1. Əsas səhifə
  2. Biz kimik
  3. Əməliyyatlar və layihələr
  4. Boru kəmərləri
  5. Cənubi Qafqaz Boru kəməri

Cənubi Qafqaz Boru kəməri

 

Azərbaycan qazını dünya bazarlarına ixrac edən boru kəməri haqqında daha ətraflı oxuyun

Cənubi Qafqaz Boru kəməri (Səngəçalın başlanğıc nöqtəsi)

Cənubi Qafqaz Boru kəməri

Cənubi Qafqaz Boru kəməri (CQBK) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağından hasil edilən qazı Gürcüstana və Türkiyəyə nəql etmək üçün inşa edilmiş qaz kəməridir. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

 

Ətraf mühitə və sosial sahəyə təsirlərin minimuma endirilməsi, eləcə də layihələrin birləşdirilməsi sayəsində əsaslı və əməliyyat xərclərinə qənaət edilməsinə nail olmaq məqsədilə bu kəmər BTC neft ixracı kəməri ilə birlikdə və eyni tikinti dəhlizində inşa olunmuşdur. Boru kəmərinin uzunluğu 691 km-dir, bunun 443 kilometri Azərbaycanda, 248 kilometri Gürcüstandadır. Diametri isə 42 düymdür.

 

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

 

Bütövlüklə boru kəmərinin istismar əməliyyatlarına və tikintisinə Cənubi Qafqaz Boru Kəməri Şirkəti (CQBK Ko) cavabdeh olub.

 

20 mart 2020-ci il tarixindən Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğu BP Eksploreyşn

(Şahdəniz) Limited şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan SOCAR Midstream Operations MMC-yə keçib.

 

2021-ci il avqustun 1-də CQBK-nin texniki operatorluğunun BP Eksploreyşn (Şahdəniz) Limited şirkətindən SOCAR Midstream Operations Limited şirkətinə ötürülməsi prosesi başa çatdı. Beləliklə, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, bp və SOCAR keçid prosesinin bütün aspektlərini effektiv şəkildə həyata keçirmək üçün sıx əməkdaşlıq edərək 2020-ci ilin mart ayında başlamış keçid prosesini 2021-ci ilin iyul ayında uğurla tamamlamış oldular.

 

Texniki operatorluğun ötürülməsi Şahdənizin işlənməsinin 2-ci fazası və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri üzrə Yekun İnvestisiya Qərarının bir hissəsi olaraq 2013-cü ilin dekabr ayında imzalanmış CQBK şirkətinin Boru Kəməri Sahibləri Sazişinin yenilənmiş variantında nəzərdə tutulmuş öhdəliklərə uyğun yerinə yetirilmişdir.

 

İlin ilk üç rübü ərzində CQBK-nin əməliyyat xərcləri təqribən 60 milyon dollar, əsaslı xərclər isə təxminən 13 milyon dollar olub.

 

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

 

İlin ilk üç rübü ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 61,7 milyon kubmetr olmuşdur.

Cənubi Qafqaz Boru kəməri üzrə tərəfdaşlarımız

29.99%
21.02%
19.99%

19%
10%