1. Əsas səhifə
  2. Biz kimik
  3. Əməliyyatlar və layihələr
  4. Azəri-Çıraq-Dərinsulu Günəşli

Azəri-Çıraq-Dərinsulu Günəşli

Bakıdan təxminən 100 km şərqdə yerləşən Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağı Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft yatağıdır

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

 

2024-cü ilin ilk üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 402 milyon dollar əməliyyat məsrəfləri və 968 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

 

2024-cü ildə AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanmışdır. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır. Seysmik məlumat toplama üzrə bu il üçün nəzərdə tutulmuş iş həcmi artıq təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamlanmışdır; hazırda əldə olunmuş seysmik məlumatların emalı davam edir.

 

Hasilat

 

2024-cü ilin üçüncü rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat gündə orta hesabla 339 000 barel olub.

 

Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 147 neft hasilatı quyusu, 47 su injektoru quyusu və səkkiz qaz injektoru quyusu istismarda olub.

 

Səmt qazı
 
2024-cü ilin üç rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,5 milyon kubmetr, ümumilikdə isə 1,8 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

AÇG bu il öz 30 illiyini qeyd edir. 

AÇG platformaları

Çıraq
Chirag Patform, Caspian Sea, Photo: Stuart Conway/ BP

Çıraq platforması Bakıdan 120 kilometr şərqdə Xəzər dənizində suyun dərinliyinin təxminən 120 metr olduğu yerdə yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. Bu platforma AÇG yatağından İlkin neft adlanan neftin hasilatna başlamaqla 1997-ci ildən istismardadır.

 

Çıraq obyektlərinə aşağıdakılar daxildir:

  • Suvurma avadanlığı olan 24 quyu gövdəsinə HQY platforması
  • Səngəçal qəbul terminalınadək 176 km uzunluğunda 24 düymlük neft kəməri
  • Neft Daşlarınadək 48 km uzunluğunda 16 düymlük qaz kəməri
  • Mərkəzi Azəri Kompressor və Suvurma platformasına qədər 12 km uzunluğunda 18 düymlük qaz kəməri 

Çıraq platformasından 2024-cü ilin ilk üç rübü üçün ümumi hasilat gündə orta hesabla 23 000 barel təşkil edib.

9 Mart 2010-cu il tarixində AÇG-n işlənməsi üzrə Rəhbər Komitə yeni Çıraq Neft Layihəsinə (ÇNL) sərmayə qoyulmasına qərar verdi. Dəyəri 6 milyard dollar olan bu layihənin məqsədi mövcud Dərinsulu Günəşli (DərSG) və Çıraq platformaları arasında yataq infrastrukturunda ciddi hiss olunan boşluğu doldurmaq üçün layihələşdirilmiş yeni bir dəniz qurğusu vasitəsilə nail olunmaq idi.
 
Qərbi Çıraq (QÇ) platforması dənizin 170 metr dərinliyində, mövcud Çıraq və Dərinsulu Günəşli platformaları arasında quraşdırılmışdır. 

 

Qərbi Çıraq obyektlərinə aşağıdakılar daxildir:

  • 48 quyu gövdəsinə malik bir ədəd hasilat, qazma, yaşayış platforması.
  • 14 düymlük qaz kəməri
  • 30 düymlük neft kəməri

2014-cü il 28 yanvar tarixində Qərbi Çıraqdan hasilat öncəqazma quyularından biri olan J05 quyusundan başladı. Neft əvvəlcə platformada quraşdırılmış texnoloji qurğulardan keçərək, yeni yataqdaxili boru kəməri vasitəsilə mövcud 30” sualtı ixrac boru kəmərinə ötürüldü və bu kəmərlə də Səngəçal terminalına ixrac edildi. Hasilat digər öncəqazma quyuları işə düşdükcə artır.
 
Qərbi Çıraq platformasından 2024-cü ilin ilk üç rübü üçün hasilat gündə orta hesabla 29 100 barel təşkil edib.

Şərqi Azəri (ŞA) Xəzər dənizində Bakıdan 100 kilometr aralı, suyun dərinliyinin təxminən 152 metr olduğu yerdə yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. 2006-cı ilin noyabr ayından istismarda olan bu platforma AÇG yatağının şərq hissəsindən neft hasil etmək üçün tikilmişdir. 


Şərqi Azəri obyektlərinə daxildir:

  • 48 quyu HQY platforması
  • Şərqi Azəridən Mərkəzi Azəri platformasına çəkilmiş 22 düymlük qaz boru kəməri
  • 30 düymlük Faza 2 boru kəməri (Mərkəzi Azəridən Səngəçal terminalınadək)

Şərqi Azəri platformasından 2024-cü ilin ilk üç rübü üçün ümumi hasilat gündə orta hesabla 51 000 barel təşkil edib.

Azəri Mərkəzi Şərqi (ACE) mövcud Mərkəzi Azəri və Şərqi Azəri platformalarının arasında suyun dərinliyinin 137 metr olduğu sahədə yerləşən qazma şaxtalı yeni hasilat, qazma və yaşayış bloklu platformadır. Platforma 2024-cü ilin aprel ayından istismardadır.

 

Azəri Mərkəzi Şərqi obyektlərinə daxildir:

  • 48 quyu HQY platforması
  • neft və qaz ixrac kəmərlərinə birləşdirilmiş yeni yataqdaxili boru kəmərləri

Azəri Mərkəzi Şərqi platformasından 2024-cü ilin ilk üç rübü üçün ümumi hasilat gündə orta hesabla 6 500 barel təşkil edib.

Mərkəzi Azəri
Central Azeri Patform, Caspian Sea, Photo: Stuart Conway/ BP

Mərkəzi Azəri Bakıdan 100 kilometr şərqdə Xəzər dənizində suyun dərinliyinin təxminən 128 metr olduğu yerdə yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. 2005-ci ilin fevralindan istismarda olan platforma Azəri yatağiniln mərkəzi hissəsindən neft hasil etmək üçün tikilmişdir.
HQY platformasından əlavə, yaşayış, qazma, hasilat, texnoloji emal, kompressiya və laya qaz, su, şlam vurulması obyektlərini əhatə edən iri bir dəniz kompleksi yaratmaq məqsədilə MA-də bir kompressor və suvurma platforması (KvəSP) quraşdırılmışdır və körpü ilə HQYplatformasına birləşdirilmişdir.


Mərkəzi Azəri obyektlərinə daxildir:

  • 48 quyu gövdəsinə malik HQY platforması
  • MA platformasından Səngəçal terminalına qədər 30 düymlük sualtı neft boru kəməri
  • MA platformasından Səngəçal terminalına qədər 28 düymlük qaz boru kəməri
  • Qurudakı mövcud Səngəçal terminalının genişləndirilməsi

 

Mərkəzi Azəri platformasından 2024-cü ilin ilk üç rübü üçün ümumi hasilat gündə orta hesabla 96 500 barel təşkil edib.

Photo: Stuareial-view-of_west-azeri-platformart ConwayBP Azerbaijan - West Azeri Platform June 2009

Qərbi Azəri Xəzər dənizində Bakıdan 100 kilometr aralı suyun dərinliyinin 120 metr olduğu yerdə yerləşən dəniz hasilat, qazma və yaşayış (HQY) platformasıdır. 2005-ci ilin dekabr ayının sonundan istismarda olan bu platforma ACG yatağının qərb hissəsindən neft hasil etmək üçün inşa edilmişdir. 


Qərbi Azəri obyektlərinə daxildir:

  • 48 quyu gövdəsinə malik HQY platforması
  • QA-dən Səngəçal terminalınadək 30 düymlük neft boru kəməri 

 

Qərbi Azəri platformasında 2024-cü ilin ilk üç rübü üçün hasilat gündə orta hesabla 75 500 barel təşkil edib.

Dərinsulu Günəşli (DərSG) Xəzər dənizinin Azərbaycan sektorundakı AÇG yatağının işlənməsinin üçüncü fazasıdır. DərSG kompleksi Günəşli yatağının şərqində, suyun dərinliyinin 175 metr olduğu ərazidə yerləşir. Platforma 2008-ci ilin aprel ayından istismardadır.

 

Bu kompleks körpü ilə birləşdirilmiş iki platformadan ibarətdir:

 

  • 48 quyu gövdəsinə malik qazma, texnoloji təchizat və yaşayış platforması (QTTYP)
  • Texnoloji emal, qaz kompresssor, suvurma və texnoloji təchizat platforması
  • 48 quyu gövdəsinə malik QTTYP 30 düymlük , DərSGdən Səngəçal terminalına aparan neft kəməri 
  • 28 düymlük , DərSGdən Səngəçal terminalına aparan qaz kəməri

 

Dərinsulu Günəşli platformasından 2024-cü ilin ilk üç rübü üçün ümumi hasilat gündə orta hesabla 57 400 barel təşkil edib.

AÇG üzrə tərəfdaşlarımız

30.37%
31.65%
9.57%
9.31%

6.79%
5.73%
3.65%
2.92%