1. Əsas səhifə
  2. Biz kimik
  3. Əməliyyatlar və layihələr
  4. Terminallar
  5. Supsa terminalı

Supsa terminalı

 

Bu terminal Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunan xam nefti saxlamağa imkan verir

Qara dənizin Gürcüstan sahilində, Lançxuti rayonunda yerləşən Supsa terminalı Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə nəql olunan xam nefti dənizdəki yükləmə qurğuları vasitəsilə neft tankerlərinə yüklənməzdən əvvəl saxlamağa imkan verir. Daha sonra xam neft tankerlər vasitəsilə Bosfor boğazından keçərək dünya bazarlarına çatdırılır. Terminal Gürcüstan iqtisadiyyatının mühüm əhəmiyyət kəsb edən bir elementidir.


Stansiya girişi QİBK-də hər hansı buxar sızmasının qarşını almaq məqsədilə münasib təzyiq saxlamaq üçün, həmçinin terminalın borular sistemini qorumaq üçün təzyiq tənzimləmə klapanından ibarətdir.


Xam neft kommersiya uçotu qovşağından keçərək hər birinin tutumu təxminən 40 000 ton olan xam neft saxlama çənlərinə ötürülür. Supsa terminalında həmçinin xam neftin qəbulu və ixracı obyektlərini idarə etmək üçün mərkəzi dispetçer otağı yerləşir.

Supsa terminalı

Supsa terminalı

İxrac yükləmə sistemi dizel ilə işləyən üç yükləmə nasosundan ibarətdir. Onlar xam nefti saxlama çənlərindən çəkir və ixrac sisteminin kommersiya uçotu qovşağına ötürür.


Uzunluğu 5,6 km olan 36 düymlük boru kəməri terminaldan dənizə qədər davam edir və PLEM (boru kəməri sonundakı manifold) dəsti ilə qurtarır.

16 düymlük elastik şlanqlar PLEM manifoldunu lövbər tipli yanalma buyuna (CALM) birləşdirir, xam nefti tankerlərə ötürmək üçün isə 20 düymlük üzən şlanqlardan istifadə olunur.


Boru kəmərini Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və onun səhmdarları adından Gürcüstan Boru Kəməri şirkəti istismar edir.

Supsa Terminalı 100% milliləşdirilib.


O, 1999-cu ilin yanvarından istismardadır, ilk tanker isə 1999-cu ilin aprelində yüklənib.