QİBK obyektlərinə daxildir:
Qərb İxrac Boru Kəməri (QİBK) Xəzərdəki neft yataqlarından xam nefti Qara dəniz sahilinə nəql edir və xam neft orada tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınır.
QİBK Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Azərbaycandan və Gürcüstandan keçməklə Qara dənizin Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır.
Bu boru kəmərinin uzunluğu 829 kilometrdir.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) boru kəmərinin sahibidir və Azəri-Çıraq-Dərinsulu Günəşlı (AÇG) Hasilatın Pay Bölgüsü Sazışının tərəfdaşları adından onu istismar edir.
Kəmərin tikintisi Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında 1996-cı ilin aprel ayında bağlanmış Hökumətlərarası Sazişin ratifikasiyasından sonra başlanmış və 1998-ci ilin noyabr ayında başa çatmışdır. QİBK 1999-cu ilin fevralından istismardadır. 1999-cu ilin 17 aprel tarixində Supsa terminalının açılışı baş tutdu.
2007-ci il ərzində QİBK geniş təmir və dəyişdirmə işlərinin görülməsinə imkan yaratmaq məqsədi ilə dayandırılmışdı. Bu proqrama Gürcüstanda və Azərbaycanda seqmentlərin dəyişdirilməsi daxil idi. Bu iş 2008-ci ilin birinci rübündə başa çatdırıldı. Boru kəməri marşrutunun dayandırıldığı müddətdə digər marşrutlardan istifadə edildi ki, təlabata və ya AÇG hasilatına heç bir təsir olmasın.
2008-ci ildə QİBKM-in yenidən tam istismara verilməsi proqramı həyata keçirilmişdir.
2023-cü ilin ilk altı ayı ərzində Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə təxminən 1 milyon barel neft ixrac edilmişdir.