BP şirkətinin portfelinin 60%-dən çoxu qumlu məhsuldar laylarda yerləşir. Bunlar daha çox oxşar karbohidrogen layları olmağa meyl edir, amma qumlu məhsuldar laylarda qumun zaman keçdikcə neft və qaz ilə birlikdə hasil edilməsi riski olur. Bu isə ümumi hasilata və qurğuların etibarlılığıına təsir göstərir. Həddindən artıq qum hasil olunan zaman quyuların dayandırılması/bağlanması sənaye üçün əksərmhallarda yeganə variant olur.
Biz BP şirkətində qum məsələsini həll etmək üçün onilliklərlə texnologiyalardan istifadə edir və onları inkişaf etdiririk. Biz qumun qarşısını almaq üçün ilk,öncə mexaniki texnologiyalardan istifadə etmişik və son vaxtlar isə rəqəmsal və kimyəvi texnologiyalardan istifadə etməyə başlamışıq.
Azərbaycanda quyularda qum təzahürünün idarə olunması, o cümlədən quyudibi tamamlama, qum təzahürünün əsaslandırılaraq proqnozlaşdırılması və diaqnostikası, monitorinqi və aradan qaldırılması üçün tətbiq olunan texnologiyalar:
Quyudibi tamamlama: Quyunun uzunmüddətli debit göstəricilərini və etibarlılığını təminmetmək üçün bir sıra innovativ dizaynlar. AÇG-də istismar quyuları üçün standartmtamamlama dizaynı Açıq Lülə Çınqıl Kipkəcidir.
Bu texnologiya 2000-ci illərin əvvəlində real bir nailiyyət idi və həmin vaxtdan ötən müddət ərzində bu texnologiyanın əhəmiyyətli dərəcədə təkmilləşdirilməsinə baxmayaraq biz bunun bu gün də effektli olduğunu görürük. Əksər quyular təbii proppant (hidroyarılma üçün dənəvər doldurucu) ilə kipləşdirilir, amma bu yaxınlarda qeyri-radioaktiv indikatorlu proppant istifadə olunmuşdur.
AGT regionunda çınqıl kipkəcli tamamlama texnologiyasının yuxarı istiqamətli quyunun təkrar tamamlanması zamanı qoruyucu kəmərlə bərkidilmiş lülədə tətbiq edilməsinin mümkünlüyü də yoxlanılmışdır. 2017-ci ildə Şərqi Azəri platformasından D06 saylı hasilat quyusunda qoruyucu kəmərli lülədə çınqıl kipkəcli tamamlama sistemi müvəffəqiyyətlə quraşdırılmışdır.
Rəqəmsal: süxurların dağılma mexanizmini başa düşmək üçün xüsusi proqram təminatı. Bu, nefti qum hasil etmədən hasil etmək üçün optimal istismar parametrlərini müəyyənləşdirir və quyuların tamamlanması dizaynını optimallaşdırır. Quyunun istismar
qaydalarına kömək etmək üçün həm AÇG, həm də Şahdəniz yatağında istifadə olunur.
Ötən beş il ərzində paylaşdırılmış akustik sensor (DAS) texnologiyası qum təzahürünün monitorinqi üçün geniş istifadə olunmuşdur. Nəticədə, qum təzahürü olmadan hasilat tempini maksimuma çatdırmaq üçün təzyiq düşgüsü optimallaşdırılmış və müəyyən edilmiş qum təzahürü zonalarını təcrid etmək üçün geoloji-texniki tədbirlər həyata keçirilmişdir.