BP öz layihə tərəfdaşları adından Azərbaycanın yerli neft və qaz sənayesi təchizatçıları və xidmət müəssisələrinə daha geniş maliyyə imkanı yaradacaq yeni bir mühüm təşəbbüsün ilk mərhələsinə başlamışdır.
AzMETKO – yerli “Kompleks Sazlama və Avtomatlaşdırma” səhmdar şirkəti BP-nin öz tərəfdaşları adından və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) birgə yaratdıqları Təchizatçı Müəssisələri Maliyyələşdirmə Qurumu adlandırılan yeni pilot layihə çərçivəsində kredit alan ilk müəssisədir.
AzMETKO 1998-ci ildən bəri əməliyyatçı şirkətlə bağladığı bir müqaviləyə əsasən Şimal Marşrutu və Qərb Marşrutu neft ixrac boru kəmərələri boyunca Səngəçal və Supsa terminallarında, Sumqayıt, Siyəzən, Şirvanovka neftötürmə və nəzarət məntəqələrində ölçmə avadanlığı üçün metroloji əminliyi təmin edir. Bundan əlavə, keçən ilin dekabr ayında BP AzMETKO ilə Şimal İxrac Boru Kəməri, Qərb İxrac Boru Kəməri, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri boyunca nəzarət-ölçü cihazlarının kalibrləşdirilməsi xidmətlərinin təmin olunması üçün dördillik yeni bir müqavilə bağlamışdır.
Təchizatçı Müəssisələri Maliyyələşdirmə Qurumu (TMQ) birgə kredit qurumudur. Onun məqsədi BP və tərəfdaşlarının, BMK-nin və BMK tərəfindən seçilmiş yerli bir maliyyə institutunun təmin etdiyi vəsaitlərlə Azərbaycanın yerli neft və qaz sənayesi təchizatçıları və xidmət müəssisələrinin inkişafına kömək etməkdir.
Layihə BP və tərəfdaşlarının yerli şirkətlər vasitəsilə xərclədiyi vəsaitlərin ümumi məbləğini 2010-cu ilə qədər ikiqat artıraraq hər il 500 milyon dollardan yuxarı səviyyəyə çatdırmaq planına uyğundur.
TMQ bir neçə mərhələ üzrə yerinə yetirilmək üçün tərtib olunub. Layihənin kredit komponenetinin ilk mərhələsi bir pilot proqram kimi artıq başlanmışdır və BMK tərəfindən idarə olunacaq.
Bu pilot layihə BMK-nın Azərbaycan Mikromaliyyələşdirmə Bankı ilə ayrıca bağladığı bir qrant sazişi vasitəsilə həyata keçirilir və onun kredit kapitalının ümumi məbləği 316.000 dollardır. Bu pilot layihə BP və tərəfdaşlarının Azərbaycanda seçilmiş üçədək yerli təchizatçı müəssisəsinə kreditlər təmin edəcək. Bu sazişə əsasən BP öz tərəfdaşları adından 140.000 dollar, BMK 140.000 dollar (bunun 20.000 dolları bu pilot mərhələnin texniki işlənilməsi və qiymətləndirilməsi üçündür) təmin edəcək və qalan 56.000 dollar sərmayəni Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) qoyacaq.
TMQ krediti almaq hüququ olan yerli şirkətlər BP-nin və onun tərəftaşdaşlarının Bakıdakı Biznes İnkişaf Mərkəzi tərəfindən müsabiqə əsasında ilkin seçmə mərhələsindən, sonra isə AMMB-nın kredit qiymətləndirməsindən keçəcək və sonda hər üç iştirakçı tərəfin nümayəndələrindən ibarət TMQ Kredit Komitəsi tərəfindən seçilmiş müəssisələr kimi təsdiqlənəcək.
TMQ-nin ikinci mərhələsi miqyasına görə daha böyük olacaq və təsdiq olunduqdan sonra bizə imkan verəcəkdir ki, müəyyənləşdirilmiş meyarlara cavab verən daha çox yerli şirkətlərə 2006-cı ilin sonunadək növbəti kreditlərin verilməsinə başlayaq.
Redaktorlar üçün qeydlər:
BP öz tərəfdaşları ilə birlikdə bu regionda dünya səviyyəli neft-qaz işlənməsi və ixrac layihələrini həyata keçirir. Bu layihələr Azərbaycan, Gürcüstan və Türkiyə xalqları üçün müsbət dəyişikliklər yaratmağa böyük imkanlar açır. Buna nail olmaq üçün göstərdikləri səylərin bir hissəsi olaraq BP və tərəfdaşları öz qarşılarına Azərbaycanın yerli şirkətləri vasitəsilə həyata keçirilən müqavilələrin dəyərini beş il ərzində ikiqat artırmaq kimi böyük bir məqsəd qoymuşdur. BP-nin və tərəfdaşlarının məqsədi 2010-cu ilə qədər hər il yerli şirkətlər vasitəsilə xərclənən vəsaiti 500 milyon dollardan yuxarı bir məbləğə çatdırmaqla kiçik və orta müəssisələr, eləcə də yerli birgə müəssisələr vasitəsilə ildə əlavə 250 milyon dollar xərcləməkdir. Azərbaycan, Gürcüstan və Türkiyədə sahibkarlığın inkişafını həvəsləndirmək məqsədi daşıyan bu plan həmin ölkələrin öz iqtisadiyyatlarının çoxsahəliliyini genişləndirmələrinə, eləcə də yerli biznes fəaliyyətlərinin dəstəklənməsində yenilikçi və şəffaf təcrübələr yaradılmasına kömək edəcək.
Bundan əlavə, BP və tərəfdaşları regional inkişaf və ictimai layihələr üzrə ildə təxminən 20 milyon dollar vəsait xərcləyəcək.
2006-cı ildə Azərbaycanda bu regional inkişaf və ictimai proqramlar üç əsas sahəyə yönəldiləcək:
Regional inkişaf və ictimai proqramlarımız vasitəsilə biz yerli və mərkəzi hakimiyyət, qeyri-hökumət təşkilatları, özəl sektor və digər maraqlı tərəflərlə əməkdaşlıqda yerli ictimaiyyətlə birgə işləməkdə davam edəcəyik ki, özümüzün və tərəfdaşlarımızın qoyduğumuz uzunmüddətli, davamlı sərmayələrdən hamının bəhrələnməsini təmin etməyə kömək göstərək.
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57