1. Əsas səhifə
  2. Karyera
  3. Tələbə və məzunlar
  4. İlkin məşğulluq proqramları

İlkin məşğulluq proqramları

Hər il bp ilkin məşğulluq proqramları vasitəsilə yeni nəsil uğurlu gənclərə qapılarını açır.
İlkin məşğulluq proqramlarımızda iştirak edənlər bp-nin ən parlaq zəkalarından onların qlobal şirkətdə lider kimi təcrübələri barədə öyrənmək imkanı əldə edəcəklər, hazırkı məzunlarla interaktiv sessiyalarda iştirak edəcək və sənayemizdə təcrübə və karyera imkanlarına dair məlumat əldə edəcəklər.

bp-ni kəşf et həftəsi

2027-ci ildə(sonuncu ildən əvvəlki tədris ilində təhsil alan) məzun olacaq tələbələri üçün açıqdır. Kəşf həftəsi proqramımız enerji sənayesindəki imkanlar haqqında məlumat verir və seçdiyiniz bir sahəni araşdırmağınıza şərait yaradır

 

Bu bir həftəlik proqram zamanı bp-nin daxili iş etikası barədə məlumat əldə edəcəksiniz, liderlərimizdən fikirlərini dinləyəcək və gələcək karyeranızı bp-də necə qura biləcəyinizi öyrənəcəksiniz.   

 

Kimlər müraciət edə bilər

 

2027-ci ildə məzun olmağa hazırlaşan, Azərbaycan vətəndaşı olan bütün tələbələr.

 

Geologiya, geofizika, petrofizika və müxtəlif mühəndislik ixtisasları (mexanika, elektrik, fırlanan avadanlıqlar) üzrə təhsil alanlar.

 

Kəşf həftəsində siz:

  • Texniki mütəxəssislərimiz tərəfindən keçirilən seminarlarla iştirak edəcək
  • Yeni bacarıqlar qazanmaq üçün texniki ixtisas nümayəndələrimizi müşahidə edəcək
  • İnteraktiv təqdimatlar və müzakirələr vasitəsilə bp-də həyatı dərindən tanıyacaqsınız
  • Növbəti il bp-nin təcrübə proqramında "Hirevue" mərhələsinə sürətli keçid imkanı əldə edəcəksiniz (tələbat və uyğunluq şərtlərinə əsasən)  

 

Karyeranıza bp-də başlayın   

 

Kəşf həftəsi iştirakçısı olun və uğur yolunuzu sürətləndirin. Bu fürsəti qaçırmayın və bp-də 2026-cı il üçün təcrübə proqramını əldə etmək şansını qazanın. 

 

Müraciətlərin qəbulu 10 oktyabr 2024-cü il tarixindən 2 dekabr 2024-cü il tarixinədək davam edəcək.

Gələcəyin Qadın İstedadları Təqaüd Proqramı

Enerji problemlərini həll etmək üçün müxtəlif yanaşmalar və həllər tələb olunur. Uğur qazanmaq üçün sənayemizin növbəti nəsil yenilikçilərini ilhamlandırmaq və dəstəkləmək lazımdır. Bu, bizim "Gələcəyin İstedadı Təqaüd" proqramımızın əsas məqsədidir.

 

2027-ci ildə(sonuncu ildən əvvəlki tədris ilində təhsil alan) məzun olacaq, qadın tələbələr üçün açıq olan təqaüd proqramımız enerji sənayesi ilə tanış olmaq üçün maraqlı bir fürsətdir. Bu təqaüd bakalavr təhsilinizdə irəliləmənizi dəstəkləyəcək və eyni zamanda biznesimiz və sənayenin təqdim etdiyi bütün imkanlara dair məlumatınızı artıracaq. Bundan əlavə, gələcəkdə təcrübə proqramlarımıza müraciət edərkən sizə kömək edəcək bacarıq və biliklər əldə edəcəksiniz.

 

Kimlər müraciət edə bilər

 

2027-ci ildə məzun olmağa hazırlaşan, Azərbaycan vətəndaşı olan geologiya, geofizika, petrofizika, neft və yataqların işlənməsi mühəndisliyi, qazma mühəndisliyi və müxtəlif mühəndislik ixtisasları (sənaye, layihə, mexanika, kimya, avtomatlaşdırma, elektrik, inşaat, sualtı və boru kəməri) üzrə təhsil alan qadın tələbələr.

 

Təqaüd proqramımızda siz:

  • bp haqqında məlumat alacaqsınız
  • Strategiyamız və 2050 hədəflərimizlə tanış olacaqsınız
  • Bizimlə yolunuza başlamaq üçün eksklüziv tədbirlərdə iştirak edəcəksiniz
  • Bizim biznesimizdə müxtəlif karyera imkanları barədə məlumat əldə edəcəksiniz
  • Qrup tapşırığı üzərində həmkarlarınızla birlikdə çalışacaqsınız
  • Gələcək təcrübə proqramlarına hazırlaşmaq üçün bacarıq və biliklər əldə edəcəksiniz
  • Şirkət tərəfindən bakalavr təhsilinizə dəstək əldə etmək üçün namizəd ola biləcəksiniz 

Gələcək qadın istedadlarımızın siyahısına daxil olmaq sizi texniki müsahibə mərhələsinə sürətli keçid imkanıyla təmin edəcək – bu sizi bp-də təcrübə proqramına bir addım daha yaxınlaşdıracaq. İlk addımı atın və müraciət edin.  

 

Bu proqram üçün müraciətlər tezliklə açılacaq!

Məsləhətlər və tövsiyələr