Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezident
Qəri 40 ilə yaxın iş təcrübəsi olan özünü təsdiq etmiş biznes rəhbəridir. O, bp-də öz karyerasına 1981-ci ildə başlamış və qazma, əməliyyatlar və layihələr üzrə bir çox rəhbər vəzifələrdə işləmişdir. Buraya bp-nin İraqdakı əməliyyatlarına Rumeyla yatağı üzrə baş icraçı menecer/əməliyyatlar üzrə vitse-prezident kimi başçılıq etmək, Rusiyada Verxneçonskoye yatağı üzrə layihə direktoru/prezident kimi əsas rəhbər vəzifə və bp-nin Şimal dənizindəki bizneslərində bir çox yüksək rəhbər vəzifələr daxildir.
Qərinin əməliyyatlar və texnologiyaların tətbiqi və milli neft şirkətləri ilə möhkəm əməkdaşlıq əlaqələri qurmaq istiqamətlərində zəngin təcrübəsi var.
Qəri Birminqhem Universitetinin məzunudur və kimya mühəndisliyi üzrə ixtisas dərəcəsi var.
Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezident
Stüart bp-də fəaliyyətinə 1998-ci ildə başlayıb və o vaxtdan bəri Şimal dənizi, Alyaska və Misirdə əməliyyatlar və yataqlar üzrə hasilatın idarə olunması ilə bağlı müxtəlif vəzifələrdə çalışıb.
Əməliyyatlar bölməsində dəniz qurğusu meneceri və əməliyyatlar üzrə menecer rəhbər vəzifələrdən əlavə, Stüart strateji transformasiya proqramlarına da rəhbərlik edib və Şimal dənizində və Misirdə bp-nin bir neçə iri layihələrinin təhlükəsiz və səmərəli şəkildə işə salınmasına nəzarət edib.
Stüartın Mançester Universitetindən magistr dərəcəsi var.
Azərbaycan, Gürcüstan, Türkiyə regionunda insanlar və korporativ mədəniyyət üzrə vitse-prezident
Leyla 2001-ci ildən bp şirkətində işləyir və müxtəlif İKM vəzifələrində çalışıb, o cümlədən, Azərbaycanda və Böyük Britaniyada tərəfdaşlıq üzrə vəzifələr, bp-nin Gürcüstan və Rusiyadakı qlobal ofislərində İKM üzrə rəhbər , eləcə də sonuncu iş yeri kimi şirkətin həllər üzrə qlobal bölümünün İKM üzrə vitse-prezidenti. Onun sənaye, beynəlxalq insan resursları və insan ehtiyatlarının idarə edilməsi üzrə 23 ildən artıq peşəkar təcrübəsi var.
Personal və Kadr İnkişafı üzrə İxtisaslaşmış İnstitutun (CIPD) üzvüdür və insan resurslarının idarə edilməsi üzrə magistr diplomuna malikdir.
Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezident
Bəxtiyar təxminən 20 ildir ki, bp şirkətində işləyir və kommunikasiya və xarici əlaqələr, vergi və gömrük, etik normalar və tələblərə uyğunluq, habelə biznes xidmətləri kimi sahələrdə bir sıra rəhbər vəzifələrdə çalışıb.
2017-ci ildə Bəxtiyar ölkənin neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Bəxtiyar Bakı Dövlət Universitetinin məzunudur və beynəlxalq əlaqələr üzrə ixtisas və magistr dərəcələrinə malikdir.
Azərbaycan, Gürcüstan, Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezident
Dənin 25 illik sənaye təcrübəsi var, əsasən də yeraltı resurslar xüsusilə də çətin çıxarıla bilən ehtiyatların işlənməsi sahəsində. Dən Kanada, Braziliya, ABŞ, Böyük Britaniya, Norveç, İndoneziya, Avstraliya və Hindistan kimi ölkələrdə dənizdə və digər yataqlarda hasilat əməliyyatları, quyular və geologiya sahələri üzrə müxtəlif vəzifələrdə çalışıb . Bu təyinatdan əvvəl Dən Asiya-Sakit okean və Hindistan regionlarında geologiya və işlənmə üzrə vitse-prezident olub.
Dənin neft-qaz mühəndisi ixtisası üzrə dərəcəsi var və o, Kanadanın Alberta şəhərində lisenziyalaşmış peşəkar mühəndisdir.
Azərbaycan, Gürcüstan, Türkiyə, Asiya-Sakit okean regionlarında əməyin təhlükəsizliyi və əməliyyat risklərinin təmini üzrə vitse-prezident
Zaur 24 ildən çoxdur ki, bp şirkətində işləyir və əməliyyatlar üzrə bir çox vəzifələrdə çalışıb. O, həm quruda, həm də dənizdə yerləşən obyektlərdə istismar əməliyyatları üzrə geniş təcrübəyə malikdir.
2001-ci ildə Zaur ölkənin neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Zaurun mexanika mühəndisliyi üzrə ixtisas dərəcəsi var. O, həmçinin ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiyalar İnstitutunun (MİT) nəzdində fəaliyyət göstərən bp-nin Əməliyyatlar Akademiyasının məzunudur.
