1. Əsas səhifə
  2. Karyera
  3. Tələbə və məzunlar
  4. Seçim prosesi

Seçim prosesi

Təcrübə və məzun proqramlarında iştirak, seçim prosesi, ərizənin doldurulması, imtahanla bağlı suallarınıza cavab tapmaq istəyirsiniz? Elə isə, bu bolmədəki məlumatlar və faydalı məsləhətlər ilə tanış olun

Birinci mərhələdən uğurla keçən namizədlər ingilis dili və bacarıq testlərinə dəvət olunur.

 

İngilis dili üzrə test nümunəsi

 

İngilis dili qiymətləndirməsindən keçən namizədlər onlayn situasiya testləri anketini doldurmaq üçün dəvət alacaqlar.

 

 

 

 

İkinci mərhələdən uğurla keçən namizədlərin nəzəri bilikləri və davranışları müsahibə zamanı dəyərləndirilir.
Seçimin nəticəsi təcrübəçilərə iyun, məzunlara isə iyul ayının əvvəlində bildirilir.
  • Hazırlaşmadan müsahibəyə gəlməyin
  • Müsahibəyə gecikməyin
  • Ofisin geyim kodeksinə riayət edin
  • Özünüz, təhsiliniz və iş təcrübəniz haqqında hər hansı yanlış/həqiqətə uyğun olmayan məlumat verməyin
  • Əvvəlki iş təcrübəniz (əgər varsa) haqqında pis danışmayın
  • Müsahibə ərzində təhqiramiz və münasib olmayan zarafatlar/şərhlər qəbuledilməzdir
  • Mobil telefonlarınızı səssiz rejimə keçirin
  • Müsahibə götürənlərlə göz əlaqənizi saxlamağa çalışın
  • Bu işə uyğun niyə ən yaxşı namizəd olduğunuz haqqında düşünün
  • İddialı, özünə inamlı və əmin olun
  • Qısa və aydın danışın, söhbəti uzatmayın, nümunələr verin
  • Hə/yox tipli cavablar verməyin
  • Saqqız çeynəməyin.
  • Müsahibədə uğur qazanmaq üçün əvvəlcədən hazırlaşmaq lazımdır
  • Müsahibədən qabaq şirkət haqqında məlumat toplayın. Veb saytlara baxın, neft-qaz sənayəsi və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionundakı
  • fəaliyyəti haqqında daha çox öyrənin
  • Müsahibə öz bilik, bacarıq və münasibətinizi göstərmək üçün əla imkandır. Müsahibə gələcəkdə bir yerdə işləyə biləcəyiniz insanlarla üzbəüz ünsiyyət qurmaq üçün imkan yaradır – odur ki, özünüz olun.
  • Təcrübə və bacarıqlarınız haqqında aydın və həvəslə danışın, uğurlarınızı və unikallığınızı vurğulayan dəqiq nümunələr göstərin
  • Qısa fasilələrdən qorxmayın – cavabınızı formalaşdırmaq üçün bir az vaxta ehtiyacınız ola bilər
  • Soruşulan suala cavab verin – verilən sualı tam başa düşün və aydın olmadıqda, yenidən dəqiqləşdirin
  • Suallar verin – verdiyiniz suallar şirkətə və ya işə olan marağınızı göstərir. İstənilən sualı verin, amma çalışın, suallarınızı müsahibənin sonuna saxlayasınız.

  • Texniki müsahibə - təməl biliklərin əsl həyat hadisələrinə tətbiqi haqqında müzakirədir
  • Müraciət etdiyiniz ixtisasla bağlı spesifik problem və ya situasiyanı həll etməkdə öz yanaşmanızı göstərməyinizi tələb edən işlə bağlı sual, problem və ya ssenarilər təqdim ediləcəkdir
  • Universitet ərzində keçdiyiniz dərslərin siyahısı soruşulan sualları seçməyə kömək edəcəkdir
  • Müsahibə ərzində diqqət yetiriləcəkdir: Texniki biliklərinizin sübutu; Fizika, kimya, riyaziyyat və digər aidiyyatı elm/fənnlər barəsində biliyinizin dərinliyi;
  • Təməl mühəndislik prinsipləri haqqında anlayış; Bu biliyi real həyat/praktiki ssenarilərə tətbiq