Bu gün Bakıda BP özünün Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından təmir edilmiş və modernləşdirilmiş Biznes Mərkəzini yenidən açdı.
Biznes Mərkəzi BP və onun tərəfdaşlarının Azərbaycandakı fəaliyyətlərində yerli ehtiyatlardan istifadəni maksimuma çatdırmaq üçün göstərdiyi səylərin mərkəzində dayanır. Bu, həm onların müqavilələrində iştirak edən şirkətlərin sayını artırmaqla, həm də yerli şirkətlərlə bağlanan müqavilələrin dəyərini artırmaq yolu ilə həyata keçiriləcəkdir. Bu məqsədə çatmaq üçün yeni Biznes Mərkəzi yerli müəssisələrə dəstək vermək və onları BP müqavilələrində iştirak etməyə sövq etmək məqsədi ilə ölkənin aparıcı şirkətləri, xarici sərmayəçilər və podratçılar, ticarət assosiasiyaları və digər qruplarla yaxından əməkdaşlıq edəcəkdir.
Biznes Mərkəzi BP və onun tərəfdaşları tərəfindən yerli kiçik və orta müəssisələrin (KOM) inkişafına kömək etmək məqsədi ilə ilk dəfə 2002-ci ilin may ayında təsis olunmuşdu. Öz yeni işində Biznes Mərkəzi beş il ərzində Azərbaycana məxsus şirkətlərə verilən müqavilələrin dəyərini ikiqat artırmaq kimi BP tərəfindən müəyyən edilmiş böyük bir məqsədə çatmağa yönəlmiş bütün təşəbbüslərə rəhbərlik edəcəkdir.
Qarşıya qoyulan bu vəzifənin öhdəsindən gəlmək üçün BP və onun tərəfdaşları təchizat şəbəkəsindən istifadə etmək potensialı olan yerli şirkətlərə şəffaf kapital mənbələri təmin etmək üçün planlar və yerli şirkətlərin əlavə bacarıq və biliklər qazanmasına kömək məqsədilə güclü sahibkarlığın inkişafı proqramını həyata keçirəcəkdir. Bu planların hamısı həmçinin Azərbaycanın hər yerində qeyri-neft sektorunu təşviq etmək və sahibkarlığın inkişafını dəstəkləmək üçün tərtib olunmuşdur.
BP-nin Azərbaycandakı təmsilçi prezidenti Deyvid Vudvord dedi: “Bu mərkəz təsis olunandan indiyədək BP və onun tərəfdaşları ölkənin uzunmüddətli iqtisadi sabitliyini gücləndirərməklə Azərbaycan iqtisadiyyatının qabaqlayıcı inkişafına əsaslı töhfələr vermişdir. Yerli müəssisələrin inkişafı diqqət mərkəzində saxlanılmaqla, biz KOM-lərə həmişə olduğundan daha böyük əhəmiyyət veririk. Bu il biz 300-dən çox KOM, dövlətə məxsus 50 şirkət və Azərbaycandan olan tərəfdaşların daxil olduğu 30-dan çox birgə müəssisə vasitəsi ilə 1.6 milyard vəsait xərcləməyi nəzərdə tuturuq.
Gələn bir neçə il ərzində AÇG yataqlarının neft ixracatını gündə bir milyon bareldən çox artmasına gətirib çıxaran işlənməsi və növbəti bir neçə il ərzində Şahdəniz yatağından qaz hasilatının ildə 8 milyard kub metrdən artıq olması ilə bizim biznes genişlənməkdə davam edəcəkdir. Həyata keçirdiyimiz biznesin belə bir miqyası şəraitində, biz texniki xidmət, sahə mühəndisliyi, maddi-texniki təchizat və bir çox digər sahələrdə yerli şirkətlərə mühüm biznes imkanları təklif etməkdə davam edəcəyik. Ümidvarıq ki, çoxları bizim təklif etdiyimiz imkanlardan böyük həvəslə istifadə edəcək və bununla da elə güclü, hərtərəfli və şəffaf bir sahibkarlıq mədəniyyəti yaradacaqlar ki, onunla uğurlu bir iqtisadiyyat çiçəklənsin.
Maraqlananlar üçün fotoşəkillər də var.
Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları bunlardır: BP (operator – 34,1%), Şevron (10,2%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İtoçu (3,9%), Hess (2,7%).
BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5%); Total (5%), İtoçu (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Hess (2,36%) şirkətləridir.
Şahdəniz Hasilatın Pay Bölgüsü Sazişinin tərəfləri: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKoyl (10%), NİKO (10%), Total (10%) və TPAO (9%) şirkətləridir.
CQBK Ko-nun maliyyə səhmdarları: BP (texniki operator – 25.5%), Statoyl (kommersiya operatoru - 25.5%), ARDNŞ (10%), LUKoyl(10%), NİKO (10%), Total (10%) və TPAO (9%) şirkətləridir.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57