Biz dünyanın ən mürəkkəb şəraiti olan hissələrinin bir neçəsində işləyirik və biz platformalarımız, qurğular və boru kəmərlərimizin gündə 24 saat ərzində üzləşdiyi çətinliklərə dözə biləcəyinə əmin olmalıyıq.
Bizim qurğulara aid texnologiyalar üzrə qrupumuz əsas diqqətini riskləri xarakterizə edən ,azaldan və idarə edən kəşfiyyat və hasilat biznesimiz üçün texnoloji proseslərin tətbiq olunması üzərində cəmləşdirir. Bunlar dəniz rayzerlərində külək və dalğaların təsiri altında özünü büruza verən çatları proqnozlaşdırmaq, vaxtında texniki xidmət proqramlarının işlənib hazırlanmasından ötrü fırlanan
avadanlıqlarımızın vəziyyətinin monitorinqini aparmaq və qeyri-intruziv müayinə üçün modelləşdirilə bilər ki, biz boru kəmərinin bütövlüyünü (hermetikliyini) və ya korroziyanın qarşısını almaq və ya hidratları remediasiya etmək üçün yeni kimyəvi maddələri yoxlaya bilək.
Azərbaycanda qurğular ilə əlaqədar tətbiq olunan texnologiyalar:
- Yüksəkdərəcədə etibarlı kimyəvi maddə vurma sistemləri – İstismar göstəricilərini izləmək üçün Kimyəvi maddələrin idarə olunması bölümü (BP şirkətinin CIC proqram təminatı dəstinin bir hissəsi) tərəfindən dəstəklənən kimyəvi maddələrin effektli, etibarlı tətbiqi. AÇG yatağında istifadə olunur. İstismardan çıxarılmış avadanlıq (EOOS) – Monitorinq vasitəsi, qoruyucu mexanizmlərin/ Təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən elementlərin xüsusən də texniki xidmət ərzində bütövlüyünə əsaslanan riski müəyyənləşdirir. Biz EOOS-u Mərkəzi Azəridə sınaqdan keçirmiş və orada hermetikliyin itməsi ilə bağlı riski Təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edən 400-dən çox element ilə bağlı olaraq analiz etmişik.
- Ərsin boru kəmərinin daxili vəziyyətini yoxlamaq, həndəsi parametrləri qeyd etmək və boru kəmərlərində hər hansı korroziya halları barərə məlumatları təmin etmək üçün istifadə olunan xüsusi bir vasitədir. Ərsin boru kəmərindən çıxarıldıqdan sonra həmin məlumatlar kompüterə yüklənir və mühəndislərə boru kəmərinin içərisini "görməyə"imkan verir. Bu proses diaqnostika təyinatlı ərsinləmə adlanır.
- Sualtı boru kəmərlərinin bütövlüyünü təmin etmək üçün məsafədə idarə olunan aparatlar və avtonom sualtı aparatlardan (AUV) istifadə etməklə ciddi monitorinq aparılır. Qarşılaşdığımız problem Xəzərin bulanıq sularında, xüsusən də 25m-dən az su dərinliklərində görüntü imkanının zəif olmasıdır. Beləliklə biz, boru kəmərlərinin effektiv istismarını təmin etmək üçün indiyə qədər Xəzər dənizində istifadə edilməmiş bəzi ən müasir avadanlıqlar tətbiq etmişik. Həmin avadanlıq akustik tədqiqatlar aparır, yaxşı işləyir və yoxlamaların daha tez və daha səmərəli aparılmasına imkan verir. Xəzər regionu AUV texnologiyasının istifadə olunduğu aparıcı regionlardan birinə çevrilmişdir və sözügedən əməliyyatlara dair bilikləri müvafiq seqment boyu ötürür.
- Birbaşa elektroisitmə hidratların inkişafını azaltmaq üçün bir vasitə kimi Şahdənizdə tətbiq olunur.
- Tırtıllı inspeksiya vasitəsi Mərkəzi Azəri və Dərinsulu Günəşli platformalarında kessonlarda müvəffəqiyyətlə istifadə olunmuşdur və əhatəsi genişləndirilərək davamlı surətdə tətbiq olunur.
- Pilotsuz avtonom aparatlar - Dənzidəki, konstruksiyaların dron inspeksiyası. Bu texnologiya Qərbi Çıraq və Mərkəzi Azəri platformalarında tətbiq olunur.