1. Əsas səhifə
  2. Biz kimik
  3. Texnologiya
  4. BP-nin texnologiyalara yanaşması
  5. Quyular və hasilat ilə əlaqədar texnologiyalar

Quyular və hasilat ilə əlaqədar texnologiyalar

Quyuların təhlükəsiz, etibarlı və rəqabətə davamlı şəkildə təhvil verilməsi - quyunun tikintisindən ləğv olunması və istismardan çıxarılmasınadək quyunun bütün istismar müddətini əhatə etməklə. BP şirkətinin “Well Advisor” texnologiyası

BP Well Advisor

BP şirkətinin “Well Advisor” texnologiyası operatorlara real zaman çərçivəsində qərarların qəbul olunmasını yaxşılaşdırmağa kömək etmək üçün quyulardan əldə olunan göstəriciləri, proqnoz vasitələrini, prosesləri və təcrübəni özündə ehtiva edir. Onun intuitiv idarəetmə konsollarl qazma heyətləri və ofisdə çalışan mühəndislərə əməliyyatları real zamanda müşahidə etmək imkanı yaradır.

 

BP şirkətinin indiyə qədər üç “Well Advisor” konsolu işlənib hazırlanmış və geniş miqyasda istifadə olunmaq üçün mühəndis-layihə işləri bölümünə təhvil verilmişdir. BP şirkətinin “Well Advisor” texnologiyası Hyuston, Aberdin, Luanda və Bakıda real zaman monitorinq mərkəzləri tərəfindən dəstəklənir.

 

BP şirkətinin “Well Advisor” texnologiyası Azərbaycanda istifadə lunur və sınaqdan keçirilir:

  • Qoruyucu kəmərin endirilməsi konsolu: əvvəlcə AÇG-də sınaqdan keçirilmişdir və hazırda on qazma qurğusunda tətbiq olunur. AÇG və Şahdəniz yataqlarında Qoruyucu Kəmərin Endirilməsi konsolundan istifadə olunmaqla 170-dən çox endirmə əməliyyatı tamamlanmışdır
  • Tamamlamalar (bərkidici fırlanan moment), Qazma əməliyyatları və Kəsilmə/Sönmə əməliyyatlarının hamısı AÇG-də yataq
    şəraitində sınaqdan
Hasilat və vurma əməliyyatlarının optimallaşdırılması texnologiyaları, yataqların idarə olunması və qlobal əməliyyatlara dəstək
 

Biz hasilat sisteminin hər bir elementi üçün müəyyən edilmiş potensial riskləri azaltmaq və idarə etmək üçün texnoloji həll yollarının təqdim edilməsinə diqqət yetiririk.

 

 BP-nin hasilatın pulsaciya əleyhinə nəzarət sistemi - AÇG quyularında quyu lüləsinin hasilatın dayanıqlığı üçün böyük riskdir. yüksək almplitudası və təzyiq düşgüsünün yüksək templərlə dəyişməsi quyularda qum təzahürü ilə mübarizə sistemlərinin sıradan çıxması ilə əlaqədar potensial risk yaradır. Bu həmçinin texnoloji qurğular ilə əlaqədar ciddimnasazlıqlara və səmərəliliyin azalmasına səbəb ola bilər hallarını idarə etməyə kömək edən bu texnologiya bütün AÇG platformalarında tətbiq olunur.

 

BP-nin  Lay və Quyu dibi təzyiglərin fərqini tənzimləyən  sistem quyu dayandırıldıqdan sonra yenidən istismara buraxılarkən qeyri-sabitlik və hasilatın həddən artıq artırılması AÇG quyuları qum təzahürünə meylli olduğuna görə qum təzahürünə səbəb ola bilər. Bu texnologiya quyuya sabit təzyiq düşgüsü tətbiq etməklə quyudakı təzyiqi tükənmə üçün hədəf göstərici səviyyəsində saxlamağa imkan verir. O həmçinin quyuda debiti daha səmərəli və rəvan şəkildə artırmağa imkan verir. Sözügedən texnologiya hazırda iki AÇG platformasında quraşdırılmışdır.

  • Hasilatın modelləşdirilməsi, monitorinqi və optimallaşdırılması üçün vasitə - Yatağın İdarə Olunmasının optimallaşdırılması ilə əlaqədar çətinlikləri aradan qaldırmaq üçün quyu məhsuldarlığının optimallaşdırılması imkanını artırır. Fiziki və məlumat əsaslı modelləşdirmə və maşın öyrətmə metodlarını birgə istifadə etməklə bu texnologiya hasilatın proqnozlaşdırılması, quyular və qurğular şəbəkəsinin optimallaşdırılması və sərf təminatı monitorinqi də daxil olmaqla geniş əhatəli problemləri həll etməyə imkan verir.   AGT regionunda DHFC (quyuda sərfin tənzimlənməsi) texnologiyası geniş miqyasda inkişaf və istifadə edilmiş və nəticədə AÇG yatağında çoxlaylı kollektorda suvurma optimallaşdırılmışdır.
  • Genişləndirilə bilən qum süzgəcləri və quyudibi sərf tənzimləyici klapan ilə tamamlanmış sualtı suvurma quyuları dünyada ilk dəfə 2008-ci ildə Dərinsulu Günəşli yatağında istismara verilmişdir. Həmin tamamlama texnologiyaları tələb olunan xüsusi vurucu quyuların sayını azaltmağa, quyuların sualtı olması isə platformadan uzaq məsafəyə mürəkkəb qazma işlərinə olan ehtiyacı aradan qaldırmağa imkan vermişdir. Bundan başqa, tamamlama texnologiyaları yataqların işlənməsi üzrə mühəndislərə lay-kollektorun işlənilməsini səmərəli şəkildə idarə etməyə, sıxışdırma əmsalını artırmağa və çoxzonalı hasilatı maksimuma çatdırmağa kömək etmişdir.
  • BP-də daxili DHFC (quyudibi sərf tənzimləmə) klapanı və DTS (paylaşdırılmış temperatur sensoru) sistemi ilə təchiz olunmuş ilk iki zonalı suvurma quyusu 2017-ci ildə istismara verilmişdir. İki texnologiyanın birləşdirilməsi iki alt layda suvurmanı idarə etməyə və iki suvurma zonası boyu uyğunluğu təmin etmək üçün hidroyarılma çatlarının yayılmasını nəzarətdə saxlamağa imkan vermişdir.
  • DHFC klapanı və DTS sistemi ilə təchiz olunmuş 3 zonalı suvurma quyusu dünyaad ilk dəfə 2018-ci ildə istismara verilmişdir. Bu, AÇG-də keyfiyyətdə daha qabaqcıl səviyyəli bu texnologiya üçün daha bir əlamətdar mərhələ oldu və çoxlaylı kollektorları lazımi qaydada idarə etməyə və BP-nin fəaliyyət göstərdiyi digər regionlarda tətbiq olunmasına imkan verdi