bp və SOCAR 2018-ci ilin aprelin 26-da Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş imzaladılar.
230 bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində təxminən 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok təxminən 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir.
25 illik müddəti əhatə edən HPBS-ə əsasən bp 50 faiz işitrak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.
2019-cu ilin dekabr ayında başlanmış 3-ölçülü seysmik tədqiqat proqramı 2020-ci ilin mart ayının 14-də başa çatmışdır. Əldə edilmiş məlumatların emalı və interpretasiyası başa çatmışdır.