Azərbaycan, Gürcüstan və Türkiyə regionunda maliyyə məsələləri üzrə vitse-prezident
Kolin 1999-cu ildən bp-də işləyir və bp-nin Şimal dənizi, Azərbaycan, Əlcəzair, Anqola və Trinidaddakı bizneslərində müxtəlif kommersiya və biznes inkişafı vəzifələrində çalışıb.
Kolin Nayl çox sayda regionda müxtəlif maliyyə fəaliyyətlərində iştirak etməklə maliyyə sahəsində dərin təcrübəyə malikdir.
Kolin Azərbaycanda 2003-cü ildə yekun investisiya qərarı verilmiş Şahdəniz 1 layihəsinin ilkin danışıqlarında da yaxından iştirak edib. Kolinin Oksford universitetindən müasir tarix ixtisası üzrə dərəcəsi var.
Qaz və az karbonlu enerjinin inkişafı və Xəzər qaz inkişafı bölməsi üzrə vitse-prezident
Katerina 23 ildir bp-də işləyir və şirkətin texniki və kommersiya sahələrində müxtəlif vəzifələrdə çalışıb.
O, 2000-ci illərin əvvəllərindən etibarən müxtəlif qaz kommersiya məsələləri, o cümlədən, qaz satışları və nəqli üzrə danışıqlar və strategiyanın hazırlanması üzərində işləyib.
Katerina kimya mühəndisliyi üzrə f.e. doktorudur.
Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezident
Mət 13 ildir bp-də işləyir və o ümumilikdə enerji sənayesində 26 ildən artıq iş təcrübəsinə malikdir. sualtı əməliyyatlar və layihələr bölmələrində bir sıra rəhbər vəzifələrdə çalışıb. Bu təcrübəyə Braziliya, Sinqapur, Avstraliya, İndoneziya və ABŞ-da müxtəlif təyinatlar daxildir. Bundan əvvəlki vəzifəsində Mətt Asiya-Sakit Okean regionunda layihələr üzrə vitse-prezident olub.
Məttin Texas A&M Universitetinin mexanika mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi var.
Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hüquq məsələləri üzrə vitse-prezident
Elyar bp şirkətində fəaliyyətə 2009-cu ildə başlayıb və bp-nin regionda bir sıra mühüm layihələrinə, o cümlədən Şahdəniz və Cənub Qaz Dəhlizi layihələrinə hüquqi dəstək işlərinə rəhbərlik edib. Bu vəzifədə Elyar Azərbaycan, Gürcüstan və Türkiyə regionunda biznes yönümlü hüquq dəstəyinin verilməsinə cavabdehdir. 2022-ci ildə Elyar Azərbaycanda neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə SOCAR-ın prezidentinin fəxri fərmanı ilə təltif olunub.
Elyar Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində magistr pilləsi üzrə (fərqlənmə ilə) təhsil alıb. O, həmçinin Böyük Britaniyanın BPP Universitetinin Hüquq Məktəbinin məzunudur.
Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezident
Rassel təxminən 25 ildir ki, bp-də işləyir. O, həm quruda, həm də dənizdə qazma və tamamlama əməliyyatları üzrə qlobal miqyasda müxtəlif vəzifələrdə çalışıb. Bundan öncəki vəzifəsində Rassel quyular bölməsi üzrə vitse-prezident olub. Rassel müxtəlif ölkələrdə quyu fəaliyyətlərinin idarə olunmasında zəngin təcrübəyə malikdir və o, həmçinin quyular sahəsində bilik və bacarıqların artırılmasına rəhbərlik edib.
Rasselin mexanika və dəniz mühəndisliyi üzrə birinci səviyyəli bakalavr və biznesin idarə olunması üzrə fərqlənmə ilə magistr dərəcələri var.
Gürcüstan üzrə vitse-prezident
Aytən 2006-cı ildən etibarən bp şirkətində işləyir və qlobal əməliyyatlar, quyular və layihələr təşkilatlarına dəstək verməklə müxtəlif maliyyə, kommersiya, təchizat zənciri üzrə rəhbər vəzifələrdə çalışıb.
Aytən yeni vəzifəsində Gürcüstanda bp-nin strategiyasının icrasına dəstək verməyə və ölkədə bp-nin bizneslərinin adından hökumətlə əlaqələrin idarə olunmasına və xarici işlərin aparılmasına cavabdehdir.
Aytən neft mühəndisliyi və neft hüququ üzrə dərəcələrə və “Warwick” Biznes Məktəbindən MBA dərəcəsinə malikdir.
Türkiyə üzrə vitse-prezident
Tümkan 21 ildən çoxdur ki, bp şirkətində işləyir və Türkiyədə və xarici ölkələrdə maliyyə, kommersiya və icra qruplarında bir sıra vəzifələrdə çalışıb. Yeni vəzifəsində Tümkan bp-nin nüfuz məsələlərinin və hökumət və əsas maraqlı tərəflərlə olan əlaqələrinin idarə olunmasına, habelə bp-nin Türkiyədəki bütün aktivlərində əməliyyatların təhlükəsiz, etibarlı və tələblərə uyğun şəkildə aparılmasının təmin olunmasına cavabdehdir.
Tümkanın inşaat mühəndisliyi və biznes idarəetməsi üzrə ixtisas dərəcələri var.