bp Azərbaycanda bir sıra hüquqi şəxslərin qismində fəaliyyət gostərir və bu da onun 1992-ci ildə Bakıda ilk ofisini acmasından bəri ölkədə və regionda kecdiyi təkamülü əks etdirir.
Əsas hüquqi şəxs BP Eksploreyşn (Kaspian Si) Limited (“BP Exploration(Caspian Sea) Limited”) şirkətidir.
bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu regional prezident tərəfindən idarə olunur və onun rəhbərlik komandasına 12 vitse-prezident daxildir.
BP Eksploreyşn (Kaspian Si) Limited şirkətinin Azərbaycandakı ofisinin qeydiyyatdan kecirilmiş ünvanı: Neftçilər prospekti 153, Nəsimi rayonu, Bakı, AZ1010.
Telefon: +994 (0)12 525 60 00
NƏQLETMƏ: Səngəçal terminalı – Bakı şəhərinin cənubunda yerləşən neft və qaz emalı terminalı.
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri – Səngəçal terminalını Turkiyənin Ceyhan dəniz terminalı ilə birləşdirən 1 768 km uzunluğunda (443 km Azərbaycanda) boru kəməri.
Cənubi Qafqaz Boru Kəməri (CQBK) – Səngəçal terminalı ilə Gürcüstan-Turkiyə sərhədi arasında 691 km uzunluğunda (443 km Azərbaycanda) qaz boru kəməri.
Qərb İxrac Boru Kəməri (QİBK) – Səngəçal terminalını Gürcüstanın Qara dəniz sahilindəki Supsa limanı ilə birləşdirən 829 km uzunluğunda (456 km Azərbaycanda) boru kəməri.
GÜNDƏLİK ÖTÜRMƏ QABİLİYYƏTİ: BTC - 1,2 milyon barel; CQBK - 72,2 milyon kubmetr qaz; QİBK - 106 min barel; Səngəçal terminalının texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və kondensat, qaz emalı və ixracı gücü təqribən 100 milyon standart kubmetr və xam neft saxlama həcmi 3,2 milyon barel (450,000 ton) təşkil edir.
2024-cü ilin birinci yarısında AÇG-dən ümumi hasilat gündə orta hesabla 336 000 barel və ya ümumilikdə təxminən 61 milyon barel, yəni 8 milyon ton olub.
Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 14 milyard standart kubmetr qaz və 2 milyon tondan çox (təqribən 18 milyon barel) kondensat hasil edilmişdir.
bp ilk dəfə 1992-ci ilin iyun ayında Azərbaycana gələrək Bakıda öz ilk ofisini açıb. Ötən illər ərzində Azərbaycan Hökuməti və tərəfdaşlarımız ilə olan tərəfdaşlıq çərçivəsində bp-nin əməliyyatçısı olduğu dünya səviyyəli layihələr (Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz və Bakı-Tbilisi-Ceyhan (BTC) Xəzər dənizini müasir karbohidrogen bölgəsinə çevrilməklə onun inkişafına töhfə vermişdir. Bu illər təhlükəsiz, məsuliyyətli və səmərəli əməliyyatlar əsasında bir çox əhəmiyyətli və özünəməxsus əlamətdar hadisələrlə müşayiət olunmuşdur. Yuxarıda qeyd edilən layihələrin operatoru olaraq biz və eləcə də tərəfdaşlarımız uzun illik fəaliyyət müddəti boyunca ötən aylar və illərin çoxsaylı böyük nailiyyətləri və uğurları ilə qürur duyur.
Bütün bu uğurlar bizim burada qurduğumuz mükəmməl tərəfdaşlıqdan və ölkə qarşısında etibarlı tərəfdaş kimi götürdüyümüz uzunmüddətli öhdəlikdən irəli gəlir.
Biz regiondakı fəaliyyətimizlə qürur duyuruq və uzunmüddətli etibarlı tərəfdaş kimi AÇG, Şahdəniz Mərhələ 1 və Mərhələ 2, yeni işlənmə və kəşfiyyat layihələrin əməliyyatçılığını təhlükəsiz və səmərəli şəkildə davam etdirəcəyik və yerli işçi qüvvəsi üçün yeni iş yerləri açacağıq və sosial inkişaf üçün yeni imkanlar yaradacağıq.
Biz ölkənin dünyanın böyük enerji təchizatçılarından biri kimi öz rolunu qoruyub saxlamasına və Avropa ilə daha səmərəli enerji əlaqələri qurmasına yardım etməklə Azərbaycanın gələcək inkişafına töhfə vermək öhdəliyimizə sadiq qalırıq.
Şahdəniz qaz-kondensat yatağı 1999-cu ildə kəşf edilmişdir. Biz bu hövzədə yeni layihələri – AÇG yatağının sonrakı mərhələdə işlənməsi, AYDH, Şəfəq-Asiman, D230 və digər potensial layihələri uğurla həyata keçirmək üçün bu unikal təcrübə və biliklərə söykənəcəyik.
Xəzərdə qazandığımız 30 illik uğurlu iş təcrübəmizlə biz bu dünya səviyyəli layihələri təhlükəsiz, etibarlı və səmərəli şəkildə həyata keçirə biləcək aparıcı operatoruq.
Fəaliyyətimizin miqyası:
Xəzər dənizində biz iki nəhəng yatağın – Azəri-Çıraq-Günəşli (AÇG) neft və Şahdəniz (ŞD) qaz yataqlarının əməliyyatçısıyıq. Bu yataqlar böyük ixrac sistemi vasitəsilə birbaşa olaraq yerli və beynəlxalq bazarlar ilə birləşdirilib. Bu cür ixrac sisteminə dünyada quruda yerləşən ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalı ilə birləşdirilmiş mürəkkəb sualtı boru kəməri infrastrukturu, Qara dənizdə və Aralıq dənizində dəniz ixrac sistemlərinə qoşulmuş, ümumilikdə 3300km uzunluğa malik üç ixrac boru kəməri daxildir. Təhlükəsiz və etibarlı operator kimi, biz beynəlxalq enerji standartlarına cavab verən layihələrə investisiya yatırmağa davam edəcəyik və Xəzər regionuna sənayedəki ən mürəkkəb və qabaqcıl texnologiya və ekspertizanı gətirəcəyik.