

 

İyunun 4-də ilk tankerin Ceyhandan yola salınması və BTC-nin uğurla tamamlanması Maykl Taunzendin həqiqətən dünya səviyyəli bir layihəni yüksək səviyyədə həyata keçirməsinin göstəricisidir və bununla da o, iyunun sonunda Azərbaycandan gedərək BP-də yeni bir vəzifə tutacaq.

 

BP həmçinin Maykl Taunshendi kimin əvəz edəcəyini də böyük məmnuniyyətlə elan edir – o, Rəşid Cavanşirdir. Bu yeni təyinat Rəşidi BP Azərbaycan şirkətinin yüksək rəhbərlik qrupunun üzvlərindən biri edir. O, şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə boyunca qurudakı birləşmiş neft və qaz qəbulu, texnoloji emalı və ixracı əməliyyatlarına rəhbərlik etməklə yanaşı, həm də BTC-nin baş icraçı direktoru vəzifəsini tutacaq.

 

Rəşid Cavanşir beynəlxalq aləmdə tanınmış bir alim və Azərbaycan Milli Elmlər Akademiyasının üzvüdür. 2003-cü ildən bəri Aberdində BP-nin Şimal dənizinin cənub hissəsindəki biznesinə rəhbərlik edən vitse-prezident kimi çalışdığı axırıncı vəzifəsi də daxil olmaqla son beş il ərzində BP-nin Böyük Britaniyadakı ofislərində yüksək vəzifələrdə çalışan Rəşid Cavanşir yenidən BP Azərbaycan şirkətinə qayıdır.


Cənab Vudvord deyir: “Rəşidin yenidən Bakıya qayıdıb mənim başçılıq etdiyim rəhbərlik qrupuna daxil olmasından çox məmnunam. Onun beynəlxalq təcrübəsi və yerli şəraiti yaxşı bilməsi ilə BP Azərbaycan şirkətinin həyata keçirdiyi əməliyyatlara rəhbərlik etməsi çox yaxşıdır. İnanırıq ki, bu əməliyyatlar Azərbaycanı bir daha dünya neft arenasına çıxaracaq, bu ölkəyə və onun xalqına bundan sonra neçə-neçə illər çox böyük mənfəətlər gətirəcəkdir.”

 

Maraqlananlar üçün fotoşəkillər var

 

 

Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57