2 aprel, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2007-ci ildə qəbul etdiyi qətnamə ilə beynəlxalq səviyyədə tanınan Ümumdünya Autizm haqqında Məlumatlandırma Günüdür. Həmin gün, Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərə bütün dünyadaAutistik Spektr Pozuntusu (ASP) olan insanlar haqqında məlumatlılığı artırmaq tövsiyə olunur.
Ötən 26 il ərzində BP şirkəti və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və CənubiQafqaz Boru Kəməri layihələri üzrə tərəfdaşları ölkədə bir sıra irimiqyaslı sosial sərmayə layihələrinə dəstək vermişdir. "Austistik Spektr Pozuntusu olan insanlar üçün imkanların yaradılması" layihəsi də onlardan biridir.
2019-cu ildə tərəfdaşlarımızla birlikdə biz "Austistik Spektr Pozuntusu olan insanlar üçün imkanların yaradılması" adlı sosial sərmayə layihəsini müvəffəqiyyətlə başa çatdırmışıq. Autistik Spektr Pozuntusu (ASP) özünü tez-tez problemli davranışlarda biruzə verən bir sıra inkişaf pozuntularına verilən addır. Bu cür pozuntular bir qayda olaraq ünsiyyət qurmaq, özünü ifadə etmək, başqaları ilə qarşılıqlı əlaqə yaratmaqda çətinlik və məhdud maraq və /və ya fəaliyyət göstərməklə xarakterizə olunur. Həmin xüsusiyyətlərin nəticəsi olaraq, autizmli insanlar adətən təhsil, sosial və iş şəraitindən və imkanlarından təcrid olunurlar. Beynəlxalq statistikaya əsasən, bu gün 68 uşaqdan təxminən 1-nə ASP diaqnozu qoyulur;lakin, eyni xüsusiyyətlər autizmli insanların hamısında müşahidə olunmur. Üstəlik, autizm xəstəliyi olan insanların əksəriyyəti ASP olmayan insanlar ilə müqayisədə fərqli görünmür.
Sözügedən layihə, autistik pozuntuları olan insanların cəmiyyətə inteqrasiyasına kömək etmək və cəmiyyətdə inklüziv düşüncə tərzini inkişaf etdirmək üçün beynəlxalq səviyyədə tətbiq olunan sistematik rəsmi proqramlardan birini Azərbaycana gətirmək məqsədidaşıyırdı.
Həyata keçirilmiş layihə nəticəsində əldə olunmuş əsas nailiyyətləri aşağıda qeyd etmək istərdik:
Sözügedən layihə, Autistik Spektr Pozuntusu olan insanlara cəmiyyətə inteqrasiya etməyə, ümumi təhsilə uyğunlaşmağa, peşəkar iş mühitində iştirak etməyə və ailə həyatına hazırlaşmağa çox kömək etmişdir.
BP və onun tərəfdaşları əlilliyi və xüsusi ehtiyacları olan insanların inkişafına investisiya yatırmaqda qərarlıdırlar. Hesab edirik ki, Autistik Spektr Pozuntusu və digər inkişaf pozuntuları olanlar üçün mümkün olan ən yaxşı şəraitin, beləliklə də hamı üçün ədalətli və dayanıqlı bir gələcəyə öz töhfələrini vermələri üçün onlara imkan yaradılması istiqamətində səylərin birləşdirilməsi çox vacibdir.