Bu gün Səngəçalda yerləşən Xəzər Texniki Təlim Mərkəzi (XTTM) öz uğurlu fəaliyyətinin 10 illiyini qeyd edir. Bu mərkəz 2014-cü ilin may ayında BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları tərəfindən açılıb.
XTTM Xəzər regionunda BP-nin əməliyyatçısı olduğu bütün layihələrin texniki ixtisaslı işçi heyətinə olan tələbatını ödəmək üçün yaradılmış dünya səviyyəli texniki təlim mərkəzidir. On il ərzində bu mərkəz yüksək keyfiyyətli səriştə və qabiliyyətlərə əsaslanan və çox yüksək beynəlxalq standartlara cavab verən təlimlər keçirib. Bu təlim mərkəzi “City and Guilds”, “OPITO” və “JTL” tərəfindən beynəlxalq akkreditasiyadan keçib.
Mərkəz gündə 300 nəfərdən artıq texnik üçün peşəkar təlimlər keçirir. Bu, BP-nin operatoru olduğu layihələrdə istər quru, istərsə də dəniz əməliyyatlarında səriştəli yerli işçi qüvvəsi ilə bağlı qarşıya qoyduğu məqsədlərə uyğundur. Bu günədək XTTM 900-dən çox texnik haırlayıb ki, onların hamısı BP-nin operatoru olduğu regional obyektlərdə çalışırlar.
Bu gün Bakıda XTTM-in 10 illiyi münasibətilə təşkil edilmiş tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell dedi: “XTTM on il ərzində gündəlik əməliyyatlarımızı yüksək səviyyəli yerli texniklərlə təmin etmiş çox lazımlı bir təlim obyektidir. Bu texniklər bizim qurğularımızı təhlükəsiz və səmərəli idarə edirlər. Mərkəz həmçinin Azərbaycandakı əməliyyatlarımıza cəlb edilmiş işçi qüvvəsində milli kadrların artırılması ilə bağlı planlarımıza da əhəmiyyətli töhfə verib. Bu gün mən məmnuniyyətlə deyə bilərəm ki, sənayedəki yerli işçi qüvvəsinin bacarıqları ilə XTTM-də mövcud olan müasir təlim texnologiyasından istifadə etməklə keçirilən beynəlxalq təlim proqramının bir araya gətirilməsi çox uğurlu nəticələr verib – regiondakı əməliyyatlarımızda mühüm aparıcı qüvvə olan yüzlərlə yüksək ixtisaslı texnik hazırlanıb. Onlar müasir neft və qaz sənayesində tələb olunan əsas texniki ixtisas profilləri üzrə beynəlxalq standartlara uyğun təlim keçiblər. Mən əminəm ki, biz Azərbaycandakı əməliyyatlarımızı və layihələrimizi genişləndirdikcə, bu təlim mərkəzi də fəaliyyətini davam etdirəcək.”
XTTM-i BP şirkəti öz tərəfdaşları adından idarə edir. Təlim proqramı texniki təlimlərin keçirilməsi üzrə ixtisaslaşmış dünya miqyasında aparıcı şirkət olan “TTE-Petrofac” tərəfindən həyata keçirilir.
Mərkəzdə aşağıda sadalanmış unikal təlim qurğuları var:
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57