1. Əsas səhifə
  2. Biz kimik
  3. Əməliyyatlar və layihələr
  4. Azəri-Çıraq-Dərinsulu Günəşli
  5. AÇG-nin 30 illiyi faktlarda

AÇG-nin 30 illiyi faktlarda

AÇG bu il öz 30 illiyini qeyd edir

Bu, həm Azərbaycan hökuməti, həm də bp və tərəfdaşları üçün çox mühüm bir hadisədir.

30 il öncə - 1994-cü il sentyabr ayının 20-də Azərbaycan hökuməti ilə altı ölkəni təmsil edən bir qrup beynəlxalq neft şirkəti arasında Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü haqqında saziş imzalandı. Bu saziş sonradan “Əsrin Müqaviləsi” kimi tanındı. 2017-ci ilin sentyabr ayında bu saziş əsrin ortalarınadək uzadıldı.

Azərbaycanı yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevirməklə ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklər məhz bu sazişlə başlamışdır.

AÇG-nin 30 illiyi Azərbaycanın neft və qaz sənayesinin yeni tarixinin əlamətdar bir səhifəsidir. Bu ildönümü həm də SOCAR, bp və onun AÇG sazişindəki  tərəfdaşları  üçün  əlamətdar bir tarixdir.
 
 AÇG-nin 30 illik əsas faktları:
 
  • 1997-ci ilin noyabr ayında ilk hasilat başlanandan 2024-cü ilin ikinci rübünün sonunadək AÇG-dən 593 milyon ton (təqribən 4,4 milyard barel) neft hasil edilmişdir. 
  • Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə 4.3 milyard bareldən çox ACG nefti dünya bazarlarına daşınmışdır.  
  • 2006-cı ildən bəri, ACG nefti ilə yüklənmiş 5707 tanker Ceyhan terminalından yola salınmışdır.
  • Hasilatın başlanğıcından 2024-cü ilin ikinci rübünün sonunadək təqribən 57 milyard kubmetr AÇG səmt qazı Azərbaycana təhvil verilmişdir. 
  • AÇG layihəsinin əsaslı xərcləri 2024-cü ilin ikinci rübünün sonunadək 45 milyard dollar təşkil etmişdir.
  • 1994-cü ildə AÇG layihəsi başlanandan 2024-cü ilin ikinci rübünün sonunadək bp və onun layihədəki tərəfdaşları Azərbaycanda sosial layihələrə təqribən 111 milyon dollar xərcləmişlər. 
  • 2017-ci il sentyabr ayının 14-də AÇG sazişi 2049-cu ilin sonunadək uzadılmışdır.
  • Müqavilənin uzadılmasının ardınca, 2019-cu il aprel ayının 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə – Azəri-Mərkəzi-Şərqi (ACE) layihəsinə sanksiya verildi. 2024-cü il aprel ayının 16-da ACE platformasından ilk neft əldə olunmuşdur. 
  • AÇG layihəsi  çərçivəsində bir platforma - Çıraq platforması, yenidən qurulmuş, səkkiz təzə platforma tikilmiş, dünyanın ən böyük neft və qaz terminallarından biri inşa edilmiş, Xəzər dənizinin dibində mürəkkəb sualtı boru xətləri şəbəkəsi yaradılmışdır. 
  • 2024-cü ilin ikinci rübünün sonunda AÇG-də 144 hasilat quyusu, 45 suvurma və 8 qaz injektor quyusu vardı.
  • AÇG-nin çox yüksək texniki təhlükəsizlik nailiyyətləri var, ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi AÇG çərçivəsində 160 Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi və 280 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılmışdır.