1. Əsas səhifə
  2. Biz kimik
  3. bp barədə qısa icmal
  4. Davamlılıq

Davamlılıq

Biz davamlı inkişafı biznes fəaliyyətimizin icrası üsuluna tətbiq edir və strategiyamız boyu onu təmin edirik. Bizim davamlı inkişaf barədə prinsipimizdə məqsədlərimiz belə müəyyən edilir: sıfır karbon emissiyasına nail olmaq, insanların həyat keyfiyyətini yaxşılaşdırmaq  və planetimizin qayğısına qalmaq  
E m b e d d i n g i n t o o u r D N A E n g a g i n g s t a k e h o l d e r s I m p ro v e p e op l e ' s l i v e s G e t t o n e t z e ro C a r e f o r o u r p l a n e t Our beliefs and foundations
Məqsədimiz insanlar və planetimiz üçün enerjinin imicini yenidən formalaşdırmaqdır. Bizim davamlı inkişaf barədə prinsipimiz məqsədimizi fəaliyyətə çevirir və ümumiləşmiş enerji şirkətinə çevrilmə strategiyamızın əsasını qoyur. Bu bp, maraqlı tərəflərimiz və ictimaiyyət üçün ən böyük fərq yarada biləcəyimizə inandığımız sahələrdə məqsədlərimizi müəyyən edir. 


Məqsədlərimiz və hədəflərimiz

Diqqət mərkəzində saxladığımız sahələrdən hər biri üçün məqsədləri müəyyən etmişik:

  • 2050-ci ilədək və ya daha tez müddətdə bp-nin sıfır karbon emissiyasına nail olmasının təmin edilməsi və dünyanın  sıfır karbon emissiyasına nail olmasına yardım edilməsi üçün 10 məqsəd
  • Insanların həyat şəraitinin yaxşılaşdırılması üçün beş məqsəd
  • planetimizin qayğısına qalmaq üçün beş məqsəd 
Xalis
sıfır hədəfinə çatmaq



Hədəfimiz 2050-ci ilədək və ya daha tez müddətdə sıfır karbon emissiyasına nail olmuş şirkətə çevrilmək və dünyanın sıfır karbon emissiyasına nail olmasına yardım etməkdir. Biz əməliyyatlarımız, hasilatımız və satışlarımız boyu sıfır karbon emissiyasına nail olmağı qarşımıza məqsəd qoymuşuq. 

Hədəfimiz 10 məqsəd ilə dəstəklənir: bunlardan beşi sıfır karbon emissiyasına nail olmuş şirkətə çevrilməyimizə, digər beşi isə dünyanın sıfır karbon emissiyasına nail olmasına xidmət edir  

Bizim insanlar ilə bağlı qarşımıza qoyduğumuz beş məqsəd onların həyat şəraitinin yaxşılaşdırılması üçün gördüyümüz tədbirlərin hədəf və strukturunu təmin edir. Onlar sosial təsirin və riskin idarə olunması ilə əlaqədar irəli sürdüyümüz möhkəm tələblərə və əməliyyatı idarəetmə sistemimizdə rəhbər götürdüyümüz prinsiplərə əsaslanır. 
İnsanların həyatını yaxşılaşdırmaq
 Planetimizin qayğısına qalmaq     

Bizim davamlı inkişaf barədə prinsipimizə fəaliyyət göstərdiyimiz mühitdə müsbət dəyişikliyin yaradılmasının diqqət mərkəzində saxlanması daxildir. Bizim planet ilə əlaqədar qarşımıza qoyduğumuz beş məqsəd biomüxtəlifliyi, su ehtiyatlarının idarə edilməsini, təbiət əsaslı həll variantlarını, o cümlədən, karbon emissiyalarını azaldan və ya aradan qaldıran variantları, dövriliyi və davamlı satınalma prosesini əhatə edir